İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » İyul » 20 » Aşırdın bütlərinizi-bütlərin qırıldığı ayda
5:12 PM
Aşırdın bütlərinizi-bütlərin qırıldığı ayda
"Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” ("Nəsr” surəsi)
Təlaşlanın, ey Məkkə müşrikləri! Tədbir görün ey münafiqlər! Əzəmətli və zəhmli Allah ordusunun qüdrətinin şahidi olursunuz! Allah ordusunun əsgərlərinin ayaq səsləri neçə km, uzarlıqdan eşidilir. Allaha kafir olan qəlblərə qorxu düşür, yer-göy titrəyir, şeytanlar vahiməyə düşür, aləmlər təlatümə gəlir. Artıq, uzaqdan bir qaraltı görünür, "Əllahu Əkbər”, "Lə ilahə illəllah, Muhəmmədun Rəsulullah” şüarları könülləri oxşayır, azan sədaları altında Allah ordusu Allahın evinə yaxınlaşır. Bu ordunun qüdrəti qarşısında özünün aciz olduğunu gec də, olsa, anlayan kafirlər hərəsi bir dərəyə qaçır, gizlənməyə bir yer axtarırlar. Çox kiçikdirlər bu ordunun müqabilində, çox acizdirlər bu ordunun qarşısında. Mübarək Kəbə evi Rəsulu (s) səsləyir. Yolları təmizləyin, Rəsuləllah (s) gəlir. 
İki dəstə 
Mübarək Ramazan ayı insanın özünü təftiş eləməsi, insanın öz əməlləri haqqında ölçüb-biçməsi zəruri olan bir aydır. Ramazan ayı o qədər bərəkətli, faydalı aydır ki, hər il Ramazan ayında insanlar yeni bir Ramazan istəyərlər, Allaha dua edərlər ki, Allah onlara neçə-neçə Ramazanlar bəxş eləsin, bu Ramazanları onların axir Ramazanları olmasın. Bu ayda iki dəstə nəzərə çarpır; Çox açıq formada, yəni tam çılpaqlığı ilə bunu biruzə verir ki, bu dəstədən biri Ramazan ayından bəhrələnən, digər dəstə isə Ramazan ayını itirən dəstədir. Bir hədisi-şərifdə diqqətə çatdırılır ki, Allah lənət edir o kimsəyə ki, onun dünəni ilə bu günü, bu günü ilə sabahı bir olar. Yəni, o mənada ki, o inkişaf eləməz, irəliləməz. İki günü də, eyni olar. Mənəvi yüksəlişini artırmaz, mənəviyyətini dərinləşdirməz. 


Belə bir insanlar məzəmmət olunurlar göründüyü kimi. İlla da, Ramazan ayında. Ramazan ayı fürsətlər ayıdır, digər aylarda süstlük göstərənlər, mənəvi məqamlarını yüksək həddə qaldırmayanlar, bu ayda daha çox çalışmalı və səy etməlidirlər ki, digər aylardakı kimi olmasın-onların bu ayda mənəvi durumları. Bəli, birinci dəstə xoşbəxtdir bu mənada. Onlar Ramazan nuraniyyətindən, mübarəkliyindən faydalanan, immunitet toplayan dəstədir. İkinci dəstə isə, o dəstədir ki, özlərini bədbəxtliyə düçar eləyirlər. Onlar nə Qədr gecələrində düz-əməlli dua edər, nə səhərlərin ibadətlərini, nə günlərin namazlarını yerinə yetirər, nə də, Ramazan ayının dualarından bəhrə apararlar. Onlar dünənləri ilə bu günləri bir olan insanlardırlar ki, Şəbanları ilə Ramazanları birdir onların.


Ramazan ayında Rəbbani hədiyyə


Allah-Təala çox önəmli hadisələrdən, möminlərin böyük arzulardan birini mübarək Ramazan ayında reallaşdırıb. İslam ordusunun, müsəlmanların öz Rəhbərlərinin başçılığı altında doğma vətənləri olan Məkkəyə daxil olması mübarək Ramazan ayının günlərində baş verir. Bəli, söhbət Məkkənin fəthindən gedir. Hicri təqviminin 8-ci ilində, Ramazan ayının10-da müsəlmanlar məlum və mübarək iş üçün yola çıxırlar və Ramazanın 20-də Məkkə şəhəri fəth edilir.


Əlbəttə ki, mübarək Ramazan ayında çox əlamətdar hadisələr baş vermişdir ki, zaman-zaman bu hadisələr haqqında danışılır, xüsusiylə Ramazanda diqqətə çatdırılır. Amma, bu bəhsdə Ramazan ayında Məkkənin fəth edilməsi mövzusuna toxunmağımızın xüsusi keyfiyyəti var, xüsusiylə bu planımızda var.


Biz bu çıxış və fəth hansı səbəblə başladı, hansı nəticə ilə sonuclandı, nə kimi hadisələr və söz-söhbətlər oldu-bu haqda danışmırıq. Məkkənin fəthi özü çox geniş mövzudur- həm geniş və maraqlı tarixi var və həm də, mənəvi dəyəri böyük olan bir mövzudur. Amma, burada həmin fəth zamanı baş vermiş bir hadisə diqqəti çəkir;


Qəlbləri fəth edən Rəhbər (s)


Allahın ordusu Məkkəyə çatdı. Gözlər bərəlib bu qüdrətə, bu ilahi əzəmətə tamaşa edirdi. Məkkə mübarək bir yerdir və Allah Ordusunun Böyük Sərkərdəsinin niyyəti xoşdur, O, qan tökməz, O, insaniyyətlik nümunəsidir. O Həzrət (s) qansız-qadasız Məkkəni fəth etməyə gəlib. Həm uşaqlığını keçirdiyi doğma vətən, həm əcdad (ata-baba) yurdu, həm Allahın mübarək evi və həm də, müsəlmanların qibləsi, pənah yeri, sığınacaq nöqtəsi.


Mədinə şəhəri İslam dövlətinin paytaxtı olsa da, Məkkə şəhəri bu dövlətin məxsus olduğu dinin-İslamiyyətin paytaxtıdır. Mədinə İslam dövlətinin beşiyidirsə, Məkkə İslam dinin beşiyidir. O səbəbdən də, bu yerin fəthi çox mühüm idi və böyük əhəmiyyət kəsb edən məsələ idi. Odur ki, Həzrət (s) Öz qoşunu ilə Məkkəyə gəlir və qarşı çıxmayanlar, silahı yerə qoyanlar artıq, amandadırlar. Həmin məqamda bir çoxları İslamı qəbul elədi. Hətta, Əbu Sufyan da, İslamı qəbul elədi və Peyğəmbər (s) göstəriş verdi ki, onun evinə sığınanlar amandadırlar.


Diqqət çəkilən məqam isə o məqamdır ki, Həzrət Peyğəmbər (s) nə üçün Məkkədə silah işlətmədən iqtidarı ələ aldı? İslam dini sülh, əmin-amanlıq, insaniyyətlik dini olduğu üçün, Onun Peyğəmbəri (s) də, belədir. O Həzrət (s) qəlbləri fəth eləməkdən ötrü Allahdan bir əmr aldı və Allahın tərtib elədiyi proqram əsasında yola çıxdı və nəhayət Özünün peyğəmbərliyə yetişməsindən illər sonra, Məkkəyə üz tutdu. O Həzrət (s) oradan məcburi çıxarılmış və Mədinəyə mühacirətdə bulunmuşdu. İndi isə, qayıdır bu ata-baba yurduna. Məkkənin havasını ciyərlərinə çəkir, Kəbə evinin mübarək divarlarının ətrini qoxlayır. Və yadına salır o məqamı ki, bir zamanlar zərurətdən buradan çıxıb getmişdi.


Hətta, müşriklərə fəth zamanı bir moizə də, edir ki, bu moizədə onlara o günləri xatırladır. Onunla (s) düşmənçilik edənlərdən kimisi ölmüş, kimisi qalmış, kimisi İslama gəlmiş, kimisi o məqamda da, müşrik idi. Hamıya danışırdı Peyğəmbər (s), xatırladırdı o günləri. Bildirir ki, kafirlər zərrəcə mərhəmət etmədilər, Həzrətə (s) söydülər, daşladılar, həbs etmək, öldürmək istədilər, suyi-qəsd hazırladılar həmin gecə, müsəlmanların evlərini, dükanlarını yıxıb viranə elədilər.


Uşaqlarına öyrətdilər ki, Peyğəmbərə (s) daş atsın, həqarət eləsinlər. Hər cür əziyyət və məşəqqəti əsirgəmədilər və bunlar azmış kimi, Mədinədə də, Həzrəti (s) rahat buraxmadılar. Bu və s. hadisələri o yerdə yad elədi Həzrət (s). Və o zamankı zahiri zəifliklə bu zamankı qüdrət və əzəməti müqayisə edib o yerdə şükr səcdəsi elədi. Bu xatırlatmalardan, ayıldıcı şüarlardan sonra, Həzrət (s) sonda "sizi bütün bu etdiklərinizə rəğmən bağışlayıram, azadsıznız!” deyir. O məqamda tanınan, tanınmayan bir çoxları İslamı qəbul elədi, qadınlar O Həzrətlə (s) İslamın təyin etdiyi qaydada-əli su dolu bir qaba salmaqla Həzrətlə (s) beyət elədilər.


Diqqət ediləsi vacib məqam


Ramazan ayı bütlərin sındırıldığı aydır. Təkcə mənəvi mənada yox. Təkcə o mənada yox ki, bəşəriyyət üçün ən böyük təhlükə hesab edilən, dünyada müharibə alovlarını yaradan, qanlar tökən, evlər yıxan, cinayətlərə bais olan, hətta, iblisin yoldan çıxıb şeytanlaşmasını səbəb olan nəfsi öldürmək ayıdır. Nəfs-bütlərin anasıdır. Ana bütdür! Ramzan ayı bu bütün aşırdılıb, sındırılması ayıdır. Bu ayda şeytan zəncirlənib, nəfs fəaldır və hər kəsin içində bir böyük heykəl var, bu bütdür. O bütü aşırmalıdır Ramazan əhli.


Maddi bütlər də, Ramazan ayında aşırdılıb. Ramazan ayı həm də, maddi, daşdan, taxtadan yonulan və Allaha şərik qoşulan, məbud hesab edilən bütlərin aşırıldığı, param-parça edildiyi aydır. Bu ayda bütlər aşırılmalı idi, Məkkənin fəthi günü bu iş oldu, Məkkənin fəthi günü bütlər sındırılmalı, Kəbə evi bütlərdən təmizlənməli idi, bu, məhz, mübarək Ramazan ayında baş verdi. Məkkənin fəthi proqramında bütlərin aşırılması var idi, həyəcanlı anlar, diqqət ediləsi zəruri olan- bütlərin qırılma məqamı. Həzrət Peyğəmbər (s) illərin təbliğat və təşviqatdan sonra, artıq, bütləri qırır.


Sonradan İslamı qəbul edib, Peyğəmbərə (s) iman gətirən insanlar var idi ki, onlar da, əvvəllər bu bütlərə tapınırdılar, müşrik idilər. O zaman Peyğəmbər (s) bu bütləri sındırsaydı, məqsədə yetməyəcəkdi. Çünki əvvəlcə müşriklərin qəlbindəki bütü sındırmaq lazım idi. Həzrət (s) əvvəlcə onların daxilindəki heykəli-bütü aşırtdı. Artıq, təbliğat nəticəsində köhnəliyi müşrik olanlar o bütlərə nifrət edir, bir olan Allaha etiqad edirdilər. Peyğəmbər (s) onları hazılamışdı və onlar gözləri ilə bütlərin aşırıldığını gördükdə narahat olmadılar və özləri də, aşırtdılar, sındırdı və təhqir elədilər.


Zatən, maddi daşı aşırmaq nədir ki? Aşırılmaya da, bilərdi o daşlar, taxtadan yonulan bütlər. Zatən, qəlblərdə onlara yer yox idi, zatən, içdəki büt aşırılmışdı. Amma, Kəbə Allah evi idi və taxta olmuş olsa belə, Allaha şərik qərar verilən, ibadət edilən bir şey məhvə məhkumdur. Peyğəmbər (s) orada "haqq gəldi, batil məhv olmalıdır” ayəsini oxuyurdu. "Nəsr” surəsi nazil oldu o məqamda, o məqam-insanların dəstə-dəstə Allahın dininə girdikləri və Peyğəmbərin (s) bundan ötrü şükr və təsbih elədiyi məqamdır.


Həzrət Əli (ə) bütləri qırır


Ömründə bir an belə o bütlərə tapınmayan, Tək olan Allaha ibadət edən Həzrət Əliyə (ə) çox mühüm bir vəzifə tapşırılır o anda. Kəbə evinin damındakı-müşriklərin çox böyük ehtiram elədiyi bütü sındırmaq lazım gəlirdi. Həzrət Peyğəmbər (s) bu işi Həzrət Əlinin (ə) öhdəsinə qoydu. Bu bütü Əli (ə) sındırdı, amma, bu işin həyata keçməsində Həzrət Peyğəmbər (s) Özü birbaşa rol oynadı. Yəni, Həzrət Əli (ə) Peyğəmbərin (s) mübarək çiyinlərinə çıxmışdı o məqamda. Həzrət Peyğəmbər (s) Özü Həzrət Əliyə (ə) bu imtiyazı vermiş və Onu (ə) bu şərəfə layiq bilmişdi.


Bütlərin sındırıldığı məqamda, ravilərdən biri nəql edir ki, müşrik qalanlardan bəziləri bu səhnə ilə-bütlərin aşırılması və sındırılması səhnələri ilə ilk dəfə idi ki, qarşılaşırdılar. Buna görə də, gözləri bərəlmiş, qəlbləri təravətdən düşmüş, çox məyus halda, qəmginliklə bu səhnələri izləyirdilər. Çünki onlar bu bütləri qüdrətli bilirdilər, əzəmətli hesab edirdilər, ata-babaları, özləri uzun illər bu bütlərə tapınırdılar. Amma, bir nəfər lazım idi o yerdə ki, onları məyus eləsin, bütləri aşırsın və o da, Həzrət Peyğəmbər (s) idi-sözsüz ki. Həzrət Peyğəmbər (s) bununla öyrətmək istəyirdi onlara ki, bu bütlər sizə ibadət ediləsi məbud ola bilməzlər. İbadət edilən bir varlıq var, O da, bütün bəşəriyyətin, məzluqatın Xaliqi olan Allahdır.


Bütlərimizi sındıraq


Biz sadə insanlarıq, amma, bizim də, üzərimizə-Həzrət Əlinin (ə) üzərinə düşən missiya düşüb, O Həzrətə (ə) tapşırılan vəzifə bizə də, tapşırılıb. Bütləri aşırmaq, məhv etmək vəzifəsi. Bütün sahəbələrin intizarında olduğu, çoxdandır ki, öz əlləriylə həyata keçirtmək istədikləri, arzu etdikləri və nail olduqları işi biz də, görməliyik. Biz, bu mübarək ayda bu vəzifənin öhdəsindən gəlməyə çalışmalıyıq. İçimizdəki bütü sındırmaq vəzifəsi nə gözəl vəzifədir. Sanki Peyğəmbərdən (s) vəzifə almışıq kimi hiss edək özümüzü. Hansı ki, elə almışıq da. Peyğəmbər (s), Əli (ə) Ramazanda bütləri sındırdılar, biz də, içimizdəki bütləri aşıraq bu ayda. Ramazandan gözəl fürsət ola bilməz bu iş üçün.


Nəsrullahın-Allahın köməyinin və fəthin gəldiyi zamandır bu zaman, həmin aydır, bu ay. İnsanların dəstə-dəstə dinillaha-Allahın dini olan İslam dininə daxil olduğu aydır bu ay. Biz də, bu ayda, Allahın möhkəm, alınmaz qalasına daxil olmalıyıq.


Peyğəmbərimiz (s) Məkkəni zahirdə fəth elədi. Dörd divardan ibarət bir şəhər. Daşdan-palçıqdan, mənəviyyət dolu, divarlarından ilahi ətir gələn, mübarəklik saçan, nur ələyən Məkkə şəhəri və Kəbə evi. Amma, batindəsə Həzrət Peyğəmbər (s) qəlbləri fəth eləyib. Bu gün nə çox qeyri-müsəlmanlar artıq, İslamı qəbul ediblər, bütün avropada, Amerikada, Asiyada, afrikada-hər yerdə İslam var, İslamın nuru var. Tanınmış və tanınmamış əcnəbi, əvvəli qeyri-müsəlman olanlar İslama gəlməklə şərəflənirlər. Bütün Avropada, dünyanın hər yerində Ramazan coşqusu var, Ramazan əhval-ruhiyyəsi var. İnsanlar Allahın dininə dəstə-dəstə girirlər. Əlhəmdu lilləhi-Rabbil-aləmin!

İlahi, bizi bu Ramazandan layiqincə bəhrələnənlərdən, birinci dəstədən qərar ver. Dünyada və Axirətdə bizi Qurandan və Əhli-Beytdən (ə) ayrı salma

Category: Salam | Views: 752 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024