Fitr və qurban bayramı namazı
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər.
Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr və qurban bayramı namazlarının qaydası
Fitr və qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən
sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra
növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə
dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra
rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.
Fitr və qurban bayramı namazları
iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli
və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir
deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir
və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə
yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma
savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai
vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti
əs`əlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu
ələyhi və alihi zuxrən və şərəfən və kəramətən
və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli
xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin
əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə
inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və
əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".
|