Burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həkimə Həzrəti
xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu
tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn
Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar
yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci
illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov
da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından
Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum
şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım
isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım (ə) zəmanəsinin
imamı olsa da çox kasıb olub. Hətta onun evində bir ədəd köhnə, yamaqlı
çarşab olduğu üçün namaz vaxtı qızlar növbə gözləmək məcburiyyətində
qalıblar. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt
ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib.Bu
məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz
"Bibiheybət" adlanır. Düşmənlərinə xəbər çatmasın deyə, Hacı Bədir
Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona "bibi" deyə müraciət
edir. Hacı Bədir "Hacı" sözünün 1-ci hərfi "hey" və "bədir" sözünün
1-ci hərfi "bə" adından istifadə edərək Həzrəti Həkimə xanıma
"Bibiheybət", yəni "Heybətin bibisi" deyə müraciət edir. O, imamın
nəvələrini və Həzrəti Həkimə xanımı bütün qalmaqal, dedi-qodu, təqib və
zülmlərdən qorumağı bacarır. Hacı bədir öz arzusuyla xanımın məzarının
ayaq tərəfində və hündürlük baxımından aşağı səviyyədə dəfn edilib. Bu,
onun Həzrəti Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir. İmamzadələrin adları nə qədər gizli saxlanılsa da, sonradan bu sirr
Bakı əhalisinə, Şirvan şahına aşkar olur. Həzrəti Həkimə xanımı tanıyan
yaxın çevrəsi bütün olaraq onun ziyarətinə gəlir, biliyindən,
mənəviyyatından bəhrələnirdilər. Həzrəti Həkimə xanımın türbəsini Quba
xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində
dünyasını dəyişən Fətəli xan elə bu məzarlıqda öz arzusuyla torpağa
tapşırılıb. XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan
Xurşudbanu Natəvan da övladı olmadığı üçün ziyarətgaha gəlib və
Allahdan övlad diləyib. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkəcəyini
əhd edib. Oğlu dünyaya gələndən sonra öz əhdini yerinə yetirən
Xurşudbanu Natəvan övladını qolları üstünə alıb çəkdirdiyi yolla
ziyarətgaha gəlib. Bu xidmətilə "Xan qızı" Azərbaycanın Yaxın Şərq və
qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırıb.
1934-cü ildə bu ziyarətgah dinamitlə partladılıb. Məscid və minarə
yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin müstəqillikdən sonra
Bibiheybət məscidi yenidən bərpa olunub. Məscidin bərpasına 1998-ci
ildən başlanılıb. 2008-ci ilin iyulun 12-də yenidən qurulmuş Bibiheybət
məscidinin açılışı oldu. Klassik şərq üslubunda tikilən əzəmətli
Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdi.
Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk
olunub. Məscidin hündürlüyü 5 m-dir və bu ibadətgahda 3000 nəfər eyni
vaxtda namaz qıla bilər. Həmin uşaqların da məzarı Həzrəti Həkimə
xanımın məzarı ilə yanaşıdır. Bəzi rəvayətlərə görə, VII İmam
Museyi-Kazımın (ə) oğlu İmam Rza (ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin
oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirilir. Bu
hadisədən sonra, İmamın övladları müqəddəs Mədinə şəhərinə buraxılmır.
Bu hadisədən sonra İmamın 3 nəvəsi ilə birgə Həzrəti Həkimə xanım
İranın Ənzəli şəhərinə yollanır. Burada Baba Sucəd adlı mömin bir
şəxsin vasitəsilə Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar üçün
təhlükəsiz hesab edir və xanımı Hacı Bədir Heybət adlı varlı bir
dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq bir insan olduğundan, bütün
ömrü boyu Həzrəti Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə xanımın
vəfatından sonra bu yer pir kimi şöhrət qazanır.
|