 Keçmiş diktatoru Zeynalabidin Bin Əli onun iştirakı olmadan keçiriləcək məhkəmədən öncə ona qarşı bütün ittihamları rədd edib.(VOA) Bin Əlinin vəkili Əkrəm Azuri bildirib ki, keçmiş diktator Tunisin qarmaqarışıqlıq dövründən çıxacağına ümid bəsləyir. Bin Əli kütləvi nümayişlər nəticəsində onun 23 illik hakimiyyətinə son qoyulduqdan sonra yanvar ayında Səudiyyə Ərəbistanına getmişdir. Tunis rəsmiləri keçmiş prezidentə qarşı qətl və narkotiklərin qanunsuz dövriyyəsi daxil olmaqla bir sıra ittihamları irəli sürməyə hazırlaşır. Rəsmilər Bin Əlinin hərbi və mülki məhkəmədə mühakimə ediləcəyini bildirir. Səudiyyə rəsmiləri Tunusin, keçmiş prezident və onun həyat yoldaşı Leyla Trabelsinin ekstradisiyası haqda müraciətinə hələ cavab verməyib. deyerler.org
|