İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 336

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2013 » Aprel » 19 » Toylardan başlanan faciələrimiz... (I hissə)
10:07 AM
Toylardan başlanan faciələrimiz... (I hissə)

"Allahın müəyyən etdiyi hüdudları aşan kimsə özünə zülm etmiş olar...”


(Qurani-Kərim, ət-Talaq, 1)

... Müasir Avropa üslubunda - boynu, sinəsi, çiyinləri, kürəyi qurşağa qədər açıq Azərbaycan(?!) gəlini ortalıqda rəqs edir. Yüzlərlə yad insan nəzəri, o cümlədən sərxoş, nəşəli, şəhvətli kişi baxışları bu bakirə(!) qızın gözlərində, yanaqlarında, dodaqlarında, buxağında, boynunda, sinəsində, çiyinlərində, qoltuğunda, kürəyində gəzir... Bəlkə də bəy xaricdə işləyirmiş, vətənə gələn kimi ata-anası zorla evləndirirlər, gələcək xanımını birinci dəfədir ki, yaxından görür. Ancaq yüzlərlə yad kişi ondan əvvəl gəlinin yarıçılpaq bədəninin zərif yerləri ilə tanış olur... Üç-dörd gün sonra toyda iştirak etmiş bir tanışı istehza ilə bəyə desə ki, sənin arvadını yaxşı tanıyıram, filan yerində xalı var, bu, ona necə təsir edər? Düşüncəli insan, kişi üçün bundan betər şərəfsizlik, biabırçlıq nə ola bilər?..



Bu günkü toylarımızın Allaha zidliyi, antimilliliyi, haramlığı bununla bitmir... Sərxoş tamada ağzı sulana-sulana şəhvətli baxışlarla ətrafdakı qız –gəlinləri süzüb dili topuq çala-çala deyir:”Qaldırın badələri bəyimizlə gəlinimizin sağlığına! Allah xoşbəxt eləsin!”


Sığallı, tumarlı, saçı boyalı müasir Azərbaycan(?!) bəyi və yarıçılpaq gəlin – gələcək Azərbaycan anası(?!) badələri toqquşdurub içirlər...



Və yaxud müasir(?!) kiçik toyu –sünnəti təsəvvürünüzə gətirin: İçib-dəmlənmiş toy aparıcısı kiçik bəyin zorla ayaqda duran atasını qucaqlayaraq araq dolu qədəhi başı üzərinə qaldırıb təntənə ilə elan edir: "... Bu gün daha bir Azərbaycan övladı müsəlman(?!) olur! Gəlin hamımız(!) onun sağlığına içək!..”


Yer üzündəki hər bir insana Ulu Yaradan tərəfindən haram buyrulmuş içki və nemətlərlə yeni bir müsəlman(?!) ailəsinin bünövrəsinin qoyulmasını və ya bir oğlan uşağının müsəlman olmasını qeyd etmək hansı insanlığa, hansı müsəlmanlığa, hansı məntiqə sığır?..



Təki həmişə ellərimizdən, evlərimizdən toy, şənlik sədaları ucalsın! Qoy həmişə xeyir iş olsun! Ancaq nə qədər təzadlı, paradoksal olsa da, xüsusilə, son 70-80 ildəki və ələlxüsus, ötən 10-15 ildəki toylarımızın bir sıra fərdi və milli faciələrimizn bünövrəsini qoyması acı bir həqiqətdir... Başlığı oxuyanda çoxları düşünəcək ki, yəqin söhbət son illər toylarda, yaxud toylardan sonra baş verən kütləvi zəhərlənmələrin, avtomobil qəzalrının, ölümlərin sayının artmasından gedir. Bunlar hələ "yaxınmənzilli” xırda faciələrdir. Bu yazım toylarımızda ailələrimizin, nəsillərimizin, millətimizin, xalqımızın, Vətənimizin, bəşəriyyətin gələcəyinə qoyduğumuz onillik, yüzillik "gecpartlayan minalardan” bəhs edir... Söhbət o faciələrdən gedir ki, onların ön ucu bu dünyada, son ucu Axirətdədir... Nə yazıq ki, insanların çoxu ya Axirətə inanmır, ya da şübhə ilə yanaşır. Ona görə də toylarımızın bu dünyada səbəb olduğu faciələrdən başlayıram...


Axırıncı 10-15 ildə ana bətnində, ya doğuş zamanı, ya da bir neçə aylığında uşaq ölümlərinin sayı artır, bir, yaxud iki əzası şikəst, çəpgöz, ürəyi, böyrəyi qüsurlu, kəllə daxili təzyiqlə, qanında mikrobla. şəkərlə doğulan körpələrin sayı gündən-günə çoxalır. Niyə? Səbəb nədir? Tibb alimləri, həkimlər çoxsaylı sosial, psixoloji, tibbi-ginekoloji səbəblər sadalayırlar. Bunlar da həqiqətdir və çoxu bilavasitə toy günü, zifaf gecəsi ilə əlaqədardır. Ancaq əsl səbəblər əksəriyyətin diqqətindən kənarda qalan mənəvi-ruhi aləmdə gizlənir. Bunlar Yaradan – Allah-təala qarşısında etdiyimiz çoxsaylı günah və xətalarımızdır. Bunu Allah Öz Kitabında da təsdiqləyir: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahlarınız ucbatındandır” (Qurani-Kərim, Əş-Şüəra surəsi, 30-cu ayə).



Müasir dövrümüzdə Allah qanunları ikinci dərəcəli hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda həmin günah və xətaların xeyli hissəsi də məhz toy-nişan, kiçik toy məclislərində baş verir. Xeyir məclislərimizdə, onlara hazırlıq zamanı və sonra müşahidə etdiyim günah və xətaları sadalayıb, izahatlarını verməyə çalışacağam. Kim hansı fikrimlə razı deyilsə, buyursun...



Birincisi, əksər ata-analar övladlarına ömür-gün yoldaşı seçərkən Qurani-Kərimdə, hədislərdə göstərilən halallıq qaydalarına əməl etmir, var-dövlətə, zahiri tərbiyə və gözəlliyə, ali savada, yaxşı vəzifəyə-filana və s. üstünlük verirlər...


Peyğəmbərimiz buyurur: "Ey kişilər! Özünüzü zibillikdə göyərənlərdən qoruyun, onlardan uzaq olun!” Soruşurlar: "Ya Rəsulallah! Zibillikdə göyərənlər nədir?” Həzrət buyurur: " O gözəl qızdır ki, ailədə pis tərbiyə alıb”... Başqa bir hədisində Rəsuli-Xuda tövsiyə edir: " Hər kəs sizin qapınıza qız almağa gəlsə, əgər onun əxlaqını və dinini bəyənsəniz(!), o zaman ona qız verin. Yox, belə olmazsa, yer üzünü fitnə-fəsad bürüyər”...



Ən ciddi məsələlərdən biri gələcək kürəkənin haram içkilərdən uzaq olmasıdır. Təəssüf ki, məmləkətimizdə kişilərin böyük bir qismi şərabxordur. İmam Sadiqin(ə) Rəsulallahdan nəql etdiyi bir neçə hədisdə belə buyurulur:



"Hər kəs şərabı Allah-təalanın mənim dilimlə haram etməsindən sonra içərsə, layiq deyildir ki, sizə elçiliyə gələrkən ona qız verəsiniz”...


****



"Hər kəs öz qızını şərab içənə ərə verərsə, o öz qızını zina etmək üçün evdən çıxaran şəxsə bənzəyir”...


****



"Hər kəs öz qızını şərab içənə ərə versə, onunla qohumluq əlaqələrini kəsmişdir”...



İkincisi, toy-nişan mərasimləri üçün xərclənən pulların haram-halallığına diqqət edilmir. Rüşvət, qumar, spirtli içki, narkotik


satışı , oğurluq, eləcə də sələmə borc verməklə və ya götürməklə əldə edilən gəlirlə toy, xeyir iş keçirmək haramdır. Və bunun fəsadları həm bu, həm də o biri dünyada özünü göstərməlidir...



Üçüncüsü, xüsusən əyalətlərimizdə çox əndrəbadi bir adət var: toydan bir gün qabaq "ciyər axşamı” deyilən bir mərasim keçirilir; iştirakçılar: yaxın qohum-əqrəba, qonum-qonşu haram içkilərlə bəy və gəlinə "xeyir-dua”, "halallıq” verirlər... Üstəlik, cavanlar həmin gecəni yatmayıb səhərədək yenə də şərab içə-içə qumar oynayırlar... Çox vaxt da bu möhtəşəm "ciyər axşamı” içməkdən ciyəri yananların davası ilə başa çatır...


Allah-təala Qurani-Kərimdə spirtli içkilərlə bərabər qumarın da haram olmasını açıqca bildirir:”Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal və şans oxları şeytan işlərindən və pisliklərdən biridir; bunlardan uzaq durun ki, bəlkə səadətə çatasınız. Şeytan içki və qumar yoluyla aranızda düşmənçilik və kin törətmək, sizi Allahı anmaqdan və namazdan uzaqlaşdırmaq istər. Artıq bu işlərə son qoyacaqsınızmı?”(Maidə, 90-91)..



Dördüncüsü, xeyir məclislərimizdə masaların üzərini cürbəcür haram içkilər – araq, çaxır, viski, konyak, pivə və s. "bəzəyir”. Əksəriyyət də doyunca həmin içkilərdən qəbul edib toy yiyəsindən "razı gedir”... Və bəylə gəlin də şampan içirlər, hətta bəzən bəy "kişilənə-kişilənə” dostları ilə bir yüz-yüz də araq vurur... Bayaq qeyd etdiyim kimi, tamadanın "yüksək səviyyədə” təşkilatçılığı ilə yeni ailə cütlüyünün bütün doğma və əzizləri, dost-tanışları onların sağlığına(!) içir, "xeyir-dua” verirlər. Təbii ki, bu cür məclisdə Allahın, Peyğəmbərin(ə.s) adı dəfələrlə çəkilsə də, faydası olmaz. Yəni Yaradan həmin məclisdən və onu təşkil edənlərdən əsla razı qalmaz...



İmam Cəfər Sadiqin (ə.s.) rəvayət etdiyinə görə, Rəsuli-Əkrəm buyurmuşdur: " Bir dəstə camaat bir məclisdə toplaşarkən, Allahı zikr etməzsə və Mənə salavat göndərməzsə, həmin məclis onlar üçün bir həsrət, intizar olacaq və faciəvi sonluq gətirəcəkdir”...


Bəziləri iddia edir ki, ətrafdakılar içir-içsin, bəy və gəlin özləri spirtli içki qəbul etmirsə, onlara bunun heç bir zərəri yoxdur. Bəlkə kimlərsə gələcək ata-anaların zifaf gecəsindən öncə spirtli içkilər qəbul etməsinə haqq qazandırmaq və həmin içkilərin onların övladlarının ruhi-psixoloji, fizioloji qüsurlarla doğulmasına şərait yaratmasını da inkar etmək istəyir?..



Həqiqət isə ondadır ki, hətta özləri içməsələr belə, məclisdəki onlarla, yüzlərlə insanın qəbul etdiyi cürbəcür şər ablardan ətrafa uçan spirt buxarları udduqları hava ilə bəy və gəlinin orqanizminə daxil olur və öz şər təsirini göstərir....



Almaniyalı tibb alimləri spirtli içkilərin genefonda, insan nəslinə təsiri ilə bağlı araşdırmalar nəticəsində sübut etmişlər ki, bu haram içkilərin acınacaqlı təsiri hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir... Amerikalı alim-doktor Palin deyir ki, hər sağlam kişidən ən azı 3-4 sağlam övlad dünyaya gələ bilər. Halbuki, spirtli içkiləri qəbul edən bir çox insanlardan sağlam övladlar doğulmur... Hətta var-dövləti yerə-göyə sığmayanlar yeni bir "müasirlik” edib məclisdə bəylə gəlini şüşə içərisində əyləşdirsələr belə, yenə də həmin məclis Allaha zidd hesab olunacaq...Çünki orada Allah qanunları pozulur və bunun günahı-cəzası məclisin bütün iştirakçılarının, xüsusən də toy sahiblərinin, ata-anaların, bəy və gəlinlərin, onların gələcək övladlarının bu dünyadakı və axirətdəki talelərinə yazılır...


Peyğəmbərimizdən nəql edilən bir hədisdə belə buyurulur:”Bihuşedici içkilər qoyulan və içilən süfrə başında oturmaq , hətta hər hansı bir şəxs özü onlardan içməsə belə, ümumiyyətlə, haramdır. Bir sözlə, belə süfrədən təam yemək haramdır”...



Onu da nəzərinizə çatdırım ki. Allah-təala bihuşedici içkini yalnız Qurani-Kərimdə deyil, əvvəlki səmavi kitablarda – yəhudilərin Tövratında, xaçpərəstlərin İncilində də qadağan edir. İshahın 20-ci ayəsində deyilir:”Şərab içənlərin arasında olma!”..


Kitabın 39-cu ayəsində isə buyurulur: "Bədbəxtlik kimin üçündür? Müharibə və dava-dalaş kimin üçündür? Qəm-qüssə və acı ruzigar kimin üçündür? Yəni bir kəs özünü və ya başqalarını sərxoş olaraq yaralasa, yaxud öldürsə, yaxud başqa bir çirkin iş törətsə, bütün hallarda bədbəxtlik və fəsad o kəslər üçündür ki, onlar şərab içənlərdəndirlər”...



Rəsulumuzun (səlləllahu əleyhi və alih) bu kəlamı düşünənlər üçün daha ibrətamizdir: ”Bihuşedici içki içən Şeytanın gəlinidir”...



Əcəba, qızıınızın Şeytanın gəlininin gəlini olmasını və ya əksinə, Şeytanın gəlinini oğlunuza gəlin etmək istərsinizmi? Düşünün...






(Davamı olacaq, inşaAllah)

Category: Salam | Views: 1398 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017