İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Oktyabr » 13 » İMAM CƏFƏR SADİQ (Ə) VƏ İSLAM MƏKTƏBİ
10:37 AM
İMAM CƏFƏR SADİQ (Ə) VƏ İSLAM MƏKTƏBİ
İndiyədək bu məsələ haqqında düşünübsünüz mü ki, nə üçün İmam Cəfər Sadiq (ə) islam məzhəblərindən birinin banisi və bizləri isə Cəfəri məzhəbinin ardıcılları kimi tanıyırlar? Peyğəmbərdən sonra 12 İmam olduğu halda bu ad nə üzdən məhz İmam Cəfər Sadiqə (ə) həsr olunmuşdur? Bildiyiniz kimi İmam Sadiq (ə) 6-cı İmam sayılır və burada bu sual ortaya çıxır ki, məgər o imamın həyatından öncə, əhli-beytsevər müsəlmanlar nə vəziyyətdə olmuşdur? Başqa sözlə nə üçün Ələvi, Həsəni, Hüseyni, Səccadi və ya Baqiri kimi təqdim olunmayıb və yalnız Cəfəri məzhəbi adlandırılıb?
 Bu məsələnin aydınlaşdırılması özü uzun bir zaman tələb edir və biz də burada bunu kamil şəkildə açıqlamaq niyyətində deyilik, lakin qısa olaraq demək olar ki, İmam Cəfər Sadiqin (ə) tədbirləri, elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islam missiyasını İmam Hüseynin qanında, bəyanını isə İmam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Əli əleyhisslamın yolunda cihad etdiyi, Həsənin (ə) sülh etdiyi, Hüseynin (ə) şəhid olduğu, Səccadın (ə)(Cəfər Sadiqin babası) əsir düşdüyü islamdır. 

Cəfəri məzhəbi İmam Sadiqin (ə) dövründə formalaşdı və Peyğəmbər (s) və İmam Əlinin (ə) sünnətləri və ənənələri həmçinin onların ilahi sayılan məfkurələri və düşüncələri ilə necə davranmağı açıq-aşkar oldu və əsl İslamın fiqhi ona əsaslanan bir məktəb formasına çevirdi.

İmam Sadiqin (ə) elmi səviyyəsi

İmam Sadiqin (ə) elmi əzəməti və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ bütün İslam məzhəblərinin alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu etiraf edirlər. İmam sadiq 12 mindən artıq tələbə tərbiyə edib. Onun bünövrə qoyduğu böyük dini və elmi mərkəzində elm izləyən alimlərin kəşfiyyatlarından hələ də bəşəriyyət faydalanır.

İmam Sadiq (ə) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, həmçinin ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir(ə)-ın elmi və mədəni inqilabının yolunu davam etdirdi, böyük elm ocağı, böyük məktəb təsis etdi, o dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hüşam ibn Həkəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hüşam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, Hüşam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, istər dəqiq elmlər, istər təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmışdır, məhz buna görə də "kimyanın atası” ləqəbini almışdır. Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: "Mən Cəfər ibn Məhəmməddən (ə) (İmam Sadiqdən) savadlı şəxs görməmişəm. O həmçinin deyirdi: "Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmmədi (ə) hüzuruna çağıran zaman məni çağırıb dedi: "Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur, onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.”Mən 40 dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, İmam Sadiq onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü İmam Sadiqə(ə) tutub dedi: "Bu, Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: "Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq) (ə) ilə müzakirəyə çıxar.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bu minvalla düz qırx məsələ soruşdum, hamısına cavab verdi.”

Hənifə deyir ki , O əziz İmamı daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd(ə)-dan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”

Şeyx Müfid yazır: "O həzrətdən o qədər elm söylənilib ki, artıq bütün camaatın yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”

Məşhur tarixçi ibn Xəllikan yazır: "O, on iki İmama inanan müsəlmanların İmamlarından biri, peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən olmuşdur. Düzgünlük və doğru danışdığına görə, onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiqin (ə) təlimlərini ehtiva etmiş və 500 risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.



İmam Sadiqin (ə) siyasi fəaliyyəti

Burada bunu qeyd etmək lazımdır ki, hamının təsəvvürünün əksinə olaraq İmam Sadiqin (ə) hərəkatı təkcə elm sahəsində olmamışdır. Eyni zamanda o həzrət siyasi fəaliyyət də göstərirdi. Ancaq İmamın (ə) hərəkatının bu hissəsi bir çox yazıçı və təhqiqatçılar üçün naməlum qalmışdır. İndi isə İmam Sadiq(ə) o dövrün vəziyyət və şəraitini nəzərə alıb əsla siyasət işinə qarışmamış, heç bir siyasi fəaliyyət göstərməmiş, xəlifələrin siyasətləri ilə hərəkət etmişdir” deyənlərin bu fikrinin əsassız və səhv olduğunu başa düşmək üçün İmam Sadiqin (ə) bəzi siyasi fəaliyyətlərini siz əziz oxuculara açıqlayırıq.



İmaməti təbliğ etmək məqsədi ilə nümayəndələrin göndərilməsi

İmam Sadiq (ə) İmamət məsələsinin əsl həqiqətini təbliğ etmək məqsədi ilə müxtəlif yerlərə nümayəndələr göndərirdi. O cümlədən Kufə şəhərindən olan bir nəfər İmam Sadiq(ə) tərəfindən Xorasan vilayətinə gəlib oranın əhalisini o həzrətə tabe olmağa dəvət etdi. Bəziləri onun dəvətini qəbul edib İmamın (ə) itaəti altına keçdilər, bəziləri onun dediklərini qəbul etməyib itaətdən boyun qaçırdılar, bəziləri də ehtiyat edib heç hansı bir tərəfi seçmədilər. Sonra hər dəstədən bir nəfər nümayəndə seçilib İmam Sadiqlə (ə) görüşə getdi. Səfər zamanı üçüncü dəstənin nümayəndəsi öz səfər yoldaşlarından birinin kənizi ilə bəyənilməz bir iş gördü. (Bu işdən heç kimin xəbəri olmadı.) Elə ki onlar İmam Sadiqin (ə) hüzuruna gəldilər, həmin şəxs sözə başlayıb dedi: "Kufə şəhərindən bir nəfər gəlib bizi sizə itaət etməyə dəvət etdi. Bir dəstə onun dediklərini qəbul etdi, bir dəstə qəbul etmədi, bir dəstə də ehtiyat edib heç bir tərəfi seçmədi.” İmam Sadiq(ə) buyurdu: "Sən hansı dəstədənsən,” O cavab verdi ki, mən ehtiyat edənlərdənəm. İmam Sadiq(ə) buyurdu: "Sən ki ehtiyat edirsən, bəs onda nəyə görə filan gecə ehtiyat etməyib elə xəyanətkar iş gördün,”

Gördüyünüz kimi qeyd olunan bu hadisədə İmam Sadiqin (ə) nümayəndəsi kufəli, onun nümayəndəliyə getdiyi yer isə Xorasan vilayəti olmuşdur, halbuki İmam Sadiqin (ə) özü Mədinədə yaşamışdır. Bu, İmam Sadiqin (ə) siyasi fəaliyyət dairəsinin genişliyini göstərir.

.... Və nəhayət zalım xəlifələr İmam Sadiqin (ə) İslam dünyasının möhtəşəm olduğu sahədə göstərdikləri xidmətlərə dözə bilməyib, o həzrətin mübarək həyatını öz zülmkar və cinayətkar hökumətlərinə ən böyük bir təhlükə hesab ediblər və Mənsur Dəvaniqi bir halda ki o həzrət 34 il imamət vəzifəsini yerinə yetirdi və 65 yaşlı olduğu zaman o məlun İmamı zəhərləndirib şəhid etdi.

Həzrətin mübarək məzarı Mədinə şəhərində atası İmam Baqirin (ə) və babası İmam Səccadın qəbrləri arasındadır.

Views: 887 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024