Əllamə Məclisinin mübarək bədəni İsfahan məscidinin kənarında dəfn edilmişdir. Şagirdi Nemətullah Cəzairi belə yazır: "Mən ömrümün 20 ilini Məclisinin dərslərində keçirtmişəm. Onun qəbrinin yanına gəlmişdim və çox qərarsız idim. Qəbrin yanından qalxıb getmək üçün gücüm yox idi, ürəyim istəyirdi ki, gecə-gündüz burada qalam. Əllamənin qəbrində o qədər ağladım ki, halsız oldum. Bilmirəm ki, yuxuya getdim, yoxsa çox halsız oldum, gördüm ki, Əllamənin qəbri açıldı və o, qəbirdən bayıra çıxdı. Qəbrin kənarında oturub, mənə dedi: "Seyid Nemətullah! Mən öləndən sonra başa düşdüm ki, ölmüşəm”.
Bəli, Seyid Nemətullahın nəql etdiyi bu yuxu Əmirəl-möminin (ə) ölüm haqqında dediklərini isbat edir. Belə ki, bu alim yatır və gözünü açanda özünü bərzəx alımində görür. Demək olar ki, nəql edilən yuxuların ancaq onları sadiq yuxular sayılır ki, Quran və hədislərlə uyğun gəlsin. Qurani-Kərimdə beş yuxu haqqında nəql
...
Ətraflı oxu»
|
|