İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 335

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2013 » May » 7 » Təqva və yalandan pəhriz (1)
12:04 PM
Təqva və yalandan pəhriz (1)
Əllamə Bəhrül-ulum Kərbəlaya gəldi. Həzrət İmam Hüseynin (ə) mübarək hərəminin yanında oturmuşdu ki, bir dəstə bədəvi ərəb sinə vura-vura hərəmə daxil oldular. Birdən gördülər ki, Əllamə də onların arasında "Hüseyn, Hüseyn” deyir və sinəsinə və başına vurur. Tələbələr də gəlib onlara qoşuldular. Gecə Əllamədən əzadarlara qoşulmasının səbəbini soruşdular. Buyurdu: -"Onlara baxırdım. Birdən gördüm ki, İmam Zaman (ə.f) onların arasında sinə vurur. Mən də imamıma tabe oldum”. Bizdə sənin qəmindən sınmış bir ürək var, ey dost. Səndən başqasından yumulmuş bir gözümüz var, ey dost. Dedin ki, qəlbi sınmışlara yaxınsan, bizim də bir sınıq qəlbimiz var, ey dost.

Quranda təqva

"Maidə” surəsi, 35-ci ayə: (Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın.) Allah-təala Quranın 17 ayəsində "təqva” sözünü, 250 ayəsində isə "təqva” sözündən götürülmüş sözlərdən istifadə etmişdir. Bunun özü təqvanın əhməiyyətli mövzu olmasına işarədir. Şeyx Bəha (Allah onun məqamını uca etsin!) buyurur: -"Əgər dünya və axirətin bütün xeyir və bərəkətlərini özündə toplayan bir söz göstərməli olsaq, bu söz "təqva” sözü olacaqdır”.


Bizim üçün ən yaxşı azuqə təqvadır: "Bəqərə” surəsi, 197-ci ayə: (Ən yaxşı azuqə isə təqvadır.) Bəndələrdən Allah yanında ən əziz şəxs, onların ən təqvalı olanıdır. "Hucurat” surəsi, 13-cü ayə: (Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır.) Kim təqva yolunu seçsə, Allah bütün rəhmət qapılarını onun üzünə açar və ona saysız hesabsız ruzi nəsib edər:. "Təlaq” surəsi, 2 və 3-cü ayələr: (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər.) Təqva əhli Allahın sevimliləridir və Allah təqvalıları sevər.


"Ali-İmran” surəsi, 76-cı ayə: (Şübhəsiz ki, Allah müttəqiləri sevər.) Allah həmişə təqvalılarladır. "Bəqərə” surəsi, 194-cü ayə): (Bilin ki, Allah müttəqilərlədir.) Allah cənnəti təqva əhli üçün hazırlamışdır. "Ali-İmran” surəsi, 133-cü ayə: (Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.) Xilas, qurtuluş və xoş aqibət təqva əhli ilədir. "Əraf” surəsi, 127-ci ayə: (Aqibət müttəqilərindir!) Çünki, Allah aləmin bütün feyzlərini günahdan uzaqlıqda cəmlədi.


Əziz cavanlar bu hədisi əzbərləsinlər və yazıb gözləri görən yerə assınlar. Peyğəmbər (s) buyurur: Həqiqətən sizin Rəbbiniz hər gün nida edir: -"Mən Əzizəm! Kim hər iki evdə (dünya və axirətdə) əziz olmaq istəyirsə, Əzizə (Allaha) itaət etsin!”


Züleyxa bütün macəralardan sonra Yusif (ə) peyğəmbərin yanına gəldi və dedi: -"O Allaha şükr edirəm ki, padşahları günaha görə zəlil etdi və qul və kölələri təqvaya görə əziz etdi! Ey Misir bazarında ən aşağı qiymətə alınıb satılan Yusif!” Sən təqva və Allaha bəndəliyə görə Misirin əzizi oldun. Amma, mən bir gün Misirin mələkəsi (Misir əzizinin arvadı) idim, indi isə, torpaq üstündə oturan bir dilənçiyəm!”


Həzrət Yusif Siddiqin (ə) hadisəsində Allah-təala belə buyurur. "Yusuf” surəsi, 90-cı ayə: (Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!)


Bəndəlik et ki, əziz olasan


Mərhum Əllamə Təbrəsi (Allah ondan razı olsun) "Məcməul-bəyan” təfsirində bu ayənin təfsirində İmam Rzadan (ə) çox gözəl bir hədis nəql edib. Həzrət buyurur: -"O yeddi il qıtlıq dövründə hər bir şey Həzrət Yusifin (ə) ixtiyarında idi. Camaatın nəyi vardısa, Yusifə (ə) satdılar. Dirhəm və dinar verib buğda aldılar. Evlərini verib buğda aldılar. Əkin yerlərini verib buğda aldılar. Ləl-cəvahirlərini verib buğda aldılar. İnək və qoyunlarını verib buğda aldılar. Sonuncu il verəcək bir şeyləri qalmadı. Bütün Misir xalqı özlərini qul və kəniz olaraq Yusifə (ə) satdılar və buğda aldılar”. İmam Rza (ə) ardında buyurur: -"Allah bütün Misir xalqını Yusifin (ə) itaətkarı və qulu etdi.


Çünki, Yusif (ə) Allaha itaət etmişdi. Buna görə, əgər əziz olmaq istəyirsənsə, günah etmə!” Mübarək "Şəms” surəsinin məzmununa diqqət edin: Allah günəşə and içir ki, Peyğəmbərin (s) vücudu olaraq təfsir edilmişdir. Aya and içir ki, İmam Əlinin (ə) vücudu olaraq təfsir edilmişdir. Gündüzə and içir ki, bu da İmam Zamanın (ə.f) vücudu olaraq təfsir edilmişdir. Allah gecəyə and içir ki, bu da zalımların Əhli-beytə (ə) hakimiyyəti olaraq təfsir edilmişdir. Sonra Allah səma və yerə and içir. Bundan sonra isə, bəşərin canına and içir. Allah bu surədə neçə dənə möhkəm and içir və nəhayət ki,"Şəms” surəsi, 9-cu ayədə belə buyurur: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!”


Buna görə də, "Safi” təfsirində deyilir: -"Əziz Peyğəmbər (s) bu mübarək ayəyə çatdıqda, dayanar, əllərini yuxarı qaldırar, dua edərək deyərdi: (İlahi! Sən mənim nəfsimin təqvası ol. Mənə mərhəmət elə!” Bizim bir çoxumuz təqvanın mənasını bilmirik. Bu gecə, bu kəlmənin mənasını deyəcəyəm. Məzlumların ağası, möminlərin əmiri, Allahın mərifətli aslanı, İmam Əli ibn Əbutalibin (ə) təqva barədə buyurduğu iki hədis var.


İmam Əlidən (ə) soruşurlar: -"Təqva nədir?” Həzrət təqvanı elə anlatdı ki, biz vicdanımızla dərk edə bilərik ki, biz təqva əhliyik yoxsa özümüz özümüzü aldadırıq! Həzrət buyurdu: -"Əgər Allah sənin əməlindən pərdəni qaldırsa, sənin bütün əməllərini bir tabağa yığsa, bir məclisin ortasına qoysa, yaxud bütün şəhər boyu dolandırsa ki, camaat sənin əməllərini görsün, belə olan halda, tabaqda elə bir əməlin olmasın ki, camaat səni görəndə xəcalət çəkəsən!


Əgər sənin əməlin belədirsə, təqva əhlisən. Yəni, Allah desə ki, ey danışan şəxs, indi istəyirəm ki, sənin əməllərini sənə qulaq asanların qarşısındakı stolların üzərinə boşaldım. Sənin hansı işləri gördüyünü bilsinlər. Əgər mənim bu tabaqda elə bir əməlim olmasa ki, siz görəndə mən xəcalət çəkim, onda mən təqvalıyam. Lakin, özümüz bilirik ki, belə deyilik. İmam Əli (ə) buyurur: Əgər Allah pərdələri götürsə və sizin batininizi göstərsə, siz bir-birinizi dəfn etməzsiniz. Sizin cəsədlərinizi canavarlar yeməlidir. Çünki, siz o qədər müxtəlif günahlar etmisiniz.


Hamımız insanlıq dərisini geyinmişik

Qacar şahın dövründə Tehranda geniş bir zoopark var idi. Yüksək vəzifəli şəxslərdən biri o zaman zooparkın müdirinə xəbər göndərdi ki, zooparka gəlmək və ora baxmaq istəyirəm. Təsadüfən zooparkdakı şir həmin gecə öldü. Zooparkın müdiri, zooparkda şirin olmamasını çox pis dəyərləndirdi. Gecə ilə şir tapmaq da çətin idi. Buna görə, gedib bir nəfəri tapdı, şir dərisi də tapdı və o kişiyə yüz tümən pul verdi. Sonra dedi: -"Şirin dərisinin içinə girirsən, Sultan qəfəsin yanına gəldikdə, əllərini qaldırırsan, səs-küy sal və nərə çək ki, bizim abrımız qorunsun!” Kişi də qəbul etdi.


Qacarın adamı gəldi. Şirin qəfəsinin yanında dayanıb dedi: -"Əcəb xoş görünüşlü şirdir. Bu pələngin qəfəsinin qapısını aç və pələngi şirin qəfəsinə sal. Onlar bir birilə qapışsınlar, mən də onlara tamaşa edim. Zooparkın müdiri də pələngin qəfəsinin qapısını açdı və onu şirin qəfəsinə atdı. Çarəsiz şirin rəngi qaçdı və öz-özünə dedi: -"Məhv oldum! Yüz tümənə görə canımı da itirdim!” Pələng qabağa gəlib dedi: -"Dostum, ancaq qorxma. Biz də pələng dərisindəyik!!”

Bu dünyada hər birimiz bir dəridəyik. Mən ruhanilik dərisində, biri nazirlik dərisində, başqa birisi prezidentlik dərisində və başqası da tələbəlik dərisində. Quranın buyuruğuna əsasən, qiyamət elə bir gündür ki, bu dərilər bütünlüklə töküləcək. "Tariq” surəsi, 9-cu ayə: (Bütün sirlərin aşkar olacağı o qiyamət günü.) Bütün pərdələr götürüləcək və hamı öz dərisindən çıxacaq.

"Nurus-səqəleyn” təfsirində mübarək "Nəbə” surəsi, 18-ci ayə: (Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.) ayəsinin təfsiri olaraq Peyğəmbərdən (s) belə bir hədis nəql edilir: -"Qiyamət günü mənim ümmətimdən on dəstə müxtəlif simalarda məhşərə gələcəklər: Bəziləri meymun simasında, bəziləri donuz simasında, bəziləri başları aşağıda ayaqları isə yuxarıda olan halda, bəziləri dillərini çeynəyən halda gələcəklər və onların ağzının pis qoxusundan məhşər əhli əzab çəkəcəklər.”

...Başqa hallar da var ki, onların ətraflı müzakirəyə ehtiyacı var. Əgər mən və sən təqvalı olduğumuzu bilmək istəyiriksə, baxmalıyıq ki, əgər Allah bizi dərimizdən çıxarsa, həqiqətən də insan simasında olacayıq? Həzrət buyurdu: -"Donuz simasında məhşərə gələnlər o şəxslərdir ki, qazancları haramdandır. Haram yeyirlər və qazanclarında camaata zülm edirlər. Meymun simasında məhşərə gələnlər o şəxslərdir ki, camaat arasında fitnə yaradarlar: Söz gəzdirənlər, qeybətçilər, bir kəlmə sözlə qohumların arasını vuranlar”. Hər halda, insan özü öz əməlləri və batinindən daha çox xəbərdardır.


Özünü tanıyan ol!


İmam Kazim (ə) gözəl və diqqətə layiq bir hədisdə Hişama buyurur: "Ey Hişam! Əgər sənin əlində bir qoz olsa, camaat isə "ləldir” desə, sənə bir faydası olmaz. Çünki, sən bilirsən ki, o qozdur”. Yəni, əgər dinin yoxdursa, təqvan yoxdursa, ixlasın və saleh əməlin yoxdursa, amma çöhrən gözəldirsə, qəşəng zahiri görünüşün varsa, camaat sənin təqvalı olduğunu düşünürsə, camaatın təfəkkürü sənin əlindəki qozu lələ çevirmir. Camaatın gümanı sənin üçün təqva yaratmır. Camaatın bəh-bəhləri, camaatın "Nə yaxşı oğlansan!”, "Nə yaxşı adamsan!” demələri səni oyuncağa çevirməsin.


Lakin, ey Hişam! (Əgər sənin əlində ləl olsa, amma camaat desə ki, sənin əlindəki qozdur, sənə heç bir zərər verməz. Çünki, sən bilirsən ki, sənin əlindəki ləldir.) Əgər sənin əlində ləl olsa, cəvahir olsa, zümrüd olsa, iman almazı ya Əhli-beyt (ə) vilayəti cövhəri olsa, amma camaat desə ki, sənin əlindəki qozdur və sənə məhəl qoymasalar, səni qəbul etməsələr, ayağına durmasalar, şəhərində heç bir sayğın olmasa, lakin özün bilirsənsə cəvahirin var; Sənə heç bir zərər verməz. Çünki, özün bilirsən ki, təqva ləli varındır. Biz camaatın çoxunun qozu da yoxdur. Qəlbimizi yersiz olaraq sevincli etmişik.


İmam Əlidən (ə) təqva haqqında soruşdular. İmam buyurdu: Bu vaxta qədər tikanlı səhradan keçmisən? Sual soruşan şəxs dedi: -"Bəli”. Həzrət iki dəfə buyurdu: (Bu tikan dolu yoldan keçəməyə məcbur olduğun zaman) -–"Nə edirsən?” Dedi: -"Mən o qədər ehtiyatla gedirəm ki, heç bir balaca tikan mənim ayağıma batmasın!” Həzrət buyurdu: "Allahın dinində də belə ol”. Kiçik bir tikandan qorxduğun kimi, kiçik bir günahdan da qorx”.


Demə ki; bu qeybətdən, bu yalandan bir şey olmaz, göz naməhrəmin üzünə sataşdısa, bir eybi yoxdur, indi möminin bir qeybətinin problemi yoxdur! Müttəqilərin məqamına çatmaq istəyirsənsə, kiçik bir tikandan qorxduğun kimi, kiçik bir günahdan da qorx.

Hüccətul-islam Haşimi Nijat

Ərdəbilin Muhəmmədiyyə məscidi

ihq.az

Category: Salam | Views: 1536 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017