İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » İyun » 5 » Allah ayında, Allah evində doğan günəş
6:43 AM
Allah ayında, Allah evində doğan günəş
Mübarək Rəcəb ayının günlərini yaşayırıq. Qarşıdan İmam Əlinin (ə) səadətli və mübarək mövlud günü gəlir. Bu mübarək və səadətli gün münasibətiylə İmam Zaman (ə.f) ağa və bütün dünya müsəlmanlarını təbrik edirik!

Allah ayında, Allah evində...
İslam Peyğəmbəri (s) mübarək kəlamlarının birində buyurur ki, Rəcəb ayı Allahın ayıdır. Şaban isə Mənim ayımdır (yəni, Peyğəmbərin (s)), Ramazan ayı isə ümmətin ayıdır. Bu hədis çox məhşur hədisdir və Rəcəb ayı barəsində çox zikr edilən bir hədisdir. Bu ayda Allah-Təala məsləhət bilib ki, İmam Əli (ə) kimi bir şəxsiyyəti, möminlərin Əmirini bir nemət kimi bəşəriyyətə bəxş edib. Özü də, bu mübarək və səadətli təvəllüd Allah ayında və Allah evində baş verib.

Tarix boyu kimsəyə Allah evində, möminlərin qibləsində dünyaya gəlmək nəsib olmamışdır. Hətta, qeyd olunur ki, möminlərin əvvəlki qibləsi olan Qüdsdəki Beytul-Muqəddəsdə Xanım Məryəm (s.ə) Həzrət İsanı (ə) dünyaya gətirmək istəyib. Amma, Allah-Təala buna icazə verməyib. Amma, İmam Əlinin (ə) anası Xanım Fatimə binti Əsəd (s.ə) mübarək Kəbə evində İmam Əlini (ə) dünyaya gətirib. 


Allah-Təala Həzrət İsa (ə) körpə ikən ona möcüzə və peyğəmbərlik verdi. Həmin vaxt Xanım Məryəm (s.ə) ittiham olunmaq üzrə idi ki, körpə İsanı işarə ilə camaata göstərdi və İsa peyğəmbər (ə) körpə ikən dilə gəldi. Quranda bu qissə belə keçməkdədir: "(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.”” ("Məryəm” surəsi, ayə 30) İmam Əliyə (ə) də, Allah-Təala körpə ikən bir fəzilət bəxş etdi ki, bu fəzilətlə şərəflənən yeganə insan Odur. Heç bir peyğəmbərə (ə) bu fəzilət bəxş edilməmişdir hətta. O da, Kəbə evindən anasının qucağında çıxan yeganə körpənin Əli (ə) olması fəzilətidir.


İmam Əlinin (ə) fəzilətləri barədə


İmam Əlidən (ə) danışarkən, onun fəzilətlərindən, mənəvi məqamından danışmamaq mümkün deyil! İmam Əli (ə) kamil insan təsviridir, bütün gözəllikləri, bütün imanın, əxlaqın, təqvanın gücünü bir nöqtədə cəmləmiş olsaq, bu, İmam Əlidir (ə). İmam Əlidən (ə) və Həzrətin (ə) fəzilətlərindən danışarkən çox məqama işarə etmək olar; Amma, mən bu məqamda bir diqqətçəkən məsələni nəzərə çatdırmaq istərdim. O məsələ budur; Allah-Təala Qurani-Kərimdə buyurur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” ("Ali-İmran” surəsi, ayə 96) Başqa bir ayədə Allah buyurur: "(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik" ("Bəqərə" surəsi, ayə 125).

Bu iki ayənin mübarək çatdırışında mübarək Kəbə evinin 4 fəziləti açıqlanır;


1. Kəbə evi bütün aləmlərdən ötrü bərəkət qaynağıdır;


2. Kəbə evi bütün aləmlərdən ötrü hidayət qaynağıdır;


3. Kəbə evi insanlar üçün savab yeridir;

4. Kəbə evi insanların əmin-amanlıq yeridir;


Bircə bu fəzilət və ləyaqət kifayət edər ki, İmam Əlini (ə) məhz, bütün aləmlərdən ötrü bərəkət və hidayət qaynağı olan, bütün insanlar üçün savab və əmin-amanlıq yeri olan bir ev-Allah evi öz ağuşuna almış, O Həzrətə (ə) qucaq açmışdır, O Həzrətin (ə) beşiyi olmuşdur. Deməli, İmam Əli (ə) bərəkət və hidayət, savab və əmin-amanlıqdan doğulub, bu fəzilət və gözəlliklərlə doludur Onun (ə) bütün cismi və ruhu!


Yaxşı ilə pisi bir-birindən ayıran


İmam Əliyə (ə) Allah tərəfindən bəxş edilmiş başqa bir fəzilət odur ki, İmam Əli (ə) bir meyar idi, yaxşını pisdən ayıran bir meyar. Həzrət Peyğəmbər (s) buyurur: "Əlini yalnız möminlər sevər, onunla yalnız münafiqlər düşmənçilik edər! ” Bu hədisdə İmam Əli (ə) bir meyar olaraq tanıtdırılır ümmətə, Rəsulullah (s) tərəfindən. Bu hədisin mübarək görüşünə görə, İmam Əlinin (ə) sevgisi möminliyin əlamətlərindəndir. Hətta, nəinki əlamətlərindən, hətta, şərtlərindəndir. Yəni, imanın şərtlərindən biri də, Əli (ə) sevgisidir. Başqa bir hədisdə Allah Rəsulu (s) belə buyurur: "Əlini sevmək imandandır, düşmənçilik etmək nifaqdandır” Əgər, imanlı olub-olmadığını bilmək istəyirsə insan, qəlbinə baxmalıdır. Əgər, qəlbində Əli (ə) sevgisini bəsləyirsə, deməli, o, imanlıdır, mömindir. Yox, əgər qəlbində İmam Əli (ə) sevgisi yoxdursa, yaxud, İmam Əliyə (ə) paxıllıq, kin, qəzəb varsa, deməli, o kəs münafiqdir, ikiüzlüdür və imansız insandır.


Bu hədislərdə Allah Rəsulu (s) ümməti iki dəstəyə ayırıb; Bir dəstə möminlərin dəstəsidir. Qarşı cəbhədə isə münafiqlər durub. Bu hədislər o anlama gəlmir ki, münafiqlərdən məqsəd ancaq Əliylə (ə) Cəməl, Siffeyn və Nəhrəvanda üz-üzə gələn ordulardır. Əslində İmam Əliylə (ə) təkcə qılıncı ilə deyil, hətta, bitərəfliyi ilə, sözüylə də, qarşı çıxanlar ikinci dəstədəndirlər.


Bu hədisdən sonra artıq, camaatdan hansının mömin, hansının münafiq olduğu üzə çıxdı, insanlar tanıdılar saqqal və əba altında gizlənən münafiqləri. İnsanlar bildilər ki, kimlər Rəsulullahın (s) kölgəsində gəzib, amanda qalmaq üçün O Həzrətin (s) çətiri altına sığınmışlar.


Peyğəmbərin (s) "Əli məndəndir...” təbiri


Allah Rəsulundan (s) bir hədis nəql olunur. Bu hədisi Nəsainin, Həzrət İmam Əlinin (ə) fəzilətlərini bəyan edən "Xasaisu Əmirəl-Muminin İmam Əli ibn Əbi Talib” adlı kitabından istinadən və nəqlən qeyd edirəm; Müəllif bu hədisi səhih olaraq göstərmişdir. Hədisdə Allah Rəsulundan (s) belə nəql edilir; "Əli məndəndir, Mən də, Ondanam!”


Mübarək hədisdə Allah Rəsulu (s) iki məqama diqqət çəkir; Biri "Əli məndəndir” deməklə İmam Əlinin (ə) məqamına işarə edir; Əli Allah Rəsulundandır (s). Bu hədis eyniylə "Mübahilə” ayəsində Allah-Təalanın İmam Əlini (ə) Allah Rəsulunun (s) Özü kimi göstərməsinə tam uyğundur.


Allah-Təala Quranda Allah Rəsulunun (s) dərəcəsi barədə belə məlumat verir: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. ” ("Ənbiya” surəsi, ayə 107) Deməli, Rəhmət Peyğəmbəri (s) ancaq aləmlərə, insanlara və cinlərə rəhmət olaraq göndərilib yer üzünə, bəşəriyyətə. Deməli, Əli (ə) də, belə bir şərəfə nail olub, Əli (ə) də, Allah Rəsulundan (s) olmaqla, bu rəhmət və məğfirətə qərq olmuşdur. Bundan əlavə, bu ayə və hədisdən bu nəticəyə gəlmək olur ki, Əli (ə) də, rəhmət üçün göndərilib. Hər kim müharibədə Əlinin (ə) tərəfindədirsə, o, ilahi rəhmət və ğufranla bələnmişdir. Hər kimdə Əlinin (ə) sevgisi var, o kəsdə Əli (ə) rəhmi də var.


"...Mən də, ondanam!”


Mübarək hədisin davamında Peyğəmbər (s) başqa bir xüsusa toxunur; Həzrət (s) buyurur ki; "..Mən də, ondanam!” Hədisin bu hissəsi İmam Əlinin (ə) meyar olduğunu bir daha xatırladır. Bu hədisin özü, bizə "İmam Əli (ə) məsum, Allahın seçilmiş və İslam Peyğəmbərindən (s) sonra ən üstün qərar verdiyi şəxsdir!”- deməyə tam əsas verir. Çünki diqqət etsək görərik ki, Peyğəmbər (s) "Mən də, ondanam!” deməklə, Öz dövrünün və sonrakı dövrün insanlarını (Qiyamətədək gələn bütün nəsilləri) xəbərdar edir və onlara zəmanət verir ki, Əlini sevin, o günahsızdır, onun bundan sonra da, heç bir xəta və günahını görməyəcəksiniz! O, doğru yoldadır, o hansı yoldadırsa, o yol mənim yolumdur, Allahın yoludur. O, Allahın və Rəsulunun (s) yolundan heç zaman kənara çıxmaz! Gördüyümüz kimi tam qətiyyətlə arxayın edir Allah Rəsulu (s) camaatı. Müəyyən bir vaxt və müddət qoymur, çərçivəyə salmır Əli sevgisini "Mən də, ondanam!” deməklə.


Əli (ə) şiələrinin məqamı


Bir diqqət ediləsi məqam da ondan ibarətdir ki, Allah Rəsulu (s) sağlığında İmam Əliyə (ə) bu cür təriflər və vəsflər nisbət verməklə bərabər, başqa səhabələrə də, bəzi tərfilər verib. Məsələn, atası və anası İslamın ilk kişi və qadın şəhidləri olan (Suməyyə və Yasir) Əmmar ibn Yasir haqqında belə buyurur: "Əmmarı zülümkar bir firqə (dəstə) qətlə yetirəcək” Bu hədis Rəsulullahdandır (s) və Nəsainin adını hallandırdığım həmin kitabda bu hədis keçməkdədir. Məhşur hədisi-şərifdir ki, Allah Rəsulu (s) sağlığında bu hədisi camaata bildirmişdi. O zamandan bilindi ki, Əmmar ibn Yasir zülm qoşunu tərəfindən şəhid ediləcək. Sağlam düşüncəsi olan insan fitnələrin qopduğu bir dönəmdə Allah Rəsulunun (s) sözünü dinləyib Əmmar olan orduda olmalı idi. Peyğəmbər (s) rəhmət peyğəmbəri olduğu üçün camaata qabaqcadan xəbər vermişdi. Bəs Əmmar hansı orduda idi? Əlinin (ə) ordusunda. Əmmar Yasir Siffeyn döyüşündə şəhid edildi. Zalim bir firqə (Muaviyə lənətliyin ordusu) şəhid etdi Əmmarı. Deməli, İmam Əlinin (ə) ordusu ədalət ordusu, haqq cəbhəsi idi. Peyğəmbər (s) buyurur: "Haqq Əli ilədir, Əli də, Haqq ilədir. Əli hara getsə, Haqq onun ətrafında dövrə vurur!”


Peyğəmbər (s) başqa bir səhabəsi olan Salman Farsi haqda belə buyurur: "Salman biz biz Əhli-Beytdəndir.” Bu hədisdə Salman Muhəmmədinin fəziləti göstərilir. O da, Peyğəmbərdən (s) sonra, Əlinin (ə) dəstəsində oldu, Əli (ə) aşiqi idi.


Digər bir səhabə Əbuzərr Qəffari idi. Təqvalı, mömin, pəhrizkar, zahid bir insan. Allah Rəsulunun (s) sadiq səhabəsi və barəsində "Yer üzündə və göyün altında Əbuzərdən doğru danışan adam yoxdur”- deyə buyurduğu bir insan. Əbuzərr də, İmam Əlinin (ə) tərəfində oldu, Peyğəmbərdən (s) sonra haqq yolundan (İmam Əlidən (ə)) ayrılmadı. İmam Əlini (ə) istər siyasətdə, istər ibadətdə, zöhd və ədalətdə addım-addım izlədi, İmam Əlinin (ə) iziylə getdi.


Gördüyümüz kimi Əli (ə) bir meyardır ki, Həzrət Peyğəmbərin (s) ünvanına təriflər söylədiyi başqa səhabələr də, Peyğəmbərin dünyasını dəyişməsindən (s) öz vəfatlarına qədər Əlinin (ə) yanında oldular, Ondan (ə) kənara çıxmadılar, dünya və nəfsə zərrəcə meyl etmədilər. Çünki mümkün deyildir ki, Peyğəmbər (s) iki insanın ünvanına yaxşı təriflər desin, amma onlar sonda bir-birinə qarşı çıxsınlar!

Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! O Həzrətin (ə) nurani və səadətli, mübarək təvəllüdündən təbərrük edən bəndələrindən qərar versin bizləri! Amin!

Views: 758 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024