Allahın adı ilə
Ağıl sahiblərinə gizli deyil ki, məxluqaların hərəkətinin əsasını hərəkətin ehtiyaclı olduğu mühərriki (hərəkətvericini), hərəkətin başlanğıcını və məxluqaların hər an üz tutub irəlilədiyi hədəfi tanımaq təşkil edir.
Alimlə cahil arasındakı fərq hadisələrin əlacını tanımaq və tanımamaqdan ibarətdir. Onların başlanğıcdakı elmi dərəcələrinin fərqindən asılı olaraq sondakı məqamları arasında da fərq olur. Odur ki, hərəkətvericini tanıyıb hərəkət edənlərin nizamlı hərəkətindən Onun gözəl tədbirli və hikməti olduğunu bilsək, bütün diqqətimiz Onun təkvini və təşrii istəyinə yönələr. Xoş tanıyanların halına, hətta ən üstün şəhid olsa belə! Vay tanımayanların halına, hətta dövrün fironu olsa belə! Bu hərəkətlərin sonunda cahil deyəcək: "Kaş yaranmazdım!” Alim isə deyəcək: "Kaş yetmiş dəfə məqsədə doğru hərəkət edəydim, yenə qayıdıb hərəkət edəydim, Haqq üçün şəhid olaydım!” Məbada, öz həyatımızdan peşiman olaq, qayıdaq! Açıq deyirəm: Hər şəxs ömrünün yarısını həqiqi nemət sahibini yad etməklə, digər yarısını qəflətdə keçiribsə, ömrünün yarısı həyat, digər yarısı ölüm sayılır. Ölümdən fərqli olaraq üstəlik özünə ziyan vurub və qazancsız qalıb. Allahı tanıyan Ona itaət edər, işi-gücü Onunla olar. Onun razığılına uyğun bildiyinə əməl edir və bilmədiklərində məlum oluncayadək dayanıb ehtiyat edər. Hər an soruşub öyrənər və əməl edər, ya da ehtiyat edər. Əməl etməsi dəlil olduğuna görə, ehtiyat etməsi isə dəlil olmadığına görədir. Allaha itaətlə "silahlanmadan” karvanımızı bu keçiddən keçirib təhlükəsiz şəkildə məqsədə çatdıra bilərikmi? Vücudumuz Xalqidən olduğu halda qüvvəmizin digərindən olması mümkündürmü?! Deməli, tükənməz faydalı qüvvət yalnız ilahi şəxsiyyətlər üçündür, zəiflik isə yalnız başqaları üçündür. Elə isə, əgər bu mərhələdə yəqinə çatsaq, bu sifətləri və halları gerçəkləşdirmək üçün bilməliyik ki, əvvəldən sonadək həyata keçən bu hərəkət puç məqsədlərə doğru sövq edən amillərlə müxalifət deməkdir. Bu amillərdən çəkinmək Allahın razılığına qovuşmaq səadəti üçün kifayətdir.
Sənə tərəf gələnin ən yaxşı azuqəsi əzm və iradədir.
|