Bu gün Əhli-beyt davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) mövlud günüdür. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rıza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür. İmam (ə) hicri 220-ci ildə xəlifə Mötəsimin əmri ilə zəhərlənərək, 25 yaşında şəhid edilib.
İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra üç keçəndən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblnərək, qardaşımın yanına gəldimvə əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan».
/Deyerler.org/
|