İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 335

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » İyun » 16 » Bu gün İmam Musayi-Kazimin (ə) şəhadət günüdür
3:45 PM
Bu gün İmam Musayi-Kazimin (ə) şəhadət günüdür
Yeddinci imam olan Musayi-Kazım (ə) hicrətin 745-ci ilində doğulmuşdur və 799 ilində şəhid edilmişdir. Altıncı imam Cəfəri--Sadiqin (ə) oğlu olan İmam Musayi-Kazim (ə) həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa (ə) Əhli-beytin (ə) nurlu yolunu bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqibcə təmsil edirdi. O Həzrət (ə) digər imamlar kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.

Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçincə, Əhli-beyt (ə) tərəfdarları rahatlayacaqlarını sandılar. Amma qısa bir müddət keçmədən Abbasilər də Əməvilərin etmədiyi zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəməsi idi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək Əməviləri devirmişdilər. İqtidarlarını başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan ən əhəmiyyətli zərbəni vuran böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasan olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt davamçılarını qətl etməkdən çəkinmədilər.
Fəx hadisəsi

"Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Peyğəmbər (s) nəsli olan Bəni-Haşim bu məslədə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli Imam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə Xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təziqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, Həcc mövsümündə o öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrində olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyini xəbər tutan xəlifə onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: "Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faxiəsi kimi dəhşətli olmayıb”.



İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, 1 il hakimiyyət edən xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid İmamı (ə) sürgün etdirərək, həbsə atdırdı.

İmam (ə) zindanda

İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.

Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.



Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.



İmamın (ə) təbliğ nümunəsi



Bir gün İmam Musayi-Kazim (ə) bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?»

Kəniz, "Azaddır", - dedi.

İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».

Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.

O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə)yetirib salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona Büşri-hafi (ayaqyalın Büşr) deyirdilər.



Hazırladı: Emin NASİR

Category: Salam | Views: 214 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017