İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 336

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Oktyabr » 24 » Bilirsənmi?
7:50 AM
Bilirsənmi?
İmam Əli (ə) buyurub: İnsanlarla elə davranın ki, əgər harasa səfər etsəniz sizin üçün darıxsınlar, əgər dünyanızı dəyişsəniz sizə ağlasınlar. Hədisin şərhi;
1. Gözəl davranış.
İmam Əli (ə)-ın bu dəyərli kəlamı, bizlərə mənəvi töhfə bəxş edən və insanlığın ali nümunəsini aşkar etmək üçün əsas hədəflərdən biri sayılır. O həzrət burada insanlarla gözəl şəkildə davranmağı zəruri bir məsələ hesab etmişdir. Lakin insanlarla davranışın yeganə bir yolu varsa oda onlarla ünsiyət qurmaq və qaynayıb qarışmaqdır. İnsanlardan çəkinib bir tərəf olmaq və yaxud onlarla əlaqələri kəsmək şəri baxımından qadağa sayılır. Bu səbəbdən həzrəti Rəsulullahdan nəql olunan mötəbər hədislərdə belə gəlmişdir: \"İnsanlarla ülfət qurmayan hər kəs xeyirxah ola bilməz.\" Rəvayət edilir ki, bir şəxs Allaha dua edərək: \" Ey Rəbbim! Məni öz yaratdığın insanlardan uzaq et\" deyərkən İmam Məhəmməd Baqir (ə) bunu eşidərək ona buyurdu: \" Belə söyləmə. Söylə ki, Ey Rəbbim məni şərr insanlardan uzaq et. Çünki mömin insanın öz qardaşına ehtiyacı vardır. \" Bütün bu hədislərdən məlum olur ki, insanlarla rabitə qurmaq dinin əsas hədəflərindən biridir. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə bir sıra inanclı insanlar hələdə bunu dərk edə bilməmişlər. Bəzən öz şəxsi fikirləri və yaxud düşüncə tərzlərinin təsiri altına düşərək doğmalarından belə imtina edirlər. Halbu ki, İslam ideologiyasında insanlarla rabitə qurmaq onların qayğısında durmaq əsas hədəflərdən biridir. İmam Əlinin (ə) bu hikmətli kəlamından faydalandığımız bir məsələdə ondan ibarətdir ki, insanlarla rabitə qurarkən onlara gözəl şəkildə təsir bağışlamaq gərəkdir. Hətta bu rabitə o həddə çatmalıdır ki, doğma bir insan kimi biri-birilərinə qarşı sevgi və ülfət yaratmalıdır. Sanki gözəl təsir bəxş edən insanın bənzəri günəş misalında olmalıdır ki, əgər öz şöləsini sacmazsa təbiətdə boşluq yaranar. İmamda öz kəlamında buna işarə etmişdir. Amerikanın böyük yazıçılarından biri Mark Tuyinin gözəl bir ifadəsi vardır: \"İnsanların bəziləri öz vücudu ilə bir yerə zinət bəxş edər, bəziləri isə oradan getməklə.\" Cəmiyyətimizdə çox vaxt belə ailələrin şahidi oluruq ki, əgər ata evə daxil olarsa ev əhli sevinərlər evdən xaric olarsa kədərlənərlər. Amma elələridə vardır ki, evə daxil olarsa evdə qəm-qüssə yaranar, evdən çıxan zaman ev əhli sevinərlər. Bunun üçün atalar gözəl deyiblər: \" O kəslərdən olma ki, ölərkən desinlər şükür Allaha\" Deməli əsas və zəruri məsələ insanlarla rabitə qurarkən davranış çox önəmli bir məsələ sayılır. Həzrəti İmam Əli (ə) əsas hədəf sayılan \"davranışı\" gözəl şəkildə qurmağı tövsiyə etmişdir.

2. İnsanlarla davranmaq bir fənn sayılır.

İnsan həyatının təməlində davranış qaydası sanki bir fənnə bənzər. Hər kim bu fənni gözəl bilərsə insanlara təsir bağışlamağı daha gözəl şəkildə bacarar. Bir insanın öz malı dövləti ilə bacarmadığı işi gözəl davranış sahibi yerinə yetirə bilər. Gözəl gülüş xoş bir rəftar digər şeylərdən üstün olaraq öz sahibini uca bir məqama yiyələndirər. Bu barədə Rəsulullah (s) Əbdül Mütəllib övladlarına nəsihət edərək buyurmuşdur: \"Ey Əbdül Mütəllib övladları siz insanlar üçün öz malınızla deyil gözəl davranışınızla səy edin.\" Əgər biz Rəsulullahın cahiliyyət dövründə Ali bir şəxsə çevrilməsinə diqqət yetirsək o zaman görərik ki, məhz ona öz əxlaqi və davranışı çərçivəsində nail olmuşdur. Bu səbəbdən hədislərdə Əhli-Beyt (ə) məsumları tərəfindən davranış qayda qanunlarının tənzimi və tərtibi geniş yer tutmuşdur. Bu davranış metodları və üsulları müxtəlif şəkildə ola bilər. Lakin etik və əxlaq normaları bütün bu davranışlar üçün əsas tənzimləyici bir ölçüdür. Elə isə insanlarla davranarkən aşağıdakı əxlaqı normalara diqqət yetirmək lazımdır.

1. Ünsiyət yaradılan insanın daxilini tanımaq və ona uyğun şəkildə davranmaq.

2. Ünsiyət yaradılan insanla əxlaqı qaydalara tam riayət etmək.

3. Bütün insanlara qarşı ehtiramla yanaşmaq.

4. Bütün insanların danışdıqlarına tam qulaq asmaq.

5. İnsanları yaxşı işlərə təşviq etmək.

6. Özün isə bəyəniləyən işlərdən uzaq durmalısan.

Əgər hər bir ictimai dini xadim və yaxud digər insanlar gözəl davranış sahibi olmaq istəyirlərsə məhz bu deyilənlərə əməl etməlidirlər. O zaman həm sözün həmdə əməlin gözəl nəticəsi davranışda özünü əks etdirər və gözəl təsir bağışlamağa səbəb olar. İlk öncə Allahdan özümə və sevdiyim insanlara bu işdə müvəffəqiyət arzu edirəm. Amin Ya Rəbbil Aləmin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatu.

Şeyx Hacı Atif İsmayılov

Category: Salam | Views: 376 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 1
1 ehlibeytasiqi (2012-10-24 7:52 AM)
Allah Hacıdan razi olsun.
biggrin

Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017