Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 1 Qonaq: 1 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » 2012 » Sentyabr » 14 » Ayətullah Cəfər Sübhani: “Müsəlmanlar buna elə reaksiya verməlidirlər ki, İslam düşmənləri bir daha belə fikirlərə düşməsinlər”
11:42 AM Ayətullah Cəfər Sübhani: “Müsəlmanlar buna elə reaksiya verməlidirlər ki, İslam düşmənləri bir daha belə fikirlərə düşməsinlər” |
İslam dünyasının mərcəyi-təqlid müctəhidlərindən olan Ayətullah Cəfər Sübhani də müsəlman dünyasını əziz İslam Peyğəmbəri (s) əleyhinə çəkilən filmə qarşı reaksiya verməyə və təsirli addımlar atmağa çağırıb. "İrna" xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah Cəfər Sübhani bəyanatında buyurub: "Allahın Peyğəmbərləri, İlahi vəhyin sadiq nümayəndələri dünyanın bütün xalqları və millətləri tərəfindən ehtiramla anılmalıdır. Çünki onlar bəşəriyyət üçün dəyərli irs qoyub getmişlər. Bəşərin səadəti üçün bütün qüvvələrini sərf ediblər”. Daha sonra Ayətullah Cəfər Sübhani bildirir: "Bəşəriyyətə belə xidmət göstərmiş Allahın sonuncu Peyğəmbəri olan İslam Peyğəmbərini təhqir edən filmin çəkilməsi 1.5 milyard insanın pak hisslərini aşağılamışdır. Allahın sonuncu Peyğəmbərinə (s) qarşı belə münasibət o filmin yaradıcılarının rəzilliyindən, iyrəncliyindən, bir başqa ifadə ilə axmaqlığından xəbər verir”.
Bəyanatın davamında bildirilir: "Ona görə də müsəlmanlar buna elə reaksiya verməlidirlər, o cür münasib addımlar atmalıdırlar ki, İslam düşmənləri bir daha belə fikirlərə düşməsinlər".
|
Category: Salam |
Views: 634 |
Added by: ehlibeytasiqi
| Rating: 0.0/0 |
|