İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 4
Qonaq: 4
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Yanvar » 10 » Ayətullahul-üzma Şeyx Muhəmməd Təqi Behcət
8:21 PM
Ayətullahul-üzma Şeyx Muhəmməd Təqi Behcət



Ayətullahul-üzma Şeyx Muhəmməd Təqi Behcət 1913-cü ildə İranın Gilan vila-yətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Mahmud Behcət bu şəhərin tanınmış şəxslərindən olub.


Ayətullah Behcət ibtidai təhsilini doğma şəhərində başa vurduqdan sonra dini elmləri öyrənməyə başlayır. 1927-ci ildə ibtidai dini təhsilini tamamlayıb Qum şəhərinə yollanır, bir müddət sonra isə İraqın Kərbəla şəhərinə gedir. 4 il bu şəhərdə qalmaqla o, həm dini təhsil alır, həm də nəfsinin islahı üçün irfan və əxlaq elmləri ilə məşğul olur. Eyni zamanda böyük ustad Şeyx Əbül-Qasim Xoyinin dərslərindən də səmərəli istifadə edir.


Şeyx Behcət 1931-ci ildə dini elmlərə daha dərindən yiyələnmək üçün Nəcəf şəhərinə gəlir. Burada ali dini təhsilin son mərhələlərini Nəcəfin yüksək dərəcəli alimlərindən kəsb edərək başa vurur. Onların sırasında Şeyx Mürtəza Taliqani kimi şəxslərin adı qeyd olunur. Ayətullah Behcət Hacı Ziya Əraqi və Mirzə Naininin dərslərini bitirdikdən sonra Şeyx Muhəmməd Qərəvi İsfəhaninin çox yüksək səthdə hövzə dərslərinə qatılır. Ali fiqh və üsul nəzərlərini beləcə daha da təkmilləşdirir.


1943-cü ildə Ayətullah Behcət qəlbi elm və mərifət nuru ilə cilalanmış bir halda vətənə dönür. Ayətullah Quçani deyir: Ayətullah Behcət Nəcəfdə olduğu müddətdə çəkdiyi ibadət və riyazət nəticəsində Allah tərəfindən ona 21 xüsusi kəramət bəxş etmişdir. O, bu barədə mənə danışanda bu haqda kimsəyə bir söz deməməyimi istədi.


Bir gün İmam Rzanın (ə) hərəmində Ayətullah Behcətlə görüşüb ondan soruş-dum: -Allah tərəfindən verilən həmin 21 kəramət hələ də sizin ixtiyarınızdadırmı? Dedi: -Bəli. Həmin 21 kəramətdən biri də budur ki, istədiyim vaxt geri dönmədən nə baş verdiyini görə bilərəm.


Ayətullah Behcət İrana qayıtdıqdan sonra ailə həyatı qurur. Bir neçə ay Fuməndə yaşadıqdan sonra Nəcəfdəki elmi hövzəyə qayıtmaq qərarına gəlir. Yolüstü Həzrət Məsumənin (ə) Qum şəhərindəki hərəmini ziyarət etmək və Qum elmi hövzəsi ilə yaxından tanış olmaq niyyəti ilə bu şəhərə yollanır. Elə bu vaxtlar bir neçə ay əvvəl Quma hicrət edən Ayətullahul-üzma Burucerdi şəhərin dini-elmi hövzəsində fiqh və üsul dərslərinin xaric bölməsini və yüksək məarif dərslərini tədris edirdi. Nəcəf elmi hövzəsində böyük ustadların bir neçəsinin ölüm xəbərini eşidən Ayətullah Behcət müqəddəs Qum şəhərində qalmağı qərara alır.


Bu şəhərdə Ayətullahul-üzma Hüssət Kuhkəmərinin dərslərindən və Ayətullah Bürucerdinin üsul və fiqh dərslərindən istifadə edən Ayətullah Behcət elə ilk günlərdən dillər əzbəri olur. Ayətullah Behcət 50 ildən artıq fiqh və üsul dərslərinin xaric bölməsini tədris edib. Şöhrət və adsandan uzaq olmaq üçün həmişə öz evində dərs deyərdi. Hal-hazırda uzun illər onun dərslərindən feyz almış alimlərin çoxu böyük ictihad məqamına çatmışlar.


Ayətullah Behcət üsul dərslərini tədrisində əksər alimlərdən fərqli olaraq başqalarının nəzəriyyələrini söyləməkdən daha çox məsələ üzərində öz tədqiq və təhlillərini bəyan edirdi. O, əvvəl qısa məzmunda digər alimlərin nəzərini söyləyəndən sonra öz nəzərini açıqlayıb təhlilə keçirdi. Buna görə də ibtidai hövzə tələbələri üçün onun xaric dərsləri olduqca ağır gəlir. Amma onun fiqh dərsi Quran ayələri və rəvayətlərə istinad edildiyinə görə asan sayılır.


Böyük ustadlardan biri belə nəql edir: 50 il bundan əvvəl Ayətullah Behcətin Qum şəhərində xaric dərsi tədris etdiyini eşidəndə çox sevindik. Rəhmətlik Qərəvi Kompanini çox çətin və dəqiq nəzəriyyəlirinin şərhini onun şagirdinin dilindən eşitməyə böyük ehtiyac var idi.


Ayətullah Behcət elmi və mənəvi cə-hətdən üstün olan böyük üstadlardan dərs almışdır. Bütün bunların onun hərtərəfli formalaşmasında əvəzsiz təsiri olmuşdur. Mənəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük nemətlərdən sayılırdı. Misbah Yəzdi onun barəsində deyir: Allah on xas olan xüsusiyyət və zati istedad vermişdi. O, fövqəladə iti zehnə malik bir insan idi. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşırdı.


Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi çoxlarına təəccüblü gəlir. Ayətullah Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşirdi. Onuda qeyd edək ki, məni ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur.


Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda tövsiyələr edir və deyirdi: Elmi-mənəvi məsələlərə etiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və İslam cəmiyyətini azğınlığa sürükləyər.


Bu böyük arif və Müctəhid bir neçə il öncə dünyadan köçərək İlahinin görüşünə yollandı...qəbri Qumda Xanım Məsumənin (ə) hərəmindədir.


"Behcət” kitabından

Views: 1302 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024