İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Oktyabr » 9 » “BƏQƏRƏ” SURƏSİ 1-5-ci ayələrin təfsiri
7:42 AM
“BƏQƏRƏ” SURƏSİ 1-5-ci ayələrin təfsiri
BƏQƏRƏ” SURƏSİ
(Surə 2, ayələrin sayı 286)
بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ
1.الم
"Əlif, lam, mim”
(Qur’anın əsrarəngiz müqəttəə hərfləri)
Nöqtələr
◘Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən:
1. Qur’an əlifba hərflərindən yaradılmış və hamının ixtiyarına verilmiş bir mö’cüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən mö’cüzə yaradın.
2. Bu üç hərf uyğun surənin adıdır.
3. Bu hərflər ilahi ismi-əzəmə işarədir.
4. Bu hərflər bir növ ilahi andlardır.
5. Bu hərflər Allah və Onun peyğəmbəri arasındakı sirlərdəndir. Bə’zi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır.
Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Qur’anın 114 surəsindən 29-u bu hərflərlə başlayır ki, onun 24-ündən sonra Qur’an və onun mö’cüzə olmasından danışılır. Bu surədə də müqəttəə hərflərdən sonra Qur’anın əzəmətinə işarə olunmuşdur.
"Şura” surəsində də "Ha, mim, əyin, sin, qaf” müqəttəə hərflərindən sonra eyni mövzuya işarə olunur: Yenilməz hikmət və qüdrət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Yə’ni Allahın vəhyi də həmin hərflərdən istifadə etməklə bildirilir. Qur’an bu hərflər vasitəsi ilə xalqın ixtiyarına verilir. Allah bu hərflərlə əslində mö’cüzə olan bir kitab nazil etmişdir. Məgər insan da belə bir kitab hazırlaya bilərmi?!
Bəli, Allah əlifba hərflərindən mö’cüzə yaratmağa qadirdir. Eləcə də, qadir Allah torpağın köksündən saysız-hesabsız meyvələr, güllər, otlar cücərdir, ən əsası isə, insanı yaradır. Xalqın iste’dadı isə yalnız kərpic kəsməyə çatır!

2.ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ
"Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə, pəhrizkarlara yol göstərir.”
Nöqtələr
◘"La rəybə fihi” , yə’ni Qur’anın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Qur’an buyurur: "Onlar öz yaratdıqları şəkdə avaradırlar.”
◘Qur’anın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.
◘Qur’an bütün bəşəriyyətin hidayət vasitəsidir. ("Hudəl-lin nas”) . Bəli, Qur’an günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. ("Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Qur’anın hidayətindən bəhrələnə bilmirlər.
Sual: Ayədə Qur’an və onun mətləbləri haqqında belə buyurulur: "Onda şəkk yoxdur.” Əksinə, Qur’an özü müxaliflərin şəkk-şübhəsinə toxunur: "(Müxaliflər dedilər:) Biz bizi də’vət etdiyinin haqqında şübhədəyik.” "Sad” surəsinin səkkizinci ayəsində vəhy və peyğəmbərliyə şəkk, "Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qur’ana qarşı şəkk inkar olunur?
Cavab: "Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qur’ana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, "Nəml”, surəsinin 66-cı ayəsində buyurulur: "Xeyr, onlar axirətə münasibətdə kordurlar.”
Bildirişlər
1. Qur’an əzəmət baxımından yetərincə uca məqama malikdir.
2. Qur’an həzrət Peyğəmbərin (s) həyatı zamanı bir yerə toplanıb, kitab şəklinə gətirilmişdir.
3. Yol göstərən öz də’vət üsulunda və proqramında qəti olmalıdır. ("La rəybə fihi”) cümləsi Qur’anın qətiliyini və möhkəmliyini göstərir.
4. Qur’anda müttəqilərin hidayət gücü onun möhkəmliyinin və haqq olmasının ən üstün dəlilidir.
5. Qur’an xalis, heç bir zəlalətsiz hidayətin mayasıdır.
6. Yalnız pak və müttəqi insanlar Qur’anın hidayətindən bəhrələnə bilirlər. ("Hudəllil müttəqin” ərəcbə) Qəlb aynası pak olan insan Qur’andan daha çox faydalanır.

3. ﴿الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ﴾
"Müttəqilər o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.”
Nöqtələr
◘Qur’an varlığı iki qismə bölür: qeyb aləmi (qeyb Allaha, mələklərə, məada və həzrət Mehdiyə (ə) aid edilir) və görünən (şühud) aləm. Müttəqilər (pəhrizkarlar) bütün varlığa inanırlar. Başqaları isə yalnız hiss üzvləri ilə duyduqlarını qəbul edirlər. Hətta onlar Allahı gözlə görmək istəyirlər. Onu görə bilmədiklərindən iman gətirmək istəmirlər. Necə ki, bə’ziləri həzrət Musaya dedilər: "Biz Allahı aşkar görməyincə sənə iman gətirmərik.”
Belələri qiyamət haqqında deyirlər: "Bizim yaşadığımız bu dünyadan savayı bir dünya yoxdur. Ölürük, dirilirik. Bizi fəna edən bu dövrandır.”
Belə fərdlər heyvanlıq səviyyəsindən qalxmamışlar və yalnız hiss üzvlərini tanıma yolu bilirlər. Onlar hər şeyi hiss üzvləri vasitəsi ilə dərk etmək istəyirlər.
◘Müttəqilər qeyb aləminə inanırlar və qəbul edirlər ki, qeyb aləmi bu aləmdən daha üstün və genişdir. İmanın dərinliyində eşq, bağlılıq, tə’zim, şükür gizlənmişdir. Elmin isə belə səciyyələri yoxdur.
Bildirişlər
1. İman əməldən ayrı deyil. Qeybə imanla yanaşı, mö’minlərin əməli vəzifələri sadalanır. ("Yu’minun... yuqimun.. yunfiqun”)
2. İlahi dünyagörüşün əsas prinsipi varlığı yalnız hiss üzvlərinə aid etməməkdir. ("Yu’minunə bil-ğəyb”)
3. İmandan sonra ən mühüm əməl namaz və infaqdır. Allaha doğru hərəkətdə olan ilahi cəmiyyətdə ruhi və mə’nəvi problemlər namaz vasitəsi ilə öz həllini tapır. İqtisadi çətinliklər və bu çətinlikdən yaranan müşküllər infaq vasitəsi ilə aradan qaldırılır.
4. Namaz fasiləli yox, ardıcıl yerinə yetirilməlidir. ("Yuqimunəs-səlat”)
5. İnfaqda da orta həddi gözləmək lazımdır. ("Mimma rəzəqnahum”) Söhbət verilmiş ruzinin bir hissəsinin infaq olunmasından gedir.
6. Allahın əta etdiyi hər şeydən – elmdən, hörmətdən, sərvətdən, gücdən başqalarına infaq edək. İmam Sadiq (ə) buyurur: "Onlara öyrətdiyimizi cəmiyyətdə yayarlar.”
7. İnfaq halal maldan olmalıdır. Çünki Allah hər kəsin ruzisini halaldan müəyyənləşdirmişdir.
8. İnfaq etməklə lovğalanmayaq. Əgər bütün ne’mətlərin Allah tərəfindən olduğuna inansaq, həmin ne’mətlərin bir hissəsini asanlıqla infaq edərik.

4. ﴿والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ
"Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.”
Nöqtələr
İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, mö’cüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər.
Bu və bundan əvvəlki iki ayədən mə’lum olur ki, Allah qarşısında xüşu (namaz), gələcəyə ümid Allahın böyük mükafatlarındandır və təqva nişanələridir.
Bildirişlər
1. Peyğəmbərlər və bütün səmavi kitablara iman zəruridir. Çünki, onların hədəfi birdir.
2. Gerçək təqva axirətə yəqinsizliklə əldə olunmur. ("Bil-axirətihum yuqinun”)
3. Bütün kitablardan öncə Qur’ana ehtiram zəruridir.
4. İslam Peyğəmbəri (s) son ilahi peyğəmbərdir. "Səndən qabaqkılara nazil olana” ifadəsi həzrət Peyğəmbərin (s) son peyğəmbər olduğunu göstərir.

5. ﴿أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ﴾
"Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”
Nöqtələr
◘Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.
◘Qur’anda nicat tapmışların aşağıdakı xüsusiyyətləri sadalanır:
a) Cəmiyyətdəki fəsadlara münasibətdə islahla məşğul olanlar;
b) Yaxşılığı əmr, pisliyi qadağan (əmr be mə’ruf və nəhy əz münkər) edənlər;
q) Həzrət peyğəmbərə imandan əlavə, onu himayə edənlər;
v) Xəsislikdən uzaq olanlar ;
d) Qiyamətdə savab yükü ağır olanlar ;
Qurtuluş zəhmətsiz əldə edilmir. Onun şərtləri vardır. Qur’anda aşağıdakı qeydlər edilmişdir:
–Qurtuluş üçün paklanmaq lazımdır.
–Qurtuluş üçün cihad lazımdır.
– Qurtuluş üçün namazda xüşu (müt’ilik), boş işlərdən çəkinmək, zəkat ödəmək, paklıq, iffət, əmanətdarlıq, əhdə vəfa, namazda davamiyyət zəruridir.
Bildirişlər
1. Həqiqi mö’minlər üçün Allahın xüsusi hidayəti nəzərdə tutulmuşdur.
2. İman və təqva insanı qurtuluşa çatdırır.

Category: Salam | Views: 1759 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024