İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Aprel » 25 » HƏZRƏT FATİMƏYİ ZƏHRANIN (S.Ə.) MÜBARƏK ŞƏXSİYYƏTİ BARƏDƏ
12:35 PM
HƏZRƏT FATİMƏYİ ZƏHRANIN (S.Ə.) MÜBARƏK ŞƏXSİYYƏTİ BARƏDƏ
(Xanım Fatimeyi-Zəhraya (s.ə.) ithaf olunur)
Xanım Zəhrz besətin beşinci ilinin cəmadius-Sani ayının 20-si, cümə günü dünyaya göz açdı. Xanım (s.ə.) dünyaya göz açanda Həzrət Xədicənin (s.ə.) yanında dörd dünya və axirət xanımı, Sara (s.ə.) (İbrahim peyğəmbərin həyat yoldaşı), Asiyə (s.ə) (Musa peyğəmbərə Fironun (lən) vaxtında analıq eləmişdir), Həzrət Məryəm (s.ə.) və Musa Peyğəmbərin bacısı Gülsüm (s.ə.) olmuşdur. Anası Həzrət Xədicə xanım besətin onuncu ili, Fatimeyi-Zəhranın (s.ə.) 5 yaşı olanda dünyasını dəyişdi. Xanım Fatimeyi-Zəhranın (s.ə.) üç bacısı (Həzrət Zeynəb, Rüqəyyə və Ümmü Gülsüm) və üç qardaşı var idi (Həzrət Qasim, Abdullah və Tahir). Qardaşları uşaq yaşlarında dünyadan köçmüşdülər. Xanımın (s.ə.) mübarək ləqəbləri: "Binti Əbiha” – "Atasının qızı” deməkdir; "Seyyidətun-Nisə” – "Xanımların Xanımı”; Zəhra – "Parlayan”; "Tahirə” – "Pak”; "Əşrəful-Nisa” – "Xanımların ən şərafətlisi”; "Məryəmul-Kubra” – "Ulu Məryəm”; "Ümmi Əbiha” – "Atasının anası”; "Siddiqə” – "Düz danışan”; "Mərziyyə” – "Allahın razılığını qazanmış” və s.

Xanım (s.ə) hicrətin 2-ci ilində atasının əmisi oğlu İmam Əli (ə) ilə ailə qurmuşdur. Xanım (s.ə) bütün ömrünü balalarına və həyat yoldaşına həsr eləmişdir. Bütün ev işlərini özü görür, köməksiz dörd uşağına baxırdı (İmam Həsən (ə), İmam Huseyn (ə), Xanım Zeynəb (s.ə), Ümmü Gülsüm (s.ə.)). Bir gün İmam Əli (ə) Xanım Fatimeyi-Zəhradan (s.ə.) soruşur: "Evdə yeməyə bir şey varmı?”, Xanım (s.ə) cavab verir: "Sənin haqqına üstünlük verənə and olsun ki, üç gündür yeməyə heç nəyimiz yoxdur”. Həzrət Əli (ə) soruşur: "Bəs niyə mənə deməmisən?” - "Allahın Elçisi (s) məni səndən bir şey istəməkdən çəkindirmiş və tapşıraraq demişdir ki, əmin oğlundan heç nə istəmə, bir şey gətirsə - gətirib, gətirməsə, işin olmasın”.

Burada Xanımın (s.ə.) atasının sözündən çıxmamasını, həyat yoldaşına hörmətini, səbirliliyini, təmkinliyini görürük. Rəvayətə görə Xanım Fatimeyi-Zəhra (s.ə) atasından (s) kömək üçün məsləhət istədikdə Həzrət (s) Xanıma (s.ə) buyurdu: ”Mən sənə elə bir şey öyrədərəm ki, köməkçidən çox dərdinə çatar. Namazı bitirdikdən sonra, saqa-sola baxmazdan əvvəl 34 dəfə "Allahu Əkbər”, 33 dəfə "Əlhəmdulilləh”, 33 dəfə "Sübhənəllah” de. Allah sənə bacarıq və çeviklik bəxş edər”.

Gələcəkdə Xanımın (s.ə.) Fizzə adında kənizi olacaqdır; amma özünə üstünlük vermədən günləri özü ilə Fizzə xanım arasında bərabər səviyyədə bölürdü. Fizzə xanım 20 il Qurandan başqa heç bir söz danışmamışdır.

İmam Əli (ə) Həzrət Fatimənin (s.ə.) dilindən demişdir: "Peyğəmbər mənə dedi: "Ey Fatimə (s.ə)! Hər kim sənə salavat göndərsə, Allah onu bağışlayar və mən Behiştin hər yerində olsam, Allah onu mənə qovuşdurar””.

Bir neçə söz də Fədək bağı barədə. Fədək - Xeybərin (Xeybər qalası Xeybər şəhərində yerləşirdi) bol məhsul verən abad bir kəndi idi. Mədinə şəhərinin 140 km-də yerləşir, münbit torpağı və bərəkətli xurma ağacları var idi. Yəhudilərin əlində idi, amma hicrətin 7-ci ilində müsəlmanlar Peyğəmbərin (s) rəhbərliyi ilə Xeybəri fəth etdilər. Yəhudilər müharibə etmədən Fədəki Həzrət Peyğəmbərin (s) ixtiyarına qoydular. Ondan sonra Fədək Peyğəmbərin (s) şəxsi mülkü oldu. Elə ki, "İsra” surəsinin 26-cı ayəsi bu barədə nazil olundu: "Və qohumların haqqını və yoxsulun və yolda qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə”, Peyğəmbərimiz (s) Fədəki Xanım Fatimeyi-Zəhraya (s.ə.) bağışladı.

Bağın üstündə hakimiyyət nümayəndələrinin gözü qalmışdır və buna görə də Xanıma (s.ə.) çoxlu əziyyətlər verilib. Peyğəmbərin (s) şəhadətindən sonra Fədəki hakimiyyət nümayəndələri ələ keçirtdilər və işçilərini qovdular. Xanım Fatimeyi-Zəhra (s.ə.) Fədəkin sənədini alandan sonra nümayəndə Xanımdan (s.ə.) sənədi alıb cırdı.

Xanım (s.ə.) atasından sonra bir neçə ay yaşadı. 5 nəfərə "Bəkkaun” (Bəkkaun – "Çox ağlayan” deməkdir) deyirlər: Həzrət Adəm, Həzrət Yəqub, Həzrət Yusif, Xanım Fatimeyi-Zəhra (s.ə.) və İmam Səccad (ə.). Xanım əziz atasının dünyasını dəyişməsindən sonra çoxlu ağlayırdı və verilən əziyyətlərin nəticəsində bir neçə ay sonra, 18 yaşında şəhid oldu.

Allah bizə Xanım Fatimeyi-Zəhranın (s.ə.) xalis davamçılarından olmağı nəsib eləsin!

Məryəm Əkbər,

Category: Salam | Views: 610 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024