İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Avqust » 8 » Ayətullah Behcətin (r) yemək barədə tövsiyələri
8:02 AM
Ayətullah Behcətin (r) yemək barədə tövsiyələri
Ayətullah Behcət (r) insanın sağlam olması üçün bir neçə tövsiyələr irəli sürmüşdür. Belə ki, Ağa Behcət buyurur: "Yemək yeyən zaman mötədilliyi qoruyun ki, sağlamlıq üçün çox faydalıdır. Əgər insan həmişə çörək yeməyə adət edibsə, yaxşı olar ki, bəzən düyü yesin. Əgər düyü yeməyə adət edibsə, yaxşı olar ki, bəzən çörək və ya sıyıq yesin. Yeməkdə çeşidlik olsun. Bir nəfərin dişi ağrıyır və həkimin yanına gedir ki, dişimi çək. Həkim deyir: Başın ağrıyan zaman onu da çəkirsən? Mədədə mötədilliyi qorumaq diş ağrısını da aradan qaldırar”.

Onu qeyd etmək lazımdır ki, Məsumların (ə) elmi ancaq mənəvi məsələlərə aid deyildir. Onlar insanın necə sağlam ola biləcəyi haqqında da tövsiyələr irəli sürmüşdülər. Əlbəttə bu tövsiyələrin çox az hissəsi bizim əlimizə keçmişdir. Ancaq əlimizdə olan bu az qiymətli tövsiyələr içərisində də dəyərli məsləhətlər çoxdur. Onlara əməl etmək bizə nicat verə bilər.

Ayətullah Behcət (r) bu haqda buyurur: "Mərhum Məclisi (r) kitabların birində yazmışdır: "Əgər insan Məsumların (ə) tibbinə əməl edərsə, xəstəliyə düçar olmaz”. İnsan eyni zamanda dini göstərişlərə və qaydalara əməl edərək, sağlam qala bilər. Bir nəfər öz oğluna məsləhət görür ki, filan dəftərdə yazmışam ki, hər səhər duranda bir alma ye, həkimə işin düşməz. 90 yaşına çatmış bir qoca deyirdi: Hər səhər bir alma yemək insanı dirildir”.

Ayətullah Behcət (r), Şeyx Muhəmmədtəqi Bəhluldan (r) bir mövzunu nəql edir: "Başqa insanlarla müqayisədə daha az xəstələnirəm. Yeməyimi İmam Rza (ə) tibbinə görə yeyirəm”.

Bu məsələnin tarixi belədir. Abbasi xəlifələri öz həyatlarına görə həmişə qorxu içində olurdular. Ona görə də hər birinin sarayında Avropadan gətirilmiş bir həkim olardı. Nə zaman xəstələnərdilər, ona müraciət edərdilər. Məmunun da sarayında bir həkim var idi. İmam Rzanı (ə) öz vəliəhdi elan edəndən sonra məclislərin birində Həzrət (ə) həmin həkimlə üz-üzə gəlir. Həmin həkim İmamdan (ə) soruşur: Sənin cəddin həkimliyini təsdiq etdiyi halda, niyə tibb haqqında kitabı yoxdur? Allahınız Quranda tibb haqqında niyə bir şey deməmişdir? İmam Rza (ə) buyurur: "Allahımız bütün tibbi Quranda bir kəlmə ilə demişdir: "(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. ("Əraf” 31). Hər kim bu ayəyə əməl edər, xəstə olmaz. Həkimə də ehtiyacı olmaz. Cəddim buyurub: "Qarın dərdin mənbəyidir və pəhriz - dərman mənbəyidir”.

Məmun deyir: "Yaxşı olar ki, dediklərinizi geniş açıqlayasınız”. İmam Rza (ə) qəbul etdi və təbabət elmi haqqında risalə yazdı. Məmuna verdi və o, da nəşr edib yaydı. Bu risalə "Zəhbiyyə risaləsi” adı ilə məşhurdur. Mən bu risaləni əzbər bilirəm. Bir ömürdür ki, ona əməl edirəm. Xüsusilə də İmam Rzanın (ə) Məmuna öyrətdiyi yemək vədələrinə görə çox da xəstələnməmişəm. Halım yaxşıdır”.

Ayətullah Behcət (r) bir neçə qidanın çox faydalı olduğunu vurğulayaraq, buyurur: "Xurma, süd, qatıq, zeytun yağı bütün yeməklərin toplusudur. Çox təəcüblüdür ki, tibb bu qədər inkişaf etməsinə baxmayaraq, xərçəngi müalicə edə bilmir. Deyilənə görə İraqda xurma çox olduğu

üçün insanları xərçəng xəstəliyinə çox az tutulurlar. Bir həkim iddia edirdi ki, İbni Sina təbabətinə əsasən bir dərman ixtira etmişdir, xərçəng əleyhinədir və əsasını da xurmanın şirəsi təşkil edir”.

Başqa yerdə buyurur: "Biz ləziz yeməkləri yaxşı yeməklər və dadsız yeməkləri pis yeməklər hesab edirik. Halbuki, yağda qızardılmış yeməklər zərərlidir, ancaq suda bişirilmiş yeməklər faydalıdır”.

Məsumlar (ə) hər şeydə bir nizamın olmasının zəruri olduğu kimi yemək və yatmaqda da nizamın olmasını vurğulamışdılar. Ayətullah Behcət (r) buyurur: "Yemək yeyən zaman nizamı pozmaq və həmçinin yuxunun da nizamını pozmaq başqa işlərin də təxirə düşməsinə təsir edər.

Bildirilir ki, hədislərin birində deyilmişdir: "Acmadan yemək yeməyin və doymadan yeməkdən əl çəkin”.

Şeyx Rəisin belə bir kəlamı vardır: "Gün ərzində bir dəfə yemək ye və əvvəl yediyin həzm olmadan yemək yeməkdən çəkin”. Yəni aclıq sağlamlıq üçün daha yaxşıdır, nəinki çox yemək.

Ayətullah Behcətdən (ə) şəkərli diabet xəstəliyi haqqında soruşanda buyurmuşdur: "Gərək çox səfərə çıxsınlar və idman etsinlər”.

Yeməklərin ləzzətini oruc tutanlar yaxşı bilir.

Ayətullah buyurur: "Əgər insan aclıq çəkərsə, bu zaman yemək onun üçün ləzzətli olacaqdır. İlahi nemətlərin qədrini də daha yaxşı biləcəkdir. İftar vaxtı ona görə də onun üçün ən ləzzətli vaxtdır. Həm cisminə görə və həm də mənəviyyatına görə. Səhər və iftar yeyən zaman qarnınızı o qədər doldurmayın ki, aclıq hiss etməyəsiniz. Həmçinin hədislərin birində deyilir: "Oruc tutanın iki sevincli halı vardır: biri iftar vaxtı və o biri də Pərvərdigarı ilə görüşdüyü vaxt”. Bu imtihan olunmuşdur ki, iftar vaxtı çörək və çay ən ləzzətli qidalardır”.

Ayətullah Behcət (r) yuxusuzluq haqqında belə buyurur: "Maye içmək, qatıq və xiyar yemək tez yatmaq üçün faydalıdır. Ola bilsin ki, xiyar gec həzm olunsun, ancaq bir stəkan ayran yuxu üçün faydalıdır”.

Beləliklə bu böyük alimin və arifin sözlərindən belə nəticəyə gəlmək olur ki, insanın bütün xəstəlikləri onun yediklərinə görədir. Əgər insan yediyi şeylərə diqqət etsə və mötədilliyi qorusa, həm sağlam olar və həm də ömrü uzun olar.
Category: Salam | Views: 1423 | Added by: ehlibeytasiqi | Rating: 5.0/2
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024