İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2013 » Aprel » 5 » Əxlaq sayəsində sağlam cəmiyyət (1)
5:13 PM
Əxlaq sayəsində sağlam cəmiyyət (1)
Əxlaqi normalarsız sağalm cəmiyyətdən söz gedə bilməz! 
Bildiyimiz kimi, insan ictimai həyat tərzi keçirir və şübhəsiz, "icma” onların tərəqqi və ya irticasında mühüm rol oynayır. Sosioloqlara görə, cəmiyyətdən kənar düşən insan hər şeyi - elmi, şəfqəti, ruhi təkamülü, hətta danışığını və s. - əldən verir. Buna müəyyən səbəblər üzündən "meşə” kimi vəhşi mühitə düşən yırtıcı heyvanların ətrafında yaşayan insanı misal göstərirlər. Tarixdə belə həyat tərzi keçirənlər az olmayıb. Belələri dildən, insani düşüncə və bəşəri səciyyələrdən uzaq ikən rəftar və davranışları da eynilə vəhşi heyvan kimi olur. Səhralıqda və ya köçəri həyat sürən, kiçik qəbilə formalarında yaşayanların vəziyyəti məlum olduqdan sonra cəmiyyətdən ayrı düşən fərdin taleyi aydındır! Bu və bu kimi digər faktlar sosioloqların "Cəmiyyət fərddən irəlidir!” - ideyasını çox gözəl təsdiq edir. Əlbəttə, fərd "bir canlı” kimi cəmiyyətdən əvvəl təsəvvür olunsa da, lakin bir "insan” kimi ondan geridir. Bu baxımdan ictimai əlaqələr genişləndikcə, sivilzasiya da - hər hansı yöndə - tərəqqi edir. Çağdaş dünyamızda insanların bir-biri ilə geniş əlaqələrinə şərait yaradan vəsaitlər müasir sivilzasiyanı doğruldan əsas amillərdəndir. Bu bizə dünya ölkələri arasında sivil səviyyələri ayırd etməyə imkan verir.


İnsanın ictimai həyatındakı məziyyətləri


Məlum olduğu kimi, ictimai həyat tərzi təkcə insana xas deyil. Bal arısı və qarışqa kimi kütləvi formada yaşayan həşəratlar və ya quşlar, yaxud bir sıra heyvanlar da ictimai həyat tərzi keçirirlər. Bəzən onların arasındakı bir çox qanuna uyğunluqlar hətta insanların ictimai həyatını da ötüb-keçir. Məsələn, bal arılarının yuvasında hətta bir işsizin, yaxud birinin ac qalması mümkün deyil. Halbuki bunu dünyanın ən mütərəqqi və inkişaf etmiş ölkələrində görə bilərik. Onların arasındakı hər işin bölünmə və qazanc tərzinin qəribəlikləri insani mühitlərdə müşahidə olunmur. Bununla belə, onların ictimai yaşayışında iki əsas cəhət var ki, onları bəşərin ictimai həyatından ayırır:


1. Heyvanlarda kütləvi yaşayış nə qədər biçimli olsa da, belə yaşayış tərzi yalnız yuva, azuqə yığımı, törəmə və bu kimi ölçülərlə məhdudlaşır. Halbuki insanın ictimai həyatı daha əhatəli, bəlkə də naməhduddur.


2. Heyvanların ictimai həyatında heç bir dəyişiklik baş vermir. Başqa sözlə, onlarda tərəqqi, keçmiş nəsillə yeni nəsil arasında fərq olmur. Məsələn, bugünkü bal arılarının yuvası kəşflərdən məlum olan neçə milyon il əvvəlki bal arılarının yuvasından fərqlənmir. Bu onu göstərir ki, neçə milyon il keçsə də, onlarda yaşayış tərzi əsla dəyişilmir! Amma bəzən bir əsr və yaxud ondan da az müddət ərzində insanın ictimai həyatında böyük dəyişikliklər baş verir. Demək, insanın ictimai həyatını başqa canlılardan ayıran bu iki fərq əsaslı yönə malikdir. Bir sözlə, insanın fikri, əməli-əxlaqi, iqtisadi-texnoloji və s. yönlərdə təkamül və tərəqqisi qarşılıqlı ünsiyyətsiz mümkün deyil. İctimai həyatsız mədəniyyət, insanlıq, sivilzasiya və digər siciyyələr heç bir məna daşımır.


Cəmiyyəti formalaşdıran amil


Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun birgə yaşayışının nisbətən ağır şərt və qanunları ilə razılaşması haqda müxtəlif fikirlər yürütmüşlər ki, burada onların bir neçəsini qeyd edirik:


1. Bəzilərinin nəzərinə görə, insanda fitri bağlılıq hissi onu instinkt olaraq ictimai həyata cəlb edir.


2. Bəziləri isə insanın ictimai həyata yönəlməsini təbii amillərdən (zəlzələ, sel, yırtıcı heyvanlardan) qorxu hissi ilə əlaqələndirirlər.


3. Bəziləri də insanın vücudundan qaynaqlanan "qarşılıqlı faydalanma” hissini əsas faktor hesab edirlər.


4. Bəziləri də ki, mövcud ictimai həyatı tədrici yaranan adət-ənənə və qayda-qanunların məcmusunun məhsulu kimi qiymətləndirirlər.


5. Bəziləri də insanların bir-birinə ehtiyacı və onun birgə təmini məsələsini ictimai həyatın amili bilir.


6. Bəziləri isə ictimai həyatın ailə ocaqlarının təşkili və tədricən nəsil artımı nəticəsində yarandığını deyirlər.


7. Nəhayət, bir qrup da belə fikir yürüdürlər ki, neçə tarixi dövrü keçirən bəşərin ictimai həyata rəğbətini kəşf etmək mümkün deyil. Çünki əsrlər keçdikcə, bir çox həqiqətlərin üzü örtülmüş və bu haqda mühakimə yürütmək üçün əldə dəqiq faktlar yoxdur.


Sonuncu fikrin digər nəzərlərlə müqayisədə həqiqətə daha yaxın və keçmişdə insanı ictimai həyata yönəldən əsas amil haqda hökm verməyin çətin olduğuna baxmayaraq, sözsüz, bu gün ictimai həyatın davamını çox güman ki, insanın "təkamülə rəğbəti”, "ehtiyacların təmini” və "onların təklikdə qeyri-mümkünlüyü” kimi məsələlərlə əlaqələndirmək olar.


İzah: İnsanın məişət, geyim, ərzaq və dərmanı kimi cismi, təlim-tərbiyəsi, zövqü-estetik hissləri və tükənməyən arzsu-istəkləri kimi ruhi duyğu və ehtiyaclarının təmini bir fərdin əlindən gələ bilməz. Bu çox çeşidli ehtiyacların hər birini, məxsusən, hər şeyi asanlıqla bəyənməyən insanın zövqünə uyğun hazırlamaq üçün ayrı-ayrı mütəxəssis fərd və qrup lazımdır. Həm də ki, heyvanlardan fərqli insana xas rifah və ideal həyata rəğbət hissi onu ictimai həyata sövq edir. Bu məqsədin gerçəkləşməsi ayrı-ayrı düşüncələrin, istedad və qüvvələrin həmkarlarlığı nəticəsində mümkündür. Bu iki faktor insanı ictimai həyata rəğbətləndirən ən mühüm amildir.


Birgə yaşayışda dəyər


İctimai hüquq baxımından insanların qanun qarşısında bərabərliyi məsələsi onların eyni dəyərə malik olduqları ilə deyil, həqiqətdə nizam-intizamı qorumaq, ədalətə riayət, şəxsi mənafenin qarşısını almaq, bəşəri istismarla mübarizə və s. üçündür. Yoxsa, insanların ictimai dəyər və bacarıqları arasında fərq olduqca çoxdur. Məsələn, zəhmətkeş, ləyaqətli və xeyirxah alimin dəyəri savadsız və fitnəkar bir kəslə eyni deyil. Lakin ictimai hüquq bərabərliyində insanlar arasında fərq qoyularsa, onun fəsad və zərərləri ictimai dəyərləri gözləməkdən artıq olar. İslamda insanların ictimai dəyərləri xalqın onlardan aldığı bəhrə ilə ölçülür. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Camaata ən çox fayda və xeyir verən insanların ən yaxşısıdır!” ("Nəhcül-fəsahə”, səh.315.)


İslam və İctimai məsələlər


Şübhəsiz, heç bir din İslam qədər fərdi və ictimai ölçüləri möhtərəm saymayıb. Bu onu göstərir ki, insanın təkamülü, istedadlarının çiçəklənməsi onun ali məqsədidir. İslam nöqteyi-nəzərindən ictimai məsələlərin əhəmiyyətini dərk etmək üçün aşağıdakı göstərişlərə nəzər salmaq kifayətdir:


1. İslamın bünövrə göstərişləri içərisində elə fərdi göstəriş yoxdur ki, ictimai əhəmiyyət daşımasın. Onlar "ibadətlər”, "alış-verişlər” və "siyasətlər”dən ibarət İslam fiqhi və hüquqlarını təşkil edir. Əksəriyyəti özünə həsr edən ikinci və üçüncü qisimlərin ictimailiyi bəllidir. Məxluqla Xaliq arasında əlaqə yaradan birinci qismə də ictimai əhval-ruhiyyə hakimdir. İslamda ibadətlərin mühüm bir hissəsini təşkil edən gündəlik vacib əməllər ictimai reallıqlarla elə qarışmışdır ki, onları bir-birindən ayırmaq çətindir və fərdi şəkildə, sanki öz məfhumunu itirir. Məsələn, vacib namazlara giriş sayılan "azan və iqamə” müsəlmanları bir yerə toplaşmağa, onu kütləvi şəkildə yerinə yetirməyə dəvət edir. Bu əməl fərdi şəkildə həmin vacib sünnəni qoruyub-saxlamaq və ona bir növ ruhi hazırlıqdan başqa bir məfhum daşımır.


Namazın həqiqi dua və raz-niyaz sayılan "Həmd” surəsinin ("nə`budu” (ibadət edirik), "nəstəin” (kömək diləyirik), "ihdina” (bizi hidayət et kimi)) və namazın sonunda "cəm” formasında işlənən "salam”ın ibarələri fərdi icra olunduqda, demək olar, öz əsl məfhumlarını əldən verir. Bunlar bütünlükdə həmin vacib əməlin mahiyyətinin kütlə üzərində qurulduğunu göstərir. Bundan əlavə, onun camaatla qılınması haqda olduqca çoxlu tövsiyələr vardır. İslam ibadətləri içərisində "həcc”in ictimai əhəmiyyəti digər əməllərdən üstün, "keçirilmə forması” və təsirləri bütün ibadətlərdən güclüdür.


2. İslamda ictimai əlaqələr qiymətləndirilərək Allah-təalanın ayələri və tovhidin nişanələrindən sayılır. Qurani-Kərimdə buyurulur: "Sizin ünsiyyət yaratmağınız üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir!” ("Rum” surəsi, ayə: 21.)


3. Qurani-Kərimdə aydın göstərilir ki, Peyğəmbəri-Əkrəmin (s) qeyri-adi işlərindən biri insanlar arasında ülfət və mehribanlıq yaratmasıdır: "O Allah səni Öz köməyi və möminlərlə müdafiə edib möhkəmlətdi, onların ürəklərini ülfət, dostluqla birləşdirdi.” ("Ənfal” surəsi, ayə: 62-63.)

Ayədə göstərilir ki, sərvət və dünya malı ürəklər arasında ülfət və dostluq yarada bilməz və hətta onun özü ixtilaf və təfriqə, ədavət və kin-küdurət amilinə çevrilir. İman və mənəviyyat isə belə deyildir. Diqqəti cəlb edən digər məsələ odur ki, bu ayədə möminlərin müdafiəsi bilafasilə Allahın köməyindən sonra qeyd edilir. Bu da həmin məsələyə bir daha əhəmiyyət verir.

www.ihq.az

Category: Salam | Views: 1028 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024