İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Avqust » 19 » Ayətullah Cavad Amuli: “Həddi-büluğ – mükəlləfiyyət deyil, şərafətdir”
11:33 AM
Ayətullah Cavad Amuli: “Həddi-büluğ – mükəlləfiyyət deyil, şərafətdir”
Ayətullah Cavad Amuli demişdir: "Əgər dini göstərişlərə inanırıqsa, təsirləri də özləri ilə bir yerdə olar. Bizə deyiblər ki, Mübarək "Həmd” surəsini əgər yeddi dəfə tilavət edəriksə, xəstəliyin şəfası üçün çox yaxşıdır. Ya filan surəni oxumaq - filan dərdin dərmanıdır. Bütün bunlar bizim hədislərimizdə vardır. Bəziləri buna inandılar və nəticə də aldılar. Mərhum Seyid ibni Tavus, Bəhrul-Ulum, İbni Fəhəd Hilli kimi insanlar olmuşdur ki, bu cür surələri oxumuş və təsirlərinə inanmış və nəticə də almışdılar. İbni Tavus dini gəstərişlərə inanırdı, ibadətdən ləzzət alırdı. Həddi-büluğa çatmağı bayram etmək də onun tərəfindən irəli sürülmüşdür. Seyid ibni Tavus həddi-buluğa çatmağı bayram etməyi yenilik kimi qəbul edirdi. Bu yenilik o idi ki, 15 yaşın olub, on altı yaşına keçəndə demişdir ki, gərək şükür edən olam ki, dünən bu İlahi məhzərə layiq deyildim ki, Allah mənimlə danışsın. Mən də "Ya əyyuhəl-ləzinə amənu”nun bir hissəsi olmuşam. Məndən nəyisə istəsin, əmr etsin və mən də əməl edim. Ancaq bu gün həddi-buluğumun ilk günüdür, yəni on altı yaşına keçmişəm. İndi layiq olmuşam ki, Allah mənə əmr etsin və buyursun ki, filan işi gör və mən də deyəm ki, "baş üstə”. Çünki ölməmişəm və elə bir yaşa çatmışam ki, Sübhan Allah mənə əmr edir. Mənimlə danışır və bu gün mənim bayram günümdür”. Ona görə də həmin günü bayram etdi və bəzilərini dəvət etdi və şirniyyat payladı. İnsanlar soruşdular ki, nəyi bayram edirsən? Cavab verir ki, şərəf bayramıdır, həddi-büluğa çatmaq bayramı deyildir. Mən mükəlləf deyil, şərəflənmişəm. O zaman ki, deyirik, filahkəs mükəlləf olubdur, bunu əziyyət kimi qəbul edirlər. Ancaq mən deyirəm ki, şərəfləndirilmişəm və bu şərafətdir”. (Həvzəh)

O, davam edir: ""Həmd” surəsini oxumağın bir neçə mərhələsi vardır. Əgər kimsə istəsə xəstəliyi şəfa tapsın və ya özünü müalicə etmək istəsə, həkimlər arasında kimə müraciət etməyinə tərəf fikri hidayət olar. Hansı həkimin yanına getməsinə hidayət olunması bu duanın bərəkətindəndir. İndi ki, bu həkimin yanına getdi, həkimin yanında da çoxlu xəstə var və başı qarışmışdır. Onun xəstəliklər arasında hansı xəstəliyi müəyyən edəcəyi bu duanın bərəkətindəndir. Həkimin yanına getməsi və başqa səhvlərdən uzaq olması bu "Həmd”in bərəkətindəndir. Üçüncü mərhələ odur ki, həkim onun xəstəliyini müəyyən edəndən sonra dərmanlar arasında hansı dərman daha şəfa verəndir. Bu zaman həmin "Həmd” və ya "Həmd” surəsinin yeddi dəfə oxunması həkimin fikrini hidayət edər ki, dərmanlar içində hansısı daha şəfa verəndir. İndi həmin xəstə resepti alıb, hansı aptekə getməlidir ki, dərmanların vaxtı keçmiş olmasın və təsirləri getməsin. Bu zaman fikri hidayət olar ki, hansı aptekə getməlidir. Bütün bunlar "Həmd”in bərəkətindəndir. Müraciət edən zaman aptek işçisi səhv etməsin və resepti səhv salmamağı "Həmd”in bərəkətindəndir. Bəli, bu yeddi "Həmd” surəsini söyləmək - fikri hidayət edər və insana təsir edər. "Qurandan şəfa alın” sözünün mənası təkcə bu deyildir ki, xəstə bu surəni oxuyan kimi şəfa tapmalıdır. Ən azı bu söylədiklərimiz "Həmd”in bərəkəti ilə həyata keçər”.

"Bəzi hallarda deyirlər ki, səhv olmuşdur, bağışlayın. Ancaq bu cür səhvlərin qarşısını ancaq dua ala bilər. Biz əgər dua ilə bir çox problemləri həll edə bilsək, çox şeyə nicat vermiş olarıq. İbni Tavus bu sözlərə inanmışdır. Bu hədisi hamımız nəql edirik, ancaq o, inanmışdır. O, inanırdı ki, Peyğəmbərin (s), Məsum İmamların (ə) buyurduğu kimi "ağzınızı pak edin”. Mənası o demək deyildir ki, dişinizi fırçalayın. Buyurmuşdur ki, ağzınızı pak edin ki, nə pak olmayan yemək yeyin, nə də pis söz deyin. Quran oxuyan bu ağzı pak saxlayın. İbni Tavus da buna inanmışdı və nə pis söz deyirdi, nə də şübhəli yemək yeyirdi, nə də kimisə incidirdi. Nə yolunu azırdı, nə də başqasının yolunu bağlayırdı. Bulağın suyu bərəkətli sudur. Yüz illər boyu axar və şəffaf olar. Gildən keçər, ancaq şəffaf olar. Allah buyurur ki, "Mən iki iş görərəm. Biri daxildə və biri də xaricdə”. Xaric üçün buyurmuşdur ki, "bayıra çıxılmasına qadağan qoyulanları torpağın altında tədqiq edirəm”. Buyurmuşdur ki, o şeylər ki, yuxarıdan yağış ilə aşağı düşərlər, suyu gilin içindən keçirərək, təmizləyirəm və xaricə çıxan zaman icazə vermərəm ki, torpağa qarışmış olsun və şəffaf qaynayar. Bu, xaric üçündür. Daxil üçün isə buyurmuşdur ki, heyvanların südü göründüyü kimi şəffaf deyildir. Bir tərəfi çirkinlik olar və bir tərəfi də qan. Bu iki çirkinlik arasından şəffaf süd axar. Bəli, deməli bütün bu işlər Allahın əlindən gələr. Bəli, bu şəffaf süd ilə bu şəffaf su əgər çirkli bir kanaldan keçərsə çirklənər. Quranın özü də şəffafdır və ona görə də pak ağızdan söylənməlidir. Bu zaman "Həmd”in təsiri olar. Bunlar ibni Tavusun sözləridir. O, inanmışdı ki, mələklər bizimlədir və bu, ona bənzəyər ki, bizim möhtərəm qonağımız olsun və ona qarşı ədəbli olaq. Həzrət Rəsul (s) buyurmuşdur: "Özünüzü istiğfar ilə ətirləndirin”. Çalışın ki, günahın pis iyi sizi rüsvay etməsin, çünki bir insan ki, süqut edər, o, rüsvay olar. Bu hədisi çoxlarımız oxumuşdur, eşitmişdir. Ancaq ibni Tavus bu sözlərə inandı. İnandı ki, bəzi mələklər vardır ki, onunla bir yerdədirlər. Bu sözlərə inananların və ciddi qəbul edənlərin sayı azdır. Quran açıqca buyurur ki, bəziləri sizinlədirlər. Sizin işlərinizi tədqiq edərlər. Bəli, biz əgər bilsək ki, neçə nəfər bizimlədir və bizə nəzarət edirlər, o zaman nə yolumuzu azarıq, nə də kiminsə yolunu bağlayarıq. Bəli, bu insanlar həmin "Həmd”dən, həmin iki rükətli və dörd rükətli namazdan o qədər ləzzət alırdılar ki, bizlərdən heç birimiz yemək yeyəndə və ya geyinəndə bu qədər ləzzət almırıq”.



/Deyerler.org/

Category: Salam | Views: 767 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024