İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Aprel » 28 » Riyakarlıq
7:49 AM
Riyakarlıq
Quran ayələrində və məsumların kəlamlarında ən çox məzəmmət olunan əməllərdən və xislətlərdən biri də riyakarlıqdır. Riyakarlıq, insanın əməl və ibadətləri Allah-təala yanında deyil, insanlar yanında hörmət və izzət qazanmaq üçün etməsidir. Bu haqda Quranda çoxlu ayələr nazil olunmuş və məsumlarımızdan çoxlu hədislər nəql edilmişdir. Bu insan ayə və hədislərdə riyakar, ikiüzlü və müşrik kimi tanıtdırılır.
Allah-təala Qurani-kərimdə bu haqda buyurur: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah-təala kafirləri hidayət etməz!” ("Bəqərə” surəsi, 264-cü ayə)
Allah-təala ayədə minnət qoyanları, əziyyət verənləri və riyakarları bir cərgədə qərar verir və bu şəxslərin heç bir yaxşı əməl və ehsanlarının Allah dərgahında qəbul olunmadığını bəyan edir. Bundan əlavə, ayədə riyakarların Allaha və qiyamət gününə inanmadığı bildirilir. Ayədə riyakarların əməlləri heç və dəyərsiz hesab edilir. Çünki onların əməl toxumları "riyakar torpaq”da əkilmişdir. Həmçinin ayədən istifadə olunur ki, riyakar şəxs ayədə buyurulduğu kimi üzərində bir az torpaq olan qayaya bənzəyir ki, heç bir faydalı toxum bəsləyə bilməz. Həqiqətən də, riyakarlar ayədə vurğulanan qaya kimidirlər. Onların əməlləri aludədir.
Bu haqda başqa bir ayədə buyurulur: "Hər kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (Kəhf surəsi, 110-cu ayə). Ayənin nazil olma səbəbi belə göstərilir: "Bir şəxs Peyğəmbərin (s) yanına gəlib, dedi: "Mən Allaha görə iş görürəm və məqsədim Allahın razılığıdır. Amma camaat əməlimdən xəbər tutanda sevinirəm”. Peyğəmbər (s) buyurdu: "Allah-təala pakdır və yalnız pak əməli qəbul edir. O, Ona şərik qoşulan əməli qəbul etməz”.
Ayənin təfsirində gələn başqa bir hədisdə buyurulur: "Bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: "Mən Allah yolunda cihadı sevirəm amma camaatın bundan xəbərdar olmasından da xoşum gəlir.” Bu vaxt bu ayə nazil oldu. Peyğəməbər (s) buyurur: "Kim riya ilə namaz qılsa, oruc tutsa, ehsan etsə və sədəqə versə, müşrikdir”. Sonra bu ayəni "Həqiqətən münafiqlər Allahı aldatmaq istəyirlər, bir halda ki, (Allah-təala) onları aldadır. Namaza süstlüklə dururlar, insanların qarşısında riyakarlıq edirlər. Allahı çox az zikr edirlər” (Nisa surəsi, 142-ci ayə). Bu ayə riyakarı ikiüzlü və münafiq kimi tanıtdırır. Riyakarın etdiyi əməlin də iki üzü var. Onun zahiri ilahi əməl, batini isə şeytani əməldir.
Qeyd etdiyimiz kimi, məsumların nurlu kəlamlarında da riyakarlıq məsələsinə fövqəladə surətdə əhəmiyyət verilmiş və riyakarlığı çox təhlükəli günahlardan biri kimi tanıtdırmışlar. Peyğəmbərimiz (s) bu haqda buyurur: "Riyakarlıq sizin üçün qorxduğum ən təhlükəli günahdır”. Peyğəmbərimiz (s) bu kəlamı ilə bizi çox təhlükəli və qorxulu olan riyakarlıqdan çəkindirir.
Əziz Peyğəmbərimiz (s) başqa bir hədisdə belə buyurur: "Allah-təala bir zərrə riya olan əməli qəbul etməz”. Hədisdən başa düşürük ki, riya əməlin dəyər və qiymətini məhv edir; hətta bir zərrə qədərində olsa belə. Ona görə də çalışmalıyıq ki, əməlimiz Allah dərgahında layiqincə qəbul olsun deyə, zərrə qədər də əməlimizə riya qatmayaq. Peyğəmbərimiz (s) buyurur: "Qiyamət günü riyakarı çağırarlar: Ey facir, ey hiyləgər. Ey riyakar əməllərin itdi və əcrin məhv oldu. Get savabını kimin üçün əməl etmisənsə, ondan al”.
Hədisdə riyanın əməli məhv etməsi və insanın qiyamətdə əli boş olması bildirilir. Səhabələrdən biri nəql edir: Peyğəmbəri (s) ağlayan halda görüb, soruşdum:

-Niyə ağlayırsınız? Buyurdu:

-Mən ümmətim üçün şirk və bütpərəstlikdən qorxuram. Bilin ki, onlar bütə sitayiş etməyəcək, aya, günəşə və daş parçasına ibadət etməyəcəklər. Amma əməllərində riyakarlıq edəcəklər.


Bu hədislər riyakarlığın çox böyük bir günah olduğunu göstərir. Bu, onun insanda, cəmiyyətdə və insanın ruhunda qoyduğu çox pis təsirə görədir.


İmam Sadiq (ə) buyurur: "Bir zaman gələcək ki, insanların batini çirkin, zahiri isə gözəl olacaq. Bu iş onların dünyaya olan tamahına görədir. Onların dini riyakarlıqdır. Onların qəlblərində Allah qorxusu olmaz. Allah-təala onlara böyük bir əzab verəcək. Onlar Allahı suda boğulan şəxs kimi çağırarlar. Amma Allah onların duasını qəbul etməz”. İmam Əli (ə) buyurur: "Riyakarların əməllərinin zahiri gözəl, batini isə əlil və xəstədir”.


Riyakar şəxsin əlamətləri


İslam dini insanları çirkinlikdən, cəhalətdən, əxlaqsızlıqdan və pis xislətlərdən xilas etmək üçün gəlmişdir. Ona görə hədislərimizdə məsumlarımız pis əxlaqları tanıtdırmış və onun nişanə və əlamətlərini bəyan etmişdir ki, insanlar onu tanıyıb, ondan uzaq olsunlar. Peyğəmbər (s) buyurur: "Riyakarın dörd əlaməti var. Bu şəxs yanında bir şəxs olanda ilahi əməllər etməyə çalışır. Amma təklikdə əməlləri süstlüklə yerinə yetirir. Bütün işlərində camaatın onu tərifləməsinə israr edir. Zahirini camaatın gözündə gözəl göstərməyə çalışır”. Hədisdən belə nəticə alırıq ki, riyakar yalnız insanların gözü qarşısında gözəl şəkildə ibadət edir və yalnız istəyir ki, onu tərifləsinlər.


Riyakarlıqdan xilas olmağın yolu

Bu pis və təhlükəli günahdan və çirkin xislətdən xilas olmağın yolu budur ki, insan bu fikirlə yaşamalı və bilməlidir ki, hər şey Allah tərəfindəndir. İnsan özü heç nəyə malik deyil. Əgər biz yəqin etsək ki, Allah-təala ilə olanın hər şeyi var, Allahdan uzaq olan isə heç nəyə malik deyil və izzət yalnız Allaha məxsusdur, heç zaman başqasının razılığını cəlb etmək üçün bir iş görmərik. Necə ki, Qurani-kərimdə buyurulur: "Əgər Allah sizə kömək etsə, heç kim sizə qalib olmayacaq. Əgər Allah sizə köməkdən əl çəksə, heç kim sizə kömək edə bilməz” ("Ali-İmran” surəsi, 160-cı ayə). "Bütün izzətlər Allaha məxsusdur” ("Nisa” surəsi, 139-cu ayə).

www.ihq.az


Category: Salam | Views: 596 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024