İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 336

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Oktyabr » 16 » Zilhiccə ayının ilk on gününün əməlləri
4:26 PM
Zilhiccə ayının ilk on gününün əməlləri
Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərə diqqət edək:
 1. Bu ayın ilk 9 gününü oruc tutmaq və bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.
 2. Bu on günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə "Həmd"dən sonra 1 dəfə "İxlas” surəsini "Əraf” surəsinin 142-ci ayəsini oxuyursan və hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar.
 3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq və bu dua "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir.
4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə
 etdiyi duanı oxumaq və həmin dua da "Məfatihul-cinan"da 525-ci səhifədə verilmişdir.
 5.Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq və o, da həmin kitabın 526-cı səhifəsində verilmişdir.

 Birinci günün əməlləri:


1.Oruc tutmaq və onun savabı 80 ayın oruc savabına bərabərdir.

2.Həzrət Fatimənin (s.ə) namazını qılmaq . Dörd rükətli namazdır, 2 dənə ikirükətli namaz kimi qılınır və hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Tövhid" surəsi oxunur və salamdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatı deyilir. Dua edəndən sonra belə deyirsən:
"سبحان ذی العزّ الشامِخِ المُنیف، سبحانَ ذِی الجَلالِ الباذِخِ العظیم،
سبحانَ ذی المُلکِ الفاخِرِ القدیم، سُبحانَ مَن یری اَثَرَ النَملَةِ فی
الصَّفا ، سُبحانَ مَن یری وَقعَ الطَّیرِ فی الهَواءِ، سُبحانَ مَن هُوَ
هکَذا وَلا هکذا غیره".

"Subhanə zil izziş şamixil munif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis səfa, subhanə mən yəra vəq’ət təyri fil həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.”

Bu dua da "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 526-cı səhifəsində verilmişdir.

3. Zalımın şərini uzaqlaşdırmaq üçün bu gündə deyilsin:"حَسبی حَسبی حَسبی
مِن سُوالی عِلمُکَ بِحالی". "Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.” Bu dua da "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 527-ci səhifəsində verilmişdir.

Səkkizinci gün tərviyə günüdür və bu gün oruc tutmağın fəziləti vardır. Hədislərə görə 60 ilin kəffarəsidir.

Doqquzuncu gecə.

Bu gecə mübarək gecələrdəndir və dua gecəsidir. Bu gecədə edilən tövbələr qəbul olar. Dualar yerinə yetər. Hər kəs bu gecəni ibadət halında keçirərsə, 170 ilin ibadətinin savabını qazanar. Bu gecə üçün əməllər zikr edilmişdir:

1.Hər kim ("Məfatih" kitabının 527-ci səhifəsində) olan duanı bu gecə və cümə gecələrində oxuyarsa, Allah onu bağışlayar.

2. Verilən bu zikri min dəfə demək: "سُبحانَ الذَی فی السماءِ عرشُهُ،
سُبحانَ الذَی فی الارضِ حُکمُهُ، سُبحانَ الذی فی القُبُور قَضاؤُهُ،
سبحان الذی فی البَحرِسَبیلُهُ، سبحان الذی فی النارسُلطانُهُ، سبحان
الذی فی الجَنَّةِ رَحمَتُهُ، سبحان الذی فی القِیامَةِ عَدلُهُ، سبحان
الذی رَفَعَ السَّماءَ، سبحان الذی بَسَطَ الاَرضَ ، سبحان الذی لا
مَلجَاَ وَ لا مَنجا مِنهُ اِلاّ الیه".

"Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh. ”

Bu dua da "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 537-ci səhifəsində verilmişdir.

3. "Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmiş "10 təsbihat”ı oxumaq.

4.İmam Hüseyni (ə) ziyarət etmək.
Doqquzuncu gün – Ərəfə günü

Ərəfə günü ən böyük əyyamlardan biridir. Baxmayaraq ki, bayram adını almamışdır, bu o gündür ki, Allah öz bəndələrini ibadətə və itaətə dəvət etmişdir. Bu günü şeytanı xar etmiş və başqa vaxtlardan daha çox alçaltmışdır.

Hədislərdə oxuyuruq ki, Ərəfə günü İmam Səccad (ə) bir yoxsulun səsini eşidir ki, insanlardan kömək diləyir. İmam ona buyurur: "Vay olsun sənə! Məgər bu cür bir gündə Allahdan qeyrisindən istəyirsən? Halbuki bu günü Allahın fəziləti hətta dünyaya gəlməmiş uşaqlara belə şamil olur".

Bu günün əməlləri vardır:

1.Qüsl almaq.

2. İmam Hüseyni (ə) ziyarət etmək. Bu ziyarətin savabı min həcc və min ümrə və min cihad savabına bərabərdir. Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə getməyə müvəffəq olarsa, savabı Ərəfatda olanlardan az deyildir.

3. Əsr namazından sonra "Ərəfə” duasını oxumamışdan qabaq səma altında
iki rükət namaz qılmaq və Allaha günahlarını etiraf etmək. Birinci rükətdə "Həmd"dən sonra "Tövhid" ("İxlas”) və ikinci rükətdə isə "Həmd"dən sonra "Kafirun" surəsini oxumaq.

4.Bu gün oruc tutmaq əgər ibadətlərə mane olmayacaqsa, müstəhəbdir.

5.Ərəfə gecəsində zikr edilən təsbihləri demək. Ondan sonra yüz dəfə demək: " سبحان الله و الحمدالله و لا اله الا الله و الله اکبر" "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər. ”("Təsbihati-ərbəə”), yüz dəfə "Tövhid" surəsini və yüz dəfə də "Ayətül-kursi"ni demək. Sonra yüz dəfə salavat demək lazımdır. Bundan sonra bu duanı oxumaq: "La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy’in qədir.”

Sonra zikrlərin hər birini 10 dəfə demək: "Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh. ”

"Ya Əllahu” -10 dəfə

"Ya Rəhmanu” -10 dəfə

"Ya Rəhimu” -10 dəfə

"Ya bədiəs səmavati vəl ərzi ya zəl cəlali vəl ikram” -10 dəfə

"Ya həyyu ya qəyyum” -10 dəfə

"Ya hənnanu ya mənnan” -10 dəfə

"Ya la ilahə illa ənt” -10 dəfə

"Amin” -10 dəfə

("Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmişdir):

Sonra bu zikri demək: " اللهم انی اسئلک یا من هو اقرب الی من حبل الورید یا من
یحول بین المرء و قلبه یا من هو باالمنظر الأعلی و بالافق المبین یا من
هوالرحمن علی العرش استوی یا من لیس کمثله شی و هو السمیع البصیر اسئلک
ان تصلی علی محمد و ال محمد" "Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər’i və qəlbih, ya mən huvə bil mənzəril ə’la və bil ufuqil mubin, ya mən huvər rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy’, və huvəs səmiul bəsir, əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.” ("Məfatihul-cinan" kitabının azərbaycancaya tərcüməsinin 539-cu səhifəsində verilmişdir)

Sonra da Allahdan hacətini istəyirsən.

6. Bu günü "Ummi Davud” duasını oxumaq da tövsiyə edilir.

7. "Məfatih" kitabının 540-cı səhifəsindəki təsbihi demək.

8. İmam Hüseynin (ə) Ərəfatda oxuduğu duanı oxumaq ("Məfatih" kitabının 541-ci səhifəsində verilmişdir).

9. Cameyi-Kəbirə duasını oxumaq.

Onuncu gecə

Bu o dörd gecələrdəndir ki, əhya saxlanılması tövsiyə edilmişdir. Bu gecə səmanın qapıları açılar. Bu gecə oxunan dua: "یا دائم الفضل
علی البریة، یا باسط الیدین بالعطیة، یا صاحب المواهب السنیة صلی علی
محمد و اله خیر الوری سجیة و اغفرلنا یا ذاالعلی فی هذه العشیة" "Ya daiməl fəzli ələl bəriyyə..” duası.

Onuncu gün (Qurban bayramı)

Əməlləri:

1. Qüsl.

2. Qurban bayramının namazı.

3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını oxumaq.

4. Nüdbə duası.

5. Qurban kəsmək.

6. Namazdan sonra bu təsbihləri təkrar etmək: "الله اکبر الله اکبر و
لااله الا الله والله اکبر الله اکبر ولله الحمدالله اکبرعلی ما هدانا
الله اکبر علی ما رزقنا من بهیمةِ الانعام و الحمدُالله علی ما ابلانا" "Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəl həmdu lillahi əla ma əblana. ” ("Məfatih" kitabının 568-ci səhifəsində verilmişdir)

Bunlar Zilhiccə ayının on gününün əməlləridir. Allah bizlərə bu əməlləri edib, Ona yaxınlaşmaq tofiqini nəsib etsin.
Category: Salam | Views: 339 | Added by: ehli_iman | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2017