İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » May » 19 » Cəmiyyət və biz
3:41 PM
Cəmiyyət və biz

- Cəmiyyət deyəndə nəyi nəzərdə tuturuq?

- Ümumiyyətlə insan bir ictimai varlıqdır. Bununla yanaşı o bir fərdir, individdir. Və elə individ olaraq
da o, bir cəmiyyətin üzvürür. İnsan dünyaya cəmiyyət üzvü kimi gəlir. Bu xüsusiyyət onun daxilinə Allah tərəfindən qoyulmuşdur. Ən azından o kiçik cəmiyyətin, ailənin üzvüdür. O övladdır, atası və anası vardır. Bu kiçik cəmiyətdən başlayaraq fərdlərdən ibarət bir toplum kimi böyüdükcə üzv olduğu cəmiyyətinin də əhatə dairəsi genişlənir, cəmiyyəti böyüyür. Dostlar, qohumlar, iş yoldaşları və sair, onu əhatə edən insanlar. Cəmiyyəti hansısa bir coğrafi hüdudlar səviyyəsidə götürürüksə cəmiyyət coğrafi hüdudlar daxilində yaşıyan fərdlər toplumudur.

Məsələn, müəyyən bir şəhər cəmiyyəti, yaxud bir ölkə cəmiyyəti kimi. Ümumiyyətlə bu gün dünyada qloballıaşmanı nəzərə alsaq biz burada dini, irqi, fərqli mədəniyyətlərdən ibarət toplumlar və bunun fonunda bütün bəşər cəmiyyətini götürə bilərik. Eyni halda da biz təkcə coğrafi deyil mənəvi, fikri, ideoloji mənada da cəmiyyətlər götürə bilərik. Ola bilsin coğrafi mövqe insanları ayırsa da, fikri tarazlıqla onlar bir cəmiyyətin üzvü ola bilərik. Məsələn, ideoloji cərəyanlar kimi. Bu mənada, hətta bəzən virtual xarakter daşısa belə, bu bir cəmiyyətdir.

Bu gün cəmiyyətə tərif vermək əvəzinə onda olan xüsusiyyətləri açıqlamaq lazımdır. Konkret olaraq Azərbaycan cəmiyyəti dedikdə Azərbaycanda yaşayan insanlar, bir-biri ilə qarşılıqlı ictimai münasibətdə olan insanların toplumu nəzərdə tutulur. Cinsindən, yaşından, sosial mənşəyindən, dini-ideoloji baxışlarından, siyasi mövqeyindən asılı olmayaraq. Yəni biz bu topluma daxil olduğumuz andan bu bizim cəmiyyət sayılır. Bütün öz müsbət və mənfi keyfiyyətləri ilə birlikdə.

- Cəmiyyətin inkişafı hansı müstəvi üzərində qurulur?

- Cəmiyyətin inkişafı üçün ən optimal xətt mənə belə gəlir ki, tərəqqi olmalıdır. Bu ilk növbədə cəmiyyətin mənəvi tərəqqisi ilə başlayır. Cəmiyyətdə tərəqqiyə nail olmaq üçün isə iki təməl yerinə oturmalıdır. Onlardan biri mənəviyyat, digəri isə intellektdir. Bunlardan biri bu toplumun mənəvi gözəlliyi, paklığı, təqvasıdırsa, digəri də texnoloji, mədəni, elmi inkişafını özündə ehtiva edir. Bu iki dayaq möhkəm olduqda toplum düzgün inkişaf edə bilər. Bilməliyik ki, hər bir inkişaf həmişə tərəqqiyə gətirib çıxarmır. Xəstəlik də inkişaf edə bilər. Xəstəliyin inkişafı tənəzzülə doğru gedən yoldur.

Ancaq cəmiyyət qeyd etdiyimiz o iki təməl prinsipinə əsaslandığı halda məhz tərəqqiyə doğru düzgün inkişaf edə bilər. Mənəviyyatsız tərəqqi bir çox hallarda tənəzzülzə səbəb olur. Faşist Almaniyasını misal çəkə bilərik. Yaxud, belə bir misal. Müasir elmdə ən böyük inkişaf etmiş sahələrdən biri atom texnoligiyasıdır. O mənəviyyatsız qurulanda nə olur? Atom bombası olub insanların canını alır. Amma mənəviyyatlı olanda enerji mənbəyinə çevrilir. O cəmiyyətdə ki, o iki təməl prinsip var, məhz həmin cəmiyyət tərəqqi istiqamətində inkişaf edə bilir. Cəmiyyətin tərəqqisi də fərdlərin bu məsələyə münasibətindən asılıdır. Niyə? Bu gün cəmiyyət özü-özlüyündə mücərrəd bir varlıqdır. Bu konkretləşəndə fərdlərdən ibarət bir toplum olur.


Bu cəmiyyətin də fərdləri yaxşı olarsa, cəmiyyət yaxşı olar. Əksi də belədir. Deməli, bizim cəmiyyətlə işimiz toplumu təşkil edən fərdlərdən başlayır. Ona görə də cəmiyyətin, dövlətin, vətənin qiymətini bilmək üçün pafos, şüar, hansısa gözəl ifadələr, sözlər yox, o toplumu, vətəni dövləti təşkil edən ayrı-ayrı fərdlərin qiymətini bilmək lazımdır. Əgər həmən o fərdlər qeyd etdiyimiz istiqamətdə inkişaf edəcəksə, o cəmiyyət də o tərəqqi üzərində inkişaf edəcək.


- Bu gün Azərbaycanımız tərəqqi və intellekt baxımından inkişaf edirmi? Əgər edirsə bu inkişaf göstəricisi necədir?


- Ümumiyyətlə dünyada problemsiz cəmiyyət təsəvvür etmək mümkün deyildir. Dünyada insan varsa, mütləq problem də var. Təhlükəlisi də bu deyil, təhlükəli olan bu problemlərin düzgün həll olunması yollarıdır. Problem təhlükə deyil, problemin həll olmaması təhlükədir. Bütün cəmiyyətlər kimi, biz bu gün Azərbaycan cəmiyyətində də problemlər görürük və bu da təbiidir. Bizim vəzifəmiz və öhdəliyimiz budur ki, problemlərin həlli istiqamətində iş görək.


Çünkü bu problemlər fərdlərin fəaliyyətinə bağlı olduğu üçün özü-özünə həll olan deyil. Bu gün danışdığımız o iki fundamental əsasların təməlləri Azarbaycanda yeni-yeni qurulur. Azərbaycan bu gün müstəqil bir dövlətdir. Lakin onun 70 il Sovetlərin işğalı altında mənəvi dəyərləri təcavüzə məruz qalıb. İntellektual inkişaf müəyyən qədər olsa da, mənəviyyatın inkişafı istiqamətində olmayıb. Bu inkişaf da elə Sovetlər dövlətinin maraqlarına xidmət edib.


Amma artıq müstəqilliyimizi qazandıqdan sonra bizim üçün bir fürsət yaranıb ki, müstəqilliyimizi düzgün dəyərləndirək. Ondan cəmiyyətimizin, insanlarımızın tərəqqisi üçün faydalanaq. Dövlətimizin qeyd etdiyimiz tərəqqi istiqamətində inkişafına nail olaq. Burada yenə də biz hər bir vətəndaşın ayrı-ayrı xüsusiyyətlərini nəzərə almalıyıq. Hər növ azadlıqlarına, mənəvi dəyərlərinə, etiqad azadlığına, fikir və söz azadlığına ehtiramla yanaşmalıyıq. Onun şəxsiyyətini ifadə etmək üçün ona şərait yaratmalıyıq.


Bu günkü gerçəklik bunu deməyə əsas verir ki, cəmiyyətimizin böyük problemləri vardır. Problemlərin səbəbləri də qeyd etdiyimiz kimi həm mənəviyyat, həm də intellektual sahədə olan problemlərdir. Buna görədir ki, hələ də bizim Qarabağ problemimiz həll olmur. Ona görədir ki, bizim təhsildə böyük problemlər qalmaqdadır, ona görədir ki, ən adi xəstəlikdən insanlar dünyasını dəyişirlər, müalicə üçün bəzən şərait, bəzən isə maddi imkan olmur. Buna görədir ki, bizdə insanlar hələ də səmimi ruh dili ilə deyil, sözlə danışırlar. Və bu söz özündə mənəvi gözəllikləri deyil, maddi anlayışları əks etdirir. O cəmiyyətdə ki, doğrudan da bu cür problemlər var, o problemləri ilk olaraq görmək və onun çıxış yollarını tapmaq lazımdır. Və problemlərin də çıxış yollarını aradıqda hamısını yalnız dövlətin boynuna qoymaq düzgün deyil.


Dünyanın heç bir yerində belə bir dövlət yoxdur ki, bütün problemləri tək başına həll edə bilsin. Bunun üçün vətəndaş təşəbbüskarlığı, ictimai təşkilatlar, qeyti-hökumət təşkilatları öz məramlarına uyğun yaradılaraq problemin həlli istiqamətində çalışırlar. Bunun üçün insanlar vətəndaş mövqeyini oraya qoymalıdırlar, cəmiyyətin inkişafında fərdlər dövlətlə əl-ələ verib ictimai fəal olub mövcud problemlərin çözülməsində çalışmalıdır. Bu bizim cəmiyyətdir və bunu islah etmək bizim vətəndaş, insani borcumuzdur.


- Mənəvi dəyərlər daha çox əqidəvi xüsusiyyətlərə əsaslandığından bu günün inanclı kütləsini də müasir cəmiyyətimizlə tarazılığını araşdırmaq istərdim. Nə qədər bu günün inanclı, mənəvi ruhlu gənclər cəmiyyətin inkişafında fəaldırlar? İnanclı kütlənin rassional və əqidəvi ruhunu cəmiyyətin inkişafında seyr etmək olurmu?


- Bu çox aktual bir məsələdir. Mənəviyyatdan söz düşmüşkən din mənəviyyatın ruhunu təşkil etdiyini söyləməliyik. Necə ki, təbiət qanunlarını qoyan Allahdır, mənəviyyat qanunlarını da qoyan Allahdır. O, mənəviyyat qanunları insanlara məhz vəhy, din ilə açıqlayır. Mənəvi qanunlarını əslində biz dindən öyrənirik. Mənəvi dəyərlərimizi bizə din təqdim edir. Nə qədər insan din adamı olursa, necə deyərlər, Allah Adamı olursa o qədər də mənəviyyatlı insan olur. Din mənəviyyatımızın əsas ruhunu və preoritet istiqamətini təşkil edir. Bu baxımdan mənəvi problemlərin çözülməsində dindarların boynuna böyük məsuliyyət düşür. Amma bunu qeyd etməliyik ki, bu günkü cəmiyyətimizdə də, dindarlarımızda da bu baxımdan problemlər var.


Dindarlığın ümumilikdə özünün belə bu günkü reallıqda vəziyyəti o qədər də ürəkaçan deyil. Ola bilsin ki, buna uzun zaman sovet rejiminin apardığı siyasət öz təsirini buraxıb. Din maarifçiliyi qadağan edildi, din sahəsində elmi məlumatsızlıq dövrü yaşandı. Dini mühit acınacaqlı vəziyyətə düşdü. Sovetlər dağıldı. Amma acısı odur ki, bu hal müəyyən mənada bu gün də davam edir. Cəmiyyətimizin çox az bir hissəsi dinimiz haqqında lazımi biliyə malikdir. Dinimizi məktəblərimizdə, universitetlərimizdə tədris etmirlər, KIV-lərdə din maarifçiliyinə çox az yer verilir və s.


Bu gün müstəqil olan dövlətimizdə dini biliklər almaq istəyən bir fərd bəzən təsadüfi adamların əlinə düşərək din adı altında yanlış ideologiyaların qurbanına çevrilir. Bu da gəlib elə bir vəziyyətə çıxarır ki, din cəmiyyətin islahına xidmət etməli olduğu, insanların qəlbində İlahi nur yandırmalı, ikişafa təkan verməli, cəmiyyətdə birləşdirici rola malik omalı bir halda, bəzən din adı altında çaxnaşmalar, bir-birinə qaşı kin-küdurət, dözümsüzlük, insanları aşağılama, vətəndaşlarımızı din adı altında kafir adlandırma kimi xoşagəlməz halların şahidi oluruq.


Digər tərəfdən isə dindən və mənəviyyatdan uzaq həyat tərzi, əxlaqi rəzalətlər, cinayətlər və s. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, cəmiyyətimiz müəyyən mənada mənəvi böhran yaşayır. Bu böhran isə bizim ümumi tərəqqimizə maneədir. Bunu bilməliyik ki, tərəqqi təkcə texnoloji inkişaf deyil. Tərəqqi eyni halda mənəvi inkişafdan asılıdır. Sevindirici haldır ki, bu sahədə nailiyyətlərimiz də var və artıq bu proses gedir. Xüsusilə gənc nəsil arasında mənəvi dəyərlərimizə böyük maraq və təmayül müşahidə olunmaqdadır. İnşaallah, getdikcə cəmiyyətimizdə mənəvi keyfiyyətlərin inkişafı baxımından bu öz müsbət təsirini göstərəcək.


- Bu gün mövcud vəziyyət sizə sabahı necə görüb dəyərləndirmək imkanı verir? Bu günün gerçəkliyi sabahımızda bizə nəyi vəd edir?


- Biz bu vəziyyətə bir inanclı insan, eyni halda vəhyə əsaslanan insan kimi Qurana müraciət edərək hər bir halda optimist olmalıyıq. Əlbəttə, biz ümidliyik. Quranda buyurulur ki, Allahdan yalnız kafirlər naümid olarlar. Biz inanclı insanlar kimi gələcəyimizə daim ümidli baxmalıyıq. Gecənin qaranlıq anı bilavasitə dan yerinin sökülməsindən əvvəlki vaxtıdır.

Amma dan yeri sökülür. Bir an içində hər şey dəyişir və hər tərəf nura qərq olur. Ən çətin vəziyyətdə biz ümidli olmalıyıq. Hər birimiz öz üzərimizdə böyük bir məsuliyyət hiss etməliyik. Hadisələrə emosianal, çılğınlıq reaksiyamızla deyil, intellektual təfəkkürümüzlə yanaşmalıyıq. Cəmiyyət olaraq mövcud problemlərimizin həllində əl-ələ verib, yardımlaşmalıyıq. Və əlbəttə, bu istiqamətdə çalışıb cəmiyyətimizi mənəvi saflığa, düzgünlüyə, yaxşı vətəndaş olmağa dəvət etməliyik.

Views: 981 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024