Bu gün şəhərimizdə, İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s.ə.v.a) əziz qızı, xanımların örnəyi hesab edilən, hər iki dünyanın seyyidəsi Həzrəti Zəhra (s)-nın mövlud mərasimi keçirilib. Bu tədbir Hikmət Çırağı MMC Tədris Mərkəzi, İbrət İctimai Dini Jurnalı tərəfindən həyata keçirilib. Tədbirdə Yasamal rayonu Əlillər təşkilatı heyyəti üzvüləri də təşəbbüs göstəriblər. Belə ki, əlil xanımların qeyri adi əl işləri də movlud mərasimində sərgi kimi nümayiş etdirilib. Tədbir Quran tilavəti ilə başlayıb. Tədbirdə Türkiyədən və Ərəb ölkələrindən təşrif buyurmuş qonaqlar iştirak ediblər. Azərbaycandan da nüfuzlu ruhanilərin qatıldığı tədbirdə Əhli-Beyt ilahi nəğmələr qrupu Həzrəti Zəhra (s)-nın şəninə mədhiyələr ifa ediblər. Tədbirin rəhbərləri isə İlahiyatçı Filosof Ruhani Hacı Atif İsmayılov və İlahiyatçı Ruhani Seyyid Nemətdir.
|