İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Oktyabr » 20 » Əmirəlmöminin Əli əleyhissalam misilsiz, bənzərsiz və fövqəladə şəxsiyyətdir
8:58 AM
Əmirəlmöminin Əli əleyhissalam misilsiz, bənzərsiz və fövqəladə şəxsiyyətdir
Bismillahir-Rəhmanir-Rəhim
Fəlsəfi cəhətdən hər bir insanın şəxsiyyəti onun zahiri xüsusiyyətləri, rəftarı və davranışlarından bəlli olur. Amma ümumi cəhətdən isə adətən insanların şəxsiyyəti xüsusi və ən çox gözə çarpan sifətləri, eləcə də ruhi-cismi hərəkətləri ilə məlum olur. Məsələn, siyasi məsələlərlə daha çox ünsiyyətdə olan və siyasi məsələləri dərindən bilən insanlar camaat arasında "siyasi şəxsiyyət” adlanırlar. Həmçinin ömrünün böyük hissəsini elmə həsr edən, elmi işlərdə çalışaraq elmi kamalat va üstünlüklər əldə etmiş insanlar camaat arasında "elmi şəxsiyyət” kimi tanınırlar. Deməli, hər bir insanı daha yaxşı tanımaq üçün onun cismi, ruhi və əxlaqi xüsusiyyətləri araşdırılır. Başqalarını tanımaqda əsas amil hiss, yəni duyğudur. Sonrakı mərhələ isə insanın özünün fikri və qəlbi düşüncəsidir. Məsələn, ən yaxın adamını və əzizini itirmiş insan, başqaqlarının itkilərini daha yaxşı dərk edir.
Əgər biz imam Əli əleyhissalamın şəxsiyyətini araşdırmaq istəsək çox çətin məqamla üzləşərik.

İmam Əli əleyhissalam bəşərdir, amma onun xüsusiyyətləri heç bir insanda görünməmişdir. Onun işləri və etdikləri əməllər elə bir tərzdədir ki, o həzrəti heç kimlə müqayisə edə bilmirik, həmçinin öz düşüncə və fikirlərimizin qayda-qanunları çərçivəsinə də sığmır.

Güclü və qüdrətli olan adamlar heç kimə tabe olmur, başqalarının hər hansı bir işin öhdəsindən gələ bilmələrinə səbr edə bilmir, əsəbləşir. Çünki səbr adətən acizlik qarşısında olur.

İmam Əli əleyhissalamın qüdrət, güc və qüvvəti ən ali dərəcədə idi.

1-Peyğəmbərlərin sonuncusu və ən fəzilətlisi olan həzrət Mühəmməd səlləllahu əleyhi və alihin zamanında baş vermiş Xəndək adı ilə məşhur olan Əhzab döyüşündə imam Əli əleyhissalamın o dövrün ən güclü pəhləvanı olan Əmr ibn Əbdəvəd ilə üz-üzə gəlməsini yadımıza salaq. Ərəblər Əmr ibn Əbdəvədi min döyüşçüyə bərabər sanırdılar. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, öz şücaətini göstərsin. Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şer) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki, səsim tutuldu.»

Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki, yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cürət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli əleyhissəlam ayağa qalxıb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ona izn vermirdi. Əli əleyhissəlam üç dəfə ayağa qalxdı, lakin Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm razılıq vermədi. Əli əleyhissəlam bir daha icazə istədikdə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli əleyhissəlam da dedi ki, ya Rəsuləllah, mən də Əliyəm! Nəhayət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli əleyhissəlama izn verdi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm öz qılıncını Əli əleyhissəlama verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.

2- Mühəmməd səlləllahu əleyhi və alihin zamanında baş vermiş ən çətin döyüşlərdən biri Xeybər döyüşüdür. Bu döyüş yəhudilərin yaşadıqları Xeybər qalaları adı ilə məşhurlaşmış 7 qala uğrunda baş vermişdir. Həzrət Mühəmməd səlləllahu əleyhi və alih iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri qaçdılar.

Əhli-sünnənin dahi alimlərindən və Misirin əl-Əzhər universitetinin şeyxlərindən olmuş İbn Əbil-Hədid öz kitabında Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:



Hər nəyi unutsam, unutmaram mən,

Qaçmaq günah ikən qaçdız səhnədən.



Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbər onu sevir, o da Allahı və Peyğəmbəri sevir. O bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır». Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə çalacaq kəs kim idi?

Əli əleyhissalamın misilsiz qəhrəmanlığı hamıya məlum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Həmin vaxt imam Əli əleyhissalamın ğözləri ağrıyırdı. Həzrət Mühəmməd səllllahu əleyhi və alih buyurdu: Əli haradadır? Dedilər: Əlinin gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlini Peyğəmbərin yanına çağırdılar. İmam Əli əleuhissalam dərhal ayağa qalxdı və Peyğəmbərin yanına gəldi. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əli əleyhissalamın ğözlərinə çəkdi. Əli əleyhssalam özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər buyurdu: «Ya Əli, bizim döyüşçülərimizin əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Əli əleyhissalam yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş». Bu qalanı əsas pəhləvanı Mərhəb idi. Mərhəb ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular. Əli əleyhissalam öz fövqəladə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi.

3- İmam Əli əleyhissalamın Xəlifə olduğu vaxt Nəhrəvan döyüşü baş vermişdir. Mariqin (yolunu azmışlar) Əli əleyhissəlamı Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmamdan danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli əleyhissəlam elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əli əleyhissəlama qarşı ordu toplamağa başladı. İmam Əli əleyhissalam onları nə qədər moizə və nəsihət etsə də onlara təsir etmədi. Həzrətin nəsihətləri o kor ürək sahiblərinə əsla əsər etmədi. Üç dəfə Əli əleyhissalamın ordusunu nizə yağışına basdılar. Hər dəfə Həzrətin əshabı Əli əleyhissalamdan onlara qarşı döyüş icazəsi istədilərsə də Həzrət bu icazəni vermədi. Axırda onlar Əli əleyhissalamın yaxın köməkçilərindən birini öldürdükdə Həzrət Əli əleyhissalam buyurdu: «Allahu Əkbər, indi bunlarla müharibə etmək olar.»

Xəvaric biabır surətdə məğlub oldu. Onlardan yalnız 9 nəfəri sağ qalaraq qaçdı. Əli əleyhissalamın ordusundan 9 nəfər şəhadətə yetişdi. Xəvaric əhvalatına «Nəhcül-bəlağə»nin müxtəlif xütbələrində o cümlədən 58, 59, 60 və 122 və s... xütbələrində işarə olunmuşdur. Bu rabitədə baş vermiş daha iki hadisə də maraqlıdır.

Əli əleyhissalam Xəvariclə müharibəyə hazır olduqda əshabdan o Həzrətə belə dedilər:

Xəvaric qoşunu Nəhrəvan körpüsündən keçdi. İmam isə onların cavabında belə buyurdu:

Onların qətligahı bu tərəfdə çay qırağındadır. And olsun Allaha ki, Xəvaricdən hətta on nəfərdən belə sağ qalmayacaq sizdən isə hətta on nəfər də ölməyəcək.

Əli əleyhissalam qabacadan xəbər verdiyi kimi də oldu, 9 nəfərdən başqa Xəvaricdən bir nəfər də olsun sağ qalmadı və bu 9 nəfər də qaçaraq müxtəlif şəhərlərdə pərakəndə düşdülər. Bu da İmam Əli əleyhissalamın qeybi xəbərlərindəndir ki, həm şiə, həm də sünnü tarixçiləri bunu öz kitablarında qeyd etmişlər.

İmam Əli əleyhissalam ilə əlaqədar belə nümünələrin sayı hesabı yoxdur.

Amma siz buna da nəzər salın ki, belə bir güc və qüdrətə malik olan imam Əli əleyhissalam hansı səbrə malikdir.

Kufə məscidində imam Əli əleyhissalam sübh namazını təzəcə qılmışdı. İmamın düşmənlərindən biri arxadan imamın yanına gələrək Qurani-Kərimin Zumər surəsinin 65-ci ayəsini uca səslə oxumağa başladı: "Ya Rəsulum, sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur: Əğər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və müşriklərdən olacaqsan”

Bu imansızın bu sözlərdən məqsədi imam Əli əleyhissalam idi. Onun sözlərindən məqsədi bu idi ki, sən dindən çıxmısan və müşriksən. İmam Əli əleyhissalam Qurana ehtiram əlaməti olaraq susdu, həmin adam bir də o ayəni təkrar etdi, imam yenə susdu 3-cü dəfə oxuduqda İmam yenə sakit halda Quran ayəsini dinlədi. O adam İmamın heç qəzəblənmədiyini ğörüb mat qalaraq dayandı. İmam Əli əleyhissalam Qurani-Kərimin Rum surəsinin 60-cı ayəsini qiraət etdi: Ya Rəsulum, (çətinliklərə, əziyyətlərə) səbr et, həqiqətən Allahın (sənə verdiyi zəfər) vədəsi haqqdır, axirətə inanmayan və imansızlar səni səbrsizliyə, hövsələsizliyə və yüngüllüyə sövq edə bilməsinlər.

Təsəvvür edin o cür cüc və qüdrətə mailik olan, yer üzünün Xəlifəsi və İslam hökumətinin başçısı imam Əli əleyhissalama bənzər adam tapılarmı?

Bəşər belə bir insanı layiqincə tanımaqda acizdir.

İlahi, bu dünyada bizə İmam Əli əleyhissalamın ziyarətini, axirətdə isə şəfaatini nəsib elə!


Category: Salam | Views: 820 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 1
1 ehlibeytasiqi (2012-10-24 7:53 AM) [Entry]
biggrin

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024