İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » May » 30 » İmam Əlinin (ə) "Həmmam" xütbəsi (təqvalıların xüsusiyyətləri)
7:38 AM
İmam Əlinin (ə) "Həmmam" xütbəsi (təqvalıların xüsusiyyətləri)
İmam Əlinin (ə) xütbələrindəndir. Rəvayət edilib ki, Əmirəl-möminin əleyhis-salamın Həmmam deyilən abid səhabə və ardıcıllarından biri o Həzrətə (ə) dedi: "Ey Əmirəl-möminin, pərhizkarları (onların sifətlərini) mənə elə vəsf et ki, onları görmüş kimi olum". İmam (ə) onun cavabında duruxdu və gec tərpəndi. (Çünki cavabı gecikdirməyi daha məsləhət bilirdi.) Sonra qısa şəkildə buyurdu: "Ey Həmmam, sən özün Allahdan qorx və yaxşı işlər gör ki (Qur’ani-Kərimin Nəhl surəsinin 128-ci ayəsində buyurulur): «إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ» «Allah pərhizkarlar və yaxşı işlər görənlərlədir»".[2] Həmmam bu cavabla qane olmadı (öz istəyində israr etdi) və nəhayət, o Həzrəti (ə) and verdirdi. Buna görə də o Həzrət (ə) Allaha həmd və şükür edib, Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam göndərdikdən sonra buyurdu: "Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah məxluqatı yaradarkən onların itaət və bəndəliyindən ehtiyacsız, günah və itaətsizliklərindən qorxusuz və amanda idi. Çünki günahkarların itaətsizliyinin Ona bir ziyanı yoxdur və tabe olanların itaəti Ona bir xeyir gətirmir (bəlkə itaətə əmr etmək və itaətsizlikdən çəkindirməkdə məqsəd - bəndələrin özlərinin mənfəət əldə etmələridir). Buna görə də ruzi və asayiş vasitələrini onların arasında böldü və dünyada hər bir kəsi (hikmət və məsləhət əsasında yoxsulluq və varlılıq, yaxşılıq və pislik kimi layiq bildiyi) bir mərtəbədə yerləşdirdi. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur) və (xalq arasında) təvazökarlıqla davranarlar.[3] Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) və onlara xeyir verən elmə qulaq verərlər.[4] Çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər (İlahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin və inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin və inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir. Qəlbləri qəmgin, zərər-ziyanları təhlükəsiz (hamı onların zərər-ziyanından xatircəm və qorxusuzdur, çünki başqalarını incitmək və hər bir günahın mənşəyi dünyanı sevməkdir ki, onların da ona meylləri yoxdur), bədənləri (oruc tutmaq, çoxlu ibadət və bəndəlik etmək və qənaət nəticəsində) arıq, (dünyadakı) istəkləri az (naçarlıqdan möhtac olduqlarından artıq bir şey istəmirlər) və nəfsləri pak və təmizdir (şəhvət arxasınca getmirlər). (Dünyada olan) bir neçə qısa günü səbirlə başa çatdırarlar və onun arxasınca həmişəlik rahatlığı (sonsuz Cənnət nemətini) əldə edərlər. Bu iş Rəbblərinin onlar üçün hazırladığı çox qazanclı və mənfəətli bir ticarətdir. (Onlar özlərini ibadət və bəndəliyə hazırladıqları üçün Allah da səadətə qovuşmaq yolunu onlara göstərib.) Dünya onlara üz tutdu (öz mal və bər-bəzəyini onlara göstərdi), onlar isə ondan üz döndərdilər (ona göz yumdular); onları çətinliklərə əsir etdi, onlar isə canlarını qurban verərək (onun çətinliklərinə dözdülər və sonda) özlərini ondan qurtardılar. Gecə olanda (namaz üçün) ayaq üstə duraraq Quranın ayələrini diqqət və düşüncə ilə oxuyarlar və onu oxumaq və barəsində düşünməklə özlərini qəmləndirərlər. Onun vasitəsi ilə öz dərdlərinə əlac etməyə çalışarlar (Quranı oxumaq və ona əməl etməklə Qiyamətin əzab və çətinliklərindən nicat tapmaq istəyərlər). Beləliklə, şövqə gətirən və ümidverici (yaxşı əməl sahiblərinin mükafatını bəyan edən) bir ayə ilə rastlaşanda, ona tamah salarlar və şövqlə ona baxarlar, sanki ayənin, barəsində xəbər verdiyi mükafat onların gözləri önündədir və onu görürlər. Həmçinin qorxu və vahimə olan (pis əməl sahiblərinin cəzasından danışan) bir ayə ilə rastlaşanda qəlblərinin qulaqlarını ona elə açarlar ki, sanki cəhənnəmin (onun əhlinin) nalə və fəryadları qulaqlarının dibindədir. (Allah qarşısında rüku etmək üçün) qamətlərini əyər və (səcdə etmək üçün) alın, əllərinin içi, diz və barmaqlarının uclarını yerə qoyaraq Allah Təaladan özlərinin (Qiyamət əzabından) azad olmalarını istəyərlər. Gündüz olanda isə səbirli, alim, yaxşı əməlli və pərhizkardırlar. Qorxu (Allah qorxusu) bədənlərini, yonulmuş oxların nazikliyi kimi arıqladıb. Görən onların xəstə olduqlarını güman edər, halbuki heç bir xəstəlikləri yoxdur (bəlkə əzabın qorxusundan arıqlayıblar), (onlardan eşitdiyi sözləri başa düşmədiyi üçün) sərsəri və dəli olduqlarını deyər, halbuki dəli deyildirlər, bəlkə böyük iş (Qiyamətin fikri) fikirlərini qarışdırıb. Özlərinin az işlərindən razı olmurlar və çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar və öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar və deyər: "Mən özümü başqalarından daha yaxşı tanıyıram və Rəbbim məni mənim özümdən də yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən də üstün et və onların bilmədikləri günahlarımı bağışla!".

Pərhizkarların birinin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbirlilikdə alim, zənginlikdə mötədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət və bəndəlikdə təvazökar görərsən və o, yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın).[5] Onlar çətinlikdə səbirli, halal axtaran, hidayət və qurtuluşda şad, tamah və hərislikdən uzaqdırlar. (Beləsi) yaxşı işlər görməsinə baxmayaraq, qorxu içindədir. Gecə, onun səy və təlaşı (Allah Təalanın nemətlərinə görə) şükür etməyə sərf olunur. Gündüz, istəyi Allahı zikr etmək, yada salmaqdır. Gecəni öz qəflətindən qorxan halda (ki, məbada vəzifələrində səhlənkarlıq etmiş olar) başa vurar və gündüz Allahın lütf və mehribançılığından (onu müsəlman və Həzrət Muhəmmədə (s) və Əhli-beytinə (ə) tabe olanlardan etməsindən) şad və sevincək olar. Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət və bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı - əbədi olan şeydir və çiyrəndiyi - qalmayan şeydir (gözünü axirətə dikib və dünyaya arxa çevirib). O, səbri elmlə və sözü əməl ilə qarışdırır. (Çünki elm və ağla əsaslanmayan səbir və əməl ilə birgə olmayan söz - xoşagəlməzdir). Onu arzusu qısa (məhdud), səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi yox və qəzəbi yatırılmış görərsən. Xalq onun yaxşılığına göz dikib və pisliyindən rahat və xatircəmdir. Əgər (Allah və Peyğəmbərdən) qafil və xəbərsiz insanlar içərisində olsa, xəbərdarların zümrəsində sayılar. (Çünki onun qəlbi Allahı zikr etməklə məşğuldur.) Əgər xəbərdarların içərisində olsa, qafillərdən sayılmaz.[6] Ona zülm edəni bağışlayar, onu məhrum edənə yaxşılıq və ehsan edər və ondan ayrılana birləşər. Söyüş söyməkdən və çirkin sözdən uzaqdır və sözü mülayim olar. Ondan xoşagəlməz bir iş görünməyib və bəyənilən işi aşkardır. Onun yaxşılığı üz tutub və pisliyi arxa çevirib. Çətinliklərdə vüqarlı və dözümlü, acı anlarda səbirli, dinclik və rahatlıqda şükür edəndir. Nifrət etdiyi kimsəyə zülm etməz və sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan və zalım insanların əksinə olaraq, sevmək və ya nifrət bəsləmək onun öz şəri vəzifəsini yerinə yetirməsinə mane olmur.) Şahid gətirilməmişdən qabaq haqqı qəbul edər.[7] Ona tapşırılan şeyi zay etməz və yadına salınan şeyi unutmaz. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq və çirkin kəlmələrlə) çağırmaz və qonşuya ziyan vurmaz. İnsanların başına gələn acı hadisələrə sevinməz. Batil və nahaq yola qədəm qoymaz və haqq yoldan kənara çıxmaz. Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz və əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbir edər. Nəfsi onun əlindən əzab və çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır). Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür). Axirət işində özünü əziyyətə salar və xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına və (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar və mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq və özünü böyük tutmaq deyil və yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə və kələk yolu ilə deyil".

Bu xütbəni nəql edən deyir: (Söz bu yerə çatanda) Həmmam özündən getdi və elə həmin özündən getməklə də dünyadan köçdü. Sonra Əmirəl-möminin əleyhis-salam buyurdu: "Bilin! Vallah onun üçün bundan (belə bir hadisənin baş verməsindən) qorxurdum". Daha sonra buyurdu: "Düzgün nəsihətlər əhlinə belə (təsir) edir". Orada olanlardan biri (Xəvaricdən olan Abdullah ibn Kəvva) dedi: "Ey Əmirəl-möminin, sənin vəziyyətin necədir? (Nə üçün bu nəsihətlər sənə təsir etmir və ya əgər belə olacağını bilirdinsə, nə üçün onun ölümünə səbəb oldun?)". İmam (ə) buyurdu: "Vay olsun sənə! Hər bir əcəlin öz vaxtı var ki, ondan keçmir (gec və tez olmur) və səbəbi var ki, onu aşmır. Odur ki, özünü şeytanın sənin dilinə üfürdüyü bu cür sözlərdən saxla (bir daha demə. Çünki İmama etiraz etmək - şeytanın azdırmaları və göstərişlərindəndir)".





[2] Sənə lazım olan şey - təqva, Allahdan qorxmağı öz şüarın etmək və yaxşı işlər görməkdir. Sənə bundan artıq bir şey lazım deyil.

[3] Çünki Allah Qurani-Kərimin "İsra" surəsinin 37-ci ayəsində buyurur: «وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً» «Yer üzündə təkəbbürlə yol getmə. Çünki sən heç vaxt (ayaqlarınla) yeri yara bilməz və heç vaxt (boynunu nə qədər uzatsan da) boyca dağlara çata bilməzsən».

[4] Allah və Peyğəmbərin qəzəbinə səbəb olan boş sözlərdən uzaq olarlar. Necə ki, Qurani-Kərimin "Furqan" surəsinin 72-ci ayəsində buyurulur: «وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا» «Allahın bəyənilmiş bəndələri o kəslərdirlər ki, faydasız və əyyaşlıq məclislərində, nahaq və batil sözlər danışılan və ya çirkin işlər görülən yerlərdə iştirak etməz, orada olmazlar və boş və xoşagəlməz bir şeylə qarşılaşdıqları zaman uzaqlaşaraq keçər, durmazlar».

[5] Necə ki, Qurani-Kərimin "Bəqərə" surəsinin 273-cü ayəsində buyurulur: «لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ» «Allah yolunda ibadət və bəndəliklə məşğul olan və ticarət etmək üçün yer üzündə hərəkət edə bilməyən yoxsullar iffətli və (mənən) zəngindirlər. Belə ki, nadan onların varlı olmalarını zənn edər. Sən onları üzlərinin nişanələri ilə tanıyarsan ki, xalqdan israrla bir şey istəməzlər. Allah, sizin, mallarınızdan onlara verdiklərinizi bilir».

[6] Çünki o, Allahı zikr etməkdə təkcə dil ilə kifayətlənmir, bəlkə onun qəlbi dili ilə birdir.

[7] Çünki şahid inkar edilərkən gətirilir, haqqı inkar etmək isə yalançılıqdır. Yalançılıq isə təqva və pərhizkarlığa ziddir.


(Erfan)

Views: 2305 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024