İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 336

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2013 » Maet » 19 » İmam Əli (ə) insan barədə: “Sən - Allahın əlyazmasısan. Allahın İlahi kitabısan ki, ayələri - vücudundur...”
11:31 AM
İmam Əli (ə) insan barədə: “Sən - Allahın əlyazmasısan. Allahın İlahi kitabısan ki, ayələri - vücudundur...”
Həzrət Əlinin (ə) həyatı bizim üçün bir neçə mühüm məsələni açıqlayır. Çünki o, hamımız üçün bir hidayət çırağı idi. İnsanlara qarşı olan münasibəti, sevgisi həddən artıq idi.

İmamın (ə) insanlara olan baxışı Allah Təalanın, Peyğəmbərin (s) insanlara olan baxışı kimi idi. İmam (ə) çalışırdı ki, insanlar həm dünyada və həm də axirətdə xoşbəxt olsunlar. Həzrət (ə) heç bir zaman insanların bir-biri ilə çəkişməsinə, dalaşmasına razı olmazdı. Xüsusilə o çəkişmələrin ki, əsasını cəhalət və nadanlıq təşkil edərdi.

Həzrət (ə) heç bir zaman döyüşü birinci başlamazdı. Cəməl döyüşündə bacardığı qədər bu müharibənin qarşısını almağa çalışırdı. Halbuki, döyüşdən əvvəl onun adamlarını Bəsrədə öldürmüşdülər, beytul-malı qarət etmişdilər. Həzrət (ə) bu atəşi söndürməyə çalışsa da, qarşı tərəf alovlandırırdı.

Əsgərlər döyüş üçün sıraya düzülən zaman İmam (ə) dindar bir cavanı çağırıb buyurdu: "Hazırsanmı Cəməl əhli ilə Qurana uyğun söhbət edəsən? Bəlkə qayıtdılar və döyüş baş vermədi”. Dedi: "Mən hazıram”. Həzrət (ə) buyurdu: "Getsən, ola bilsin ki, sağ qayıtmayasan”. Dedi: "Yenə hazıram. Əgər insanlara Allahın hüccətini çatdırmağım canım bahasına olsa belə, hazıram”.

Getdi və onlarla Qurana uyğun danışdı. Ancaq özlərini dindar hesab edənlər məqampərəstliyə və nəfsani istəklərinə görə onun dedikləri ilə razılaşmadılar və cavana ox və nizə atıb, onu şəhid etdilər.

Həmin cavan qayıtmadı, ancaq İmam (ə) yenə də döyüşü birinci başlamadı. Düşmən hücuma keçdi və İmam Əli (ə) cihada və müdafiəyə qalxaraq, qələbə çaldı.

Bu, İmamın (ə) insanlara olan baxışı idi. O, insanı əzəmətli hesab edərdi. Bu əqidədə idi ki, insan kiçik bir varlıq deyildir, onun vücudunda böyük bir dünya gizlənmişdir. Ona görə buyurardı: "Ey insan! Sən həqiqətən belə xəyal edirsən ki, vücudun tərəzi ilə ölçülə biləcək bir vücuddur. Əgər belə düşünürsənsə, Allah sənə peyğəmbərləri və Quranı göndərməzdi. Behiştin qapısını sənə açmazdı. Sən də heyvan kimi olardın. O zaman ki, qoyuna qiymət qoymaq istəyirlər, onu tərəziyə qoyarlar. Çəkinin nə qədər gəldiyinə uyğun ona qiymət qoyarlar”.

Allah buyurur: "Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar”. ("Əraf” 179).

O zaman ki, gözün, qulağın heyvanın gözü, qulağı kimi olar, yəni heç bir haqq söz eşitməz və görməz, bu zaman heyvandan fərqlənməz, ondan da azgın olar.

Həzrət (ə) buyurur: "Sən tutum cəhətindən o qədər böyüksən ki, Allah əkbər aləmi səndə qərar vermişdir. Sən - Allahın əlyazmasısan. Allahın İlahi kitabısan ki, ayələri vücudundur. Hər biri Allahın sirlərini nişan verir. Sənin böyük istedadların vardır. Elm, iman və böyük əxlaq istedadları. Sən mələkdən də üstün olmaq istedadına maliksən.

O zaman ki, siz özünüzü bir cisim və yeyəcəklərdə görürsünüz, məqam üçün, havayi-nəfs üçün Cəməl döyüşündə cəm olursunuz, İmam Əlini (ə) öldürmək istəyirsiniz? Əgər ədalətli hökumət etmək istəyirsənsə, mən ədalətli hökumət edirəm. Daha çox elmlə, daha yaxşı əxlaqla. Siz məqamı tutub nə edəcəksiniz ki?

Mən əgər hökumət kürsüsünə əyləşsəm, dəyişməyəcəyəm. Həmin Əli ibni Əbitalibəm. Ancaq əgər siz bu kürsüyə əyləşsəniz, özünüzü islah etmədiyiniz üçün bu kürsü sizi daha çox xarab edərcəkdir”.

Ancaq onlar İmama (ə) qulaq asmadılar və məğlub oldular. Əgər İmam (ə) bu gün gəlsə və bizə hökumət etmək istəsə, yenə də əvvəlki hadisələr təkrar olar. Çünki İmam (ə) hökumət etmək istəsə, birinci xəzinədə yığılan pulları və sərvətləri insanlara paylayacaqdır ki, bu da bir çox insanın xoşuna gəlməyəcəkdir. Şübhəsiz ki, əgər İmam (ə) bizim dörvdə yaşasaydı, bu dövrdə də onu öldürmək istəyənlərin sayı həddən artıq çox olardı.

Category: Salam | Views: 395 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017