And içmək olar? And içməyin hökmü. Ümumiyyətlə iki şeyin müqabilində and içilir. Biri- bir şeyi edəcəyinə (məs: and içir ki oruc tutacaq), biri də bir şeyi tərk edəcəyinə (məs: and içir ki daha siqaret çəkməyəcək). Bilərərkdən bu andlara əməl etməsə, kəffarə verməlidir. Yəni bir qul azad etməli, ya on kasıbı doyurmalı, ya da onları geyimlə təmin etməlidir. Əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır. Bir şərtlə ki, oruc günləri ardıcıl olmalıdır. Əgər yenidən andını pozarsa, ininci dəfə kəffarə verməsi vacib deyil. Yalan and içmək, böyük günahdır. And içən şəxsin şərtləri: 1) Həddi buluğ (yetkinlik yaşına çatmalıdır. Qızlarda 9, oğlanlarda 15 yaş (hicri təqvimi ilə)). 2) Ağıl sahibi olmalıdır. 3) İxtiyar sahibi olsun. 4) Halal and olsun. Deməli uşağın, dəlinin, məstin, and içməyə məcbur olan şəxsin, haramı edəcəyinə, vacibi əməli etməyəcəyinə və əsəbləşən halda (and içmək) fikri olmadan ixtiyarsız olaraq and içsə, düzgün deyil. 5) Andı dili ilə deməlidir. Yazsa yaxud qəlbində desə, düzgün deyil. Lal adamın isə, işarəsi kifayətdir. 6) Anda əməl etmək onun üçün mümkün olsun. Əgər andına vaxt təyin edə və o anda əməl etmək mümkün olsa, gərək andına əməl etsin. Amma andına əməl etmək mümkün olmasa istər and içdiyi vaxt başa çatsın ya çatmasın, bu and pozulur. Yəni vacib deyil o andı yerinə yetirsin. 7) Ata övladının, ər arvadının andlarına etirazını bildirsə, and düzgün deyil. 8) Unutqanlıq ya çarəsizlik üzündən andına əməl edə bilməsə, kəffarə verməsi vacib deyil. 9) Əgər ona xeyirli olan dərmanı qəbul etməyəcəyinə və bəzi qohumları ilə əlaqəni kəsəcəyinə and içsə, andı düzgün deyil. Allah and içib? Allah nələrə and içib? Allah nəyə görə and içir? Bəli, Qurani-Kərimin bir çox ayələrində Allahın and icdiyini görürük. Allahın andı bir neçə məsələ barəsindədir. Allahın andları iki məqsədə görədir: 1) And içilənin əhəmiyyətli olması. 2) And içilənin sifətinində əhəmiyyətli olması. Məs: Allah günəşə and içir birdə onun saçdığı nura. Yəni həm günəşin özü həm də saçdığı nur, bəşər üçün əhəmiyyətlidir.
Allah dörd növ and içir:
1) Öz zatına.
"And olsun sənin Allahına onları və şeytanların hamısını dirildib, sonra dizi üstə çökmüş halda cəhənnəmin ətrafına düzəcəyik” (Məryəm, ayə 68)
2) Öz yaratdıqlarına. Məkkə şəhəri, Quran, asiman, yer, günəş, ay, ulduz, gecə, gündüz, səhər, əsr vaxtı, qiyamət günü, dan yeri, dağ, ata, övlad, nəfs, mələklər, külək, bulud, gəmi, əncir, zeytun, qaçan atlar və s...3) Öz əməlinə.
"And olsun göyə və onu yaradana. And olsun yerə və onu döşəyənə” (Əşşəms, ayə 5-6)
4) Peyğəmbərin canına.
"Peyğəmbər canına and olsun, onlar küfürləri içində sərgərdan vəziyyətdə qaldılar” (Əlhicr, ayə -72)
Allah yeddi yerdə öz zatına and içir. Bu an möminlər qorxarlar.
1) Allaha böhtan atılan zaman.
"And olsun Allaha, mələkləri mənim qızlarım bilənlər bu böhtan müqabilində onları sorğu – suala çəkəcəyəm. (Nəhl, ayə 56)
2) İnsanlar Allah hakimiyyətini deyil, şeytan hakimiyyətini qəbul edən zaman. "Allah ona iman gətirənlərin dostudur. Onları zülmətdən çıxarıb, işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (Şeytanlar). O kafirləri nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar” (Bəqərə, ayə 257)
3) İnsanlar peyğəmbərin rəhbərliyini qəbul etməyəndə. "Peyğəmbər, möminlərə onların özlərindən daha yaxındır. Allah və peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişi və qadına başqa bir yol seçmək yaraşmaz. Allah və peyğəmbərinə asi olan kəs, şübhəsiz ki açıq aydın azmışdır ” (Əhzab, ayə 6-36)
4) Məad qəbul edilməyəndə.
"Öləndən sonra necə dirilə bilərik? And olsun sənin Allahına onları və şeytanların hamısını dirildib, sonra dizi üstə çökmüş halda cəhənnəmin ətrafına düzəcəyik” (Məryəm, ayə 68)
5) Məad barəsində səhv düşünəndə.
"Onlar özlərini cənnət əhli düşündülər. Heç də elə deyil. And olsun məşriqlərin və məğriblərin rəbbinə, biz qadirik onları yox edib əvəzinə yaxşılarını gətirməkdə” (Məaric, ayə 38-39-40-41)
6) İnsanları qiyamətdə danışdıracağına.
"And olsun Allahına onların dünyada etdikləri əməllər qarşısında, qiyamətdə sorğu-suala çəkəcəyik” (Hicr, ayə 92-93)
7) Ruzi verəcəyinə.
"Göydə də sizin ruziniz var. And olsun yerin göyün rəbbinə sizin danışığınızda təəccüblü bir şey olmadığı kimi, sizin ruzilərinizin verilməsində təəccüblu bir şey yoxdur ” (Bu Allaha çox asan bir işdir) (Zariyat, ayə 22-23)
|