"Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” ("Nəsr” surəsi) Təlaşlanın, ey Məkkə müşrikləri! Tədbir görün ey münafiqlər! Əzəmətli və zəhmli Allah ordusunun qüdrətinin şahidi olursunuz! Allah ordusunun əsgərlərinin ayaq səsləri neçə km, uzarlıqdan eşidilir. Allaha kafir olan qəlblərə qorxu düşür, yer-göy titrəyir, şeytanlar vahiməyə düşür, aləmlər təlatümə gəlir. Artıq, uzaqdan bir qaraltı görünür, "Əllahu Əkbər”, "Lə ilahə illəllah, Muhəmmədun Rəsulullah” şüarları könülləri oxşayır, azan sədaları altında Allah ordusu Allahın evinə yaxınlaşır. Bu ordunun qüdrəti qarşısında özünün aciz olduğunu gec də, olsa, anlayan kafirlər hərəsi bir dərəyə qaçır, gizlənməyə bir yer axtarırlar. Çox kiçikdirlər bu or
...
Ətraflı oxu»
|
|