Hamilə xanımın bətnindəki iki əkiz uşaqlardan biri o birindən soruşur:
— Sən doğuşdan sonrakı, həyata inanırsan?
— Əlbətdə inanıram. Doğuşdan sonra həyat var. Biz burda ona gorəyik ki, doğuşdan sonrakı həyata hazır olaq.
— Boş söhbətdi. Doğuşdan sonra həyat ola bilməz.
Sən fərz eliyə bilirsən orda həyat necədi?
— Mən bütün detalları bilmirəm, amma inanıram ki, orda daha çox işıq olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və s.
— Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağızı ilə yeyər? Gülməlidir! Bizim göbəyimiz var, hansıki, bizi qidalandırır. Doğuşdan sonra həyat filan yoxdur.
— Mən əminəm ki, bu mümkündur. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür.
— Həyat sadəcə olaraq doğuşla bitir. Bu qədər. Ümumiyyətlə həyat bu zülmətin içindəki zillətdən ibarətdir.
— Yox! Mən dəqiq deyə bilmirəm doğuşdan sonraki həyat necə olacaq, amma əminəm ki, ana orda da bizim qayğımızı çəkəcək, bizə heç indi dadını təsəvvür edə bilməyəcəyimiz nemətlərdən qidalandıracaq.
— Ananı? Sən inanırsanki ana var? Varsa bəs o hardadı?
— O hər yerdədi, bizi əhatə edib və onun sayəsində biz yaşayırıq, onsuz biz movcud ola bilmərik.
— Cəfəngiyyatdı! Mən heç bir ana filan görməmişəm, görmədiyim şeyə də inanmıram. Odur ki, əminəm ki, ana filan yoxdur.
— Səninlə razılaşa bilmərəm. Axı hərdən sakitçilik olanda, onun necə oxumasını eşitmək olur. Hiss eləmək olur axi, o, necə bizim dunyamıza sığal çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonra başlayır.
|