İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 336

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Sentyabr » 5 » Nə üçün İmam Hüseynin (ə) düşmənlərini lənətləyirik?
12:20 PM
Nə üçün İmam Hüseynin (ə) düşmənlərini lənətləyirik?
Bəzi şəxslər belə düşünə bilər ki, İmam Hüseynin (ə) düşmənlərini lənətləmək düzgün hərəkət deyildir. Çünki Allah-təalanın onları qiyamət günü bağışlaması da, mümkün bir versiyadır. Və həmçinin, belə çıxır ki, biz, İmam Hüseynin düşmənlərini lənətləməklə, xalqı da lənət oxumağa adət etdiririk. Bu da öz növbəsində xoşagələn bir adət deyildir.
Lakin əsl həqiqətdə Kərbəla müsibətinə belə tərzi-təfəkkürlə yanaşmağın özü doğru sayıla bilməz. Çünki insan təkcə "yaxşı və pisi dərk etmə" qabiliyyətinə deyil, bununla yanaşı daxili hisslərə və duyğulara da malikdir. Məsələn, sevginin qarşısında nifrət, şadlığın qarşısında qəm və dostluğun müqabilində düşmənçilik hissləri dayanmışdır. Təbiidir ki, əgər toy məclislərində gülüb şənləniriksə, yas məclislərində qəmlənməliyik. Səxavətli və pak insanlara sevgi bəsləyiriksə, zalim və qəddarlara qarşı amansız olmalıyıq.
Bir qədər fikirləşin! Əgər pis və yaxşı arasında fərq qoyulmazsa, o zaman ədalət bərqərar olarmı? Sizcə Kərbəla müsibətində yalnız ağlayıb sonra isə sakit qalıb "biz humanist insanlarıq" deyə bu faciənin amillərinə lənət oxumamaq nə qədər düzgün sayıla bilər? Əgər belədirsə onda nə səbəbə Allah-taala qəm-qüssə ilə birgə nifrət, qəzəb və bu kimi hissləri yaratmışdır? Məlum məsələdir ki, sonsuz hikmət sahibi olan Allah heç vaxt bihudə və faydasız bir şey xəlq etməz. Deməli, bu hisslərin hər birinin insan yaşayışında müəyyən rolu vardır. Elə buna görə də, dinimiz dostluq dini olmağına baxmayaraq bizlərə kafirlərdən uzaqlaşmağa və qərəzli kafirlərə qarşı barışmaz mövqedə dayanmağa əmr edir. Qurani-Kərim buyurur: "Dünyada kafirlərlə həmsöhbət olanlar, cəhənnəm odunda bir yerdə yanarlar."


Bundan əlavə yaşadığımız həyatda pisliklərə nifrət və lənət etmək əsl insani xislət olaraq, vacib sayılır. Gəlin diqqətlə fikirləşək. Heç kim insan həyatına zərərli olan mikroblarla humanist davranmağı düşünmək belə istəməz. Allah-taala elə bu səbəbə də insan bədəninə xüsusi "müdafiə sistemi" və onu mikroblar qarşısında davamlı edə biləcək maddələr bəxş etmişdir. Hətta on illər öncə belə bir xəstəliyə tutulmuş insan indi sağalsa belə, o xəstəliyə nifrət edir. Daim onu lənətləyir, ondan uzaq qalmağa çalışır.


Bədənin "müdafiə sisteminə" bənzəyən qəzəb, nifrət hissi də, bizim pislik və iyrəncliklərə qarşı mübarizəmizə dəstək verir. Deməli biz həmişə "mikrob"a bənzəyən nifaq əhlindən uzaq durmalı, onlara nifrət etməli, pis xasiyyətlərinin bizə sirayət etməsinə yol verməməliyik. Bildiyimiz kimi Qurani-Kərim bizə İbrahim peyğəmbərin (ə) və onun dostlarının davamçısı olmağa əmr edir. Lakin belə ki, bizə din düşmənlərilə rəftarımızda İbrahimi (ə) özümüzə ülgü götürməyi xüsusi şəkildə təkid edərək buyurur: "Gərək sizlər İbrahimin yolunu tutub, din düşmənlərinə olan ədavətinizi elan edəsiniz."


Bizim də İmam Hüseynin (ə) qatillərinə olan düşmənçiliyimiz, Həzrət İbrahim peyğəmbərin (ə) tutduğu yolu davam etməyimizdən irəli gəlir. Çünki İmam Hüseynin (ə) qatilləri həm dinin həm də insanlığın düşməni idi. Peyğəmbərin (ə) yerini zorla qəsb etmiş bu adamlar Allahın halalını haram edir, inanılmaz pozğunluq və əxlaqsızlıqla məşğul olurdular. Camaatın hüququnu tapdalayır, günahsız insanları görünməmiş amansızlıqla qətlə yetirirdilər. Onların Kərbəla müsibətində etdiyi vəhşiliklər barəsində keçən fəsildə məlumat verdik. Altı aylıq bələkdəki körpəyə su istərkən, onu rəhimsizcəsinə necə şəhid etdiklərini də söylədik. Allahın evi Kəbəni oda çəkib və Mədinə kişilərini xüsusi amansızlıqla qıraraq, mindən çox qadının zorla namusuna toxunduqlarına da işarə etdik.


Biz pislik simvolu olan Yezidə lənət etməklə, həqiqətdə bütün zülm və iyrəncliyə nifrət edirik.
Necə ki, şeytana lənət etməklə, şeytani əməlləri lənətləyirik! Qurani-Kərim buyurur: "Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz." Şeytanın üzünə gülmək, onunla dostluq etmək olmaz. Əks-təqdirdə insan şeytana çevrilər. Düşüncəli və məntiqli insan o kəsdir ki, Allahın dostları, pak əməlli insanlarla dostluq etdiyi halda, düşmənlərilə də düşmənçilik etsin. Belə ki, Qurani-Kərim buyurur: "Möminlər kafirlərə qarşı kəskin, öz aralarında isə mehribandırlar." Bu dinimizin ən əsas göstərişlərdəndir.


Bir nöqtəni də unutmaq olmaz ki, Qurani-Kərim müxtəlif şəxslərə və qruplara otuz səkkiz dəfə lənət etmişdir. Onların bəzilərini qeyd edirik:


Şeytana lənət olunur. Sad surəsi, 78-ci ayə: "Qiyamət gününə qədər sənə mənim lənətim olsun."
Kafirlərə lənət oxunub. Əhzab surəsi, 64-cü ayə: "Allah kafirlərə lənət edib və onlar üçün cəhənnəmi hazırlayıbdır."


Bəni-İsraildən olan kafirlərə. Maidə surəsi, 78-ci ayə: "Bəni-İsraildən kafir olan şəxslərə Davud və Məryəm oğlu İsanın dililə lənət oldu."


Zalımlara lənət oxunub. Hud surəsi, 18-ci ayə: "Agah olun ki, Allahın lənəti zalımlara olur!"
Peyğəmbəri (ə) incidənlərə. Əhzab surəsi, 57-ci ayə. "Allahı və Peyğəmbəri incidənləri, Allah həm dünyada və həm axirətdə lənətləyibdir."


Mömini öldürənə. Nisa surəsi, 23-cü ayə: "Hər kəs mömini bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəm əzabıdır. Allah ona qəzəb və lənət edər və onun üçün əzab hazırlamışdır."


Bunlarla birgə yalançılar, günahsız şəxsə zina töhməti vuranlar, nifaq əhli, fəsad əhli və digər çirkin əməl sahibləri də lənətlənmişdir. Təkcə Həzrət Məhəmməd (s) 300-dən çox hədisdə xəbis və mənfurları lənətləmişdir. Onlardan bəziləri də keçən bəhslərdə işarə etdiyimiz kimi, birbaşa İmam Hüseynin (ə) qatillərinə ünvanlanmışdır. Əhli-sünnət məzhəbindən tanınmış din alimləri də, Yezidi və digər İmam Hüseyn qatillərini lənətləmişdir.


Əbul Fərəc ibn Cövzi Yezidi lənətləməyin düzgün olması barədə kamil bir kitab yazmışdır.


Cahid yazır: "Yezid məlundur! Hər kəs Yezidi lənətləməyə qarşı çıxsa özü də məlundur!"


Alusi: Yezid lənətlikdir. "Ona lənət etmək olmaz" deyən hər kəs Yezidə şərik sayılır."


Təftazi: "Yezidin lənətlik olmasında heç bir İslam alimi azca da olsa tərəddüd etməmişdir. Allah Yezidə və onun köməkçilərinə lənət etsin!"


Bütün bunlardan əlavə bir məsələni də qeyd etmək yerinə düşərdi. Həzrət Məhəmməd (s) buyurur: "Hüseynlə (ə) düşmənçilik edən, mənimlə düşmənçilik etmişdir. Mənimlə düşmən olan isə Allahla düşmənçilik etmişdir."
Qurani-Kərim isə belə şəxslər barədə buyurur: "Allah və peyğəmbəri incidənləri Allah, həm dünyada və həm də axirətdə lənətləyibdir."


Deməli Uca Yaradanın özü də, Yezidi və onun kimi cinayətkarları lənətləyir.


Diqqət etmək lazımdır ki, sünni təriqətinin dörd şaxəyə bölünmüş məzhəblərindən biri olan Hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl Yezidə lənət oxumağa birbaşa Qurani-Kərimin əmr etdiyini təsdiqləyir. Belə ki, oğlu Saleh ibn Əhməd atasından: "Ata xalq bizim Yezidə dostluq münasibəti bəslədiyimizi güman edir. Sən bu barədə nə düşünürsən?" deyə soruşduqda, Əhməd ibn Hənbəl oğluna belə cavab verdi: "Oğlum, heç Allaha imanı olan şəxs də, Yezidə dost münasibəti bəsləyərmi?"


Oğlu yenidən soruşdu: "Bəs nə üçün Yezidi lənətləmirsən?"


Əhməd ibn Hənbəl cavabında dedi: "Oğlum sən indiyə qədər mənim kimisə lənətlədiyimi görmüsənmi? Amma o ki, qaldı Yezidə, biz necə onu lənətləməyək ki, Allah-Taala öz müqəddəs kitabı Qurani-Kərimdə onu lənətləmişdir."


-"Quranın hansı ayəsi Yezidi lənətləyir?"


-"Bax, bu ayədə: "Arzu edirsiniz ki, hökumətə və səltənətə yetişdikdən sonra yer üzərində fitnə-fəsad törədəsiniz?... Allah bu şəxsləri lənətləyibdir!" Oğlum, insanı qətlə yetirməkdən daha böyük bir fəsad ola bilərmi?"

Views: 284 | Added by: ehlibeytasiqi | Rating: 5.0/1
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017