Tarixin XXI əsr dönəmində dünyada cərəyan edən hadisələrin dünya müsəlmanlarının xeyrinə olacağını demək, heç şübhəsiz, doğru olmazdı. Özünü mədəni toplum adlandıran bəzi dövlətlər, millətlər, ayrı-ayrı təsisatlar islam dəyərlərinə qarşı hücuma keçməkdə, hətta onun ən sevimli peyğəmbəri, Allahın yer üzərindəki sonuncu elçisi Həzrət Muhəmmədi (s) müxtəlif yollar və vasitələrlə tənqid və təhqir etməkdədirlər. Siyasi emansipasiyalar, regional təhdidlər, güc mərkəzlərinin hakimiyyət, səltənət və siyasət qovğaları səngimək bilmir. Daha çox təbii enerji ehtiyatlarına və insan resurslarına malik müsəlman ölkələrini demokratiya və insan hüquqları pərdəsi altında işğal edib ələ keçirmək məlum güclərin məkrli planlarının üzdə olan görüntüləridir. Əsas hədəfləri müsəlman gənclərinin düşüncələrinə, həyat tərzlərinə təsir etmək, onları dini və milli dəyərlərdən ayrı salmaq, Qərb mədəniyyətini təbliğ et ... Ətraflı oxu» |
Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır. |
Sual- Həzrət İsanın (ə) məşhur ləqəbi Qurani-Kərimdə nеçə dəfə işlənib? Sual- Həzrət Musanın (ə) adı hansı surədə daha çox zikr olunub? |
Pеyğəmbər (s) buyurur: «Həsən (ə) mənim övladım, ailəmin gülüdür…» Həzrət Rəsul Əkrəmin ilk nəvəsi, cənnət cavanlarının ağası, Həzrət Əli (ə) və Fatimənin (ə) əziz övladı Həsən ibni Əli (ə) hicrətin üçüncü ili mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlib. Məşhur ləqəbləri Müctəba, Təqi, künyəsi isə Əbu Məhəmməddir. Həsən ibni Əlinin (ə) həyatı əsasən üç hissəyə bölünür. 1- Pеyğəmbərin dövründə 2- Həzrət Əlinin (ə) dövründə 3- İmamətlik dövründə. İmam Həsənin (ə) uşaqlıq dövrü babası Rəsulu Əkrəmin (s) yanında kеçib. O, İslam Pеyğəmbərinin söylədiyi xütbələrə diqqətlə qulaq asar və əzbərləyərdi. Rəsuli Əkrəm (s) Həsən və Hüsеyni əzizləyər və çox sеvərdi. Hər kim istəyir ki, bеhişt cavanların üzünə baxaraq şadlansın Həsən ibni Əlinin üzünə nəzər еtsin. Həsən və Hüsеyn bеhişt cavanlarının ağasıdır kimi hədislər O həzrətin imam Həsən (ə) barədə buyur ... Ətraflı oxu» |
Ehtiyac hiss etmək - təvazökarlıqdandır, kiçiklik hissi təvazökarlıqdandır. Allah dərgahında namaz qılır və ibadət edirik. "Həmd” surəsini oxuyuruq. Bu surənin vasitəsilə necə kiçik və ehtiyaclı olduğumuzu bəyan edirik. Bu surə vasitəsilə Allaha şükür edirik. Təkəbbür əhli isə heç bir zaman şükür etməz.
O zaman ki, Allah Təalanı Qiyamət gününün Maliki hesab edirik, özümüzün kiçik olduğumuzu etiraf edirik. Bəndə olmaq istəyimizi bildirərək, necə Ona möhtac olduğumuzu bildiririk. Bütün bunlar təvazökarlığın nişanəsidir. Ancaq görəsən doğrudanmı biz təvazökarlıq edə bilirik? Allahın bəndəsi olduğumuzu etiraf edib, Ona bəndəlik edirikmi? Bəlkə Ondan hidayət istəyib, özümüzsə əslində üsyan edirik? Atalar misalında deyilir ki, o ağacın ki, barı çox olar, başını aşağı salar. Bu, həmin təvazökarlıqdır ki, elmdən qaynaqlanar. Pak qəlblərdə qürur, riya, təkəbbür olmaz. Əgər alimin elmi təvökarlıqla bir yerdə o ... Ətraflı oxu» |
Azadlıq, insanın bütöv varlığı ilə hiss etdiyi ehtiyaclardan biridir. Bu əsl və qanun baxmayaraq ki, bir növ ədalət əsli və qanunu ilə əlaqədardır, lakin birinci növ və baxışın bünövrəsi olan ayrı bir əsl və qanundur ki, hətta ictimai ədalət də onsuz yarana bilməz. Hər halda, insanın bu əsas ehtiyacına Peyğəmbərlərin məktəbində dəqiq şəkildə diqqət edilmiş və ona müsbət cavab verilmişdir.
Quran maraqlı bir təbirlə (ifadə ilə) islam Peyğəmbərinin risaləti (Peyğəmbərlik məktəbi) barəsində buyurur: "Onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)!"[1] Əsarət zəncirləri İki növ zəncir insanın azalığını ondan səlb edir və onun vücudunda- varlığında- qoyulmuş dərin istedadları və böyük qüvvələri zəncirləyir. Bu, nəinki, təkcə ... Ətraflı oxu» |
Əllamə Bəhrül-ulum Kərbəlaya gəldi. Həzrət İmam Hüseynin (ə) mübarək hərəminin yanında oturmuşdu ki, bir dəstə bədəvi ərəb sinə vura-vura hərəmə daxil oldular. Birdən gördülər ki, Əllamə də onların arasında "Hüseyn, Hüseyn” deyir və sinəsinə və başına vurur. Tələbələr də gəlib onlara qoşuldular. Gecə Əllamədən əzadarlara qoşulmasının səbəbini soruşdular. Buyurdu: -"Onlara baxırdım. Birdən gördüm ki, İmam Zaman (ə.f) onların arasında sinə vurur. Mən də imamıma tabe oldum”. Bizdə sənin qəmindən sınmış bir ürək var, ey dost. Səndən başqasından yumulmuş bir gözümüz var, ey dost. Dedin ki, qəlbi sınmışlara yaxınsan, bizim də bir sınıq qəlbimiz var, ey dost.
Quranda təqva |
Seyid Həsən Seyidzadə Seyid Əli oğlu 1860-1870-ci illərdə Gəncə şəhərində İmamlı küçəsində anadan olub
İlk təhsilini vətəndə aldıqdan sonra İraqın Nəcəfül-Əşrəf şəhərinə yollanır. O zamanın məşhur alimlərinin dərslərində iştirak edərək təhsilini kamilləşdirib ictihad dərəcəsinə yetişir. Vətənə qayıdaraq Seyid Bəyim adlı xanımla ailə həyatı qurur. Seyid Əli, Mir Saleh, Mir Xəlil, Şölə Bəyim, Rəxşəndə Bəyim, Fatimə bəyim adlı övladları dünyaya gəlir. Seyid Həsən dini şəxslərin yetişməsi üçün Pişnamazzadə və bir çox başqaları ilə birlikdə Gəncə şəhərində mühüm işlərlə məşğul olur. 1920-ci ildə qaynatası Seyid Rzadan sonra Gəncədəki Şah Əbbas məscidinə axund təyin olunur. 1929-cu ilədək bu məsciddə fəaliyyət göstərir. 20-ci illərin sonunda rus ordusu tərəfindən Seyid Həsənin mülkü müsadirə olunur, ailəsinə isə şəhər karvansarasında kiçik bir otaq ayrılır. 1926-cı ildə Seyid Bəyim ... Ətraflı oxu» |
"Allahın müəyyən etdiyi hüdudları aşan kimsə özünə zülm etmiş olar...” (Qurani-Kərim, ət-Talaq, 1) ... Müasir Avropa üslubunda - boynu, sinəsi, çiyinləri, kürəyi qurşağa qədər açıq Azərbaycan(?!) gəlini ortalıqda rəqs edir. Yüzlərlə yad insan nəzəri, o cümlədən sərxoş, nəşəli, şəhvətli kişi baxışları bu bakirə(!) qızın gözlərində, yanaqlarında, dodaqlarında, buxağında, boynunda, sinəsində, çiyinlərində, qoltuğunda, kürəyində gəzir... Bəlkə də bəy xaricdə işləyirmiş, vətənə gələn kimi ata-anası zorla evləndirirlər, gələcək xanımını birinci dəfədir ki, yaxından görür. Ancaq yüzlərlə yad kişi ondan əvvəl gəlinin yarıçılpaq bədəninin zərif yerləri ilə tanış olur... Üç-dörd gün sonra toyda iştirak etmiş bir tanışı istehza ilə bəyə desə ki, sənin arvadını yaxşı tanıyıram, filan yerində xalı var, bu, ona necə təsir edər? Düşüncəli insan, kişi ü ... Ətraflı oxu» |
İnsanın əxlaqi fəzilətlərindən biri - qənaətdir. Qənaət odur ki, ehtiyacın olana qane olasan, daha artığının dalınca qaçmayasan. İnsan - məhdud bir varlıqdır. Onun bədənini örtməsi və yataqda üstünü örtməsi üçün məgər nə qədər parçaya ehtiyac var ki?
Gün ərzində yüz paltardan ancaq birini və ya ikisini geyinə bilər. Onlarla yataq işərisində ancaq birində yata bilər. Əgər birdən çox yastıqda yatsa, boynu ağrıyar. Çoxlu tikə mədəni incidər. Çoxlu su içmək qarnına əziyyət verər. Hara getsə, yenə də məhdudiyyətlə qarşılaşar, çünki özü məhduddur. Ancaq insan qəlbi belə deyildir. Belə ki, Allah buyurur: "Yerə sığışmıram, göyə sığışmıram. Ancaq möminin qəlbinə sığışıram”. Ey bəndə! Qəlbində niyə bu qədər maddiyyat və dünya sevgisi vardır? Məsumlardan (ə) biri buyurur:"Əgər ölümlər zahir olsaydı, arzular necə rüsvay olardılar”. İmam Muhəmməd Baqir (ə) buyurur: "Məbada, baxışlarını özündən yüksəy ... Ətraflı oxu» |