İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 7
Qonaq: 7
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Noyabr » 2 » Cümə Söhbəti-Həsrət günü
8:21 AM
Cümə Söhbəti-Həsrət günü
«Məşhədi Dadaş» məscidinin imamcüməsi Hacı Şahin Həsənovun Cümə söhbəti.

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»
(Cümə surəsi, ayə 9)


Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

Qurani-Kərimdə Qiyamət barəsində bir çox ayələr vardır. Qiyamətin təkcə adı yetmiş dəfə müqəddəs kitabımızda zikr olunub. Qiyamət bir hadisədir, Amma Allah onu yetmiş adla qeyd edib. Ziyan günü, din günü, qardaşın qardaşdan qaçacağı gün, həsrət günü. Bu adların hər birinin mənası var. Bu adların hər biri qiyamətin bir xüsusiyyətini ifadə edir. İstəyirik bu gün Qiyamətin bir adından, Quranda həsrət günü kimi qeyd olunan bir adından qısa da olsa söhbət açaq. Həsrət nədir? Həsrət ərəblər pərdənin çəkilməsinə deyərlər. Qiyamət günündə hər şeyin üzərindən pərdə götürüləcək.

İnsan həm savabları, həm də günahları görəcək. Bunları gördükcə insan heyifsilənməyə başlayacaq. Savabı gördükcə həsrətlə kaş filan əməldən çox edəydim deyəcək. Burada nə qədər moizə edirsən, əksəriyyətini başa düşmür. Orada bu əməllərin nə qədər qiymətli olduğunu anlayacaq. Bunu görəndə peşiman olacaq, heyifsilənəcək ki, kaş filan əməli edəydim və ya o əməldən bir az çox edəydim. Burada nə qədər danışılırsa əksər danışanların belə öz sözlərinə əməl etməməsinin şahidi oluruq. Orada pərdələr qaldırıldığı zaman həm müsbət, həm mənfi əməl olduğu şəkildə zahir olur. Günahkar məzlumcasına fəryad edərək kaş bu günahı etməzdim deyəcək. Bu vəziyyət var ki, kim isə kaş edərdim, kimsə kaş etməzdim deyəcək, bu vəziyyətə həsrət halı deyirlər. İnsan bəzən bir işi görür, peşiman olur, vicdan əzabı çəkir, özünü danlayaraq bu işi görməməyini istəyir.


Əksi də bu cürdür. Bir işi görürmür, sonradan peşiman olur ki, kaş bunu edərdim. Bunun adı həsrətdir. Dünyada da bunun nümunələri çoxdur. Kərbəla hadisəsinin özündə də! Ubeydullah ibn Cöfi İmam Hüseyn (ə) tərəfindən yanına dəvət alan bir şəxs idi. O İmamın dəvətini eşitsə də ona müsbət rəy verməmişdi. Sonradan İmam (ə) onun arxasınca elçi göndərsə də o yenə də İmamın (ə) çağrışını qəbul etməmişdi. Aşuradan sonra Kərbəla şəhidlərinin dəfn olunmazdan öncə onları ziyarətə gələn ilk şəxslərdən biri də o idi. O cənazələrin arası ilə gəzərək ağlayır və belə deyirdi: «İlahi, mən niyə Hüseynə (ə) kömək etmədim? Niyə mən də bu şəhidlərin cərgəsinə qoşulmadım? Bu acı məni ölənə qədər yandıracaq» Başqa birisi var idi, mən bu barədə ötən söhbətlərimdə danışmışam. Birini İmam (ə) yanına çağırıb onunla birlikdə döyüşə getməsini istədi. O şəxs etiraz edib çox qiymətli olan atını İmama (ə) verərək yalnız bu yolla ona xidmət edə biləcəyini dedi. İmam (ə) etiraz edərək ona dini canı ilə qorumasını istədi. O şəxs qəbul etmədi.


Tarixdə yazırlar ki, Kərbəla hadisəsinin baş verməsini o şəxs eşidəndə dəhşətli formada ağlamağa başladı və ömrünün sonuna qədər ağlayaraq niyə Hüseynə (ə) qoşulmaması üçün özünü qınadı. Süleyman ibn Sürəd Xuzayi kufədə dəstə toplasa da İmama (ə) kömək etməyə gecikmişdi. O dəstəsi ilə tövbə ayəsi oxuyaraq Kərbəlaya üz tutdu. İmamın (ə) məzarını ziyarət etdikdən sonra məhz o ünvandan qiyama qalxaraq tarixdə «Təvvabin» (tövbə edənlər) qiyamını qaldırdılar. Birisi var idi, İmam (ə) onu dəvət edəndə o ailəsi ilə bağlı xırda işlərini qaydaya salıb gələcəyini deyib İmamdan (ə) uzaqlaşdı. İmam (ə) onun arxasınca səslənərək tez gəlməsini ondan istədi. O gedib ailə işlərini yerinə qoyub Məhərrəm ayının onikinci günündə qayıdıb gələ bildi. O gəldiyi zaman artıq Kərbəla hadisəsi iki gün idi ki, bitmişdi. O da çox peşiman oldu. Dünyada da insan bəzən peşiman olur. Amma qiyamətdə bütün insanların peşiman olduğu qeyd olunub. Buna görə də qiyamətin bir adı «Yovmul-həsrət»dir. Quran da buyurur ki, insanları başa sal ki, Qiyamət həsrət günüdür. Qiyamətdə bütün insanlar əməllərin qiymətini biləcəklər. Biləcəklər ki, bu camaat namazının, xütbənin, danışmağın, sinə vurmağın, əzadarlığın, bütün bu əmələrin nə qədər qiyməti var. Bunu başa düşəndən sonra insanlar peşiman olacaqlar. Peşiman olacaq ki, niyə bu işlərdən çox görməyib?!


Əbul Həsən Mazandarani adlı böyük bir alim var idi. O dünyadan köçəndən sonra bir gün oğlu onu yuxuda görür. Ondan soruşur ki, ata bu dünyada elə bir arzun var ki, o qaldı? Alim oğluna deyir ki, mənim heç bir arzum yoxdur. Bir peşimançılığım var ki, niyə bu dünyada olduğum vaxt hər gün Aşura ziyarətini oxumadım? Onun adəti imiş ki, hər il Məhərrəm ayının ilk on gününü Aşura ziyarətini oxuyarmış. Haşiyə olaraq bunu qeyd edim ki, hal-hazırda Məhərrəm və səfər aylarını yaşamaqdayıq, əgər ziyarətnamə oxumaq istəsəniz «Camiyəyi-Kəbirə» ziyarətnaməsini oxuyun ki, o bütün Məsumların (ə) oxuduğu duadır. İmam Zaman (ə.f) da çox təkid edib ki, «Camiyəyi-Kəbirə» ziyarətnaməsini oxuyun. Bir də təkid olunan ziyarətnamə Aşura ziyarətnaməsidir. Bu çox mühüm və əhəmiyyətli ziyarətnamədir. «Əl-Ğədir» kitabının müəllifi Əllamə Əmini, hansı ki, o ömrünün otuz ilini bu kitabı yazmağa sərf etmişdi, onun oğlu da nəql edir ki, bir gecə atamı yuxuda gördüm. Gördüm ki, atam nemətlər içindədir. Fürsət bilib onun nicat tapmasına səbəbi öyrənmək istədim. Bunu atamdan soruşanda o mənə belə dedi: «İmam Hüseynin (ə) ziyarəti. İmam Hüseynin (ə) ziyarəti mənim nicat tapmağıma səbəb oldu.» Bundan sonra o oğluna ziyarətlər təşkil etməyi, əza məclisləri qurmağı və bu məclislərdə oğlunun iştirak etməsini ona tövsiyə edir.


Qiyamətdə insan baxdıqda, bütün bu savabları görüb, aşkar bir vəziyyətdə vücudunu peşimançılıq bürüyəcək. Barmağını dişləyəcək. Bizim dilimizdə işlənən bu söz həqiqətən də peşimançılıq zamanı baş verən haldır. Bu sözü Quran da təsdiq edir. İnsanların bir dəstəsi var ki, həsrətdən barmaqlarını çeynəyərlər-buyurur Qurani Kərim. Mən oxumuşdum, Ayətullah Bəhcət deyir ki, Əhli-Beytə (ə) kəskin düşmən olan Əmr As dünyadan köçəndə çox sakit bir halda idi. O yalnız barmaqlarını dişləyirdi və bu halda da dünyadan köçdü. Pərdə qaldırılan kimi həqiqəti görüb peşiman oldu və bununla da dünyadan köçdü.


Qiyamətdə insanlar ən çox nəyə həsrət çəkəcəklər? Bu barədə İmam Əlidən (ə) çox maraqlı bir hədis var, buyurur: « Qiyamət günündə insanlar mənə görə ən böyük həsrətdə olacaqlar.» Qiyamətdə insanlar peşiman olacaqlar ki, niyə Əlinin (ə) tərəfdarı olmadılar. Niyə dünyada onun İmamlığını tanıyıb onu sevmədilər?! Qiyamətdə görəcəklər ki, Əlini (ə) sevənlərə Allah nələri əta edir. Hədisdə var, Əlini (ə) tanıyanlar, onun Imamətini qəbul edənlər, onun şiələri qiyamətdə nurdan olan mənbərlərdə oturacaqlar. Bu məqamı görənlər peşiman olacaqlar ki, Əli (ə) tərəfdarı olmayıblar. Peyğəmbər (s) buyurdu: «Ya Əli (ə) müjdə sənə və sənin şiələrinə ki, onlar nicat tapanlardır.» Qiyamətdə bunu görən insanların çoxu peşiman olacaq ki, kaş Əlini (ə) tanıyıb onun yolunu gedənlərdən olaydıq. Kaş Hüseyni (ə) tanıyanlardan olaydıq. Cənnəti Hüseynsiz (ə) kim isə dərk edə bilməz. Peyğəmbər (s) buyurub: «Allah cənnəti Hüseynin (ə) nurundan yaradıb» Hüseynin (ə) nurunun bir cilvəsi cənnətə çevrilib. Hüseyn (ə) nurunun bir damlasından cənnət yaranıbsa indi görün o özü kimdir?! Onun daha çox tanıyan daha ali dərəcəyə sahib olacaq.


İnsanlar dərəcə-dərəcədir. Səhabələr də belə idi. Peyğəmbərin (s), Əlinin (ə) səhabəsi olan Salamanın Əli (ə) əlindən tutaraq onu başqa aləmlərə aparmağı təklif etdi. Peyğəmbərin (s) meracı kimi Əli (ə) də Salmana cənnəti göstərdi. Əli (ə) onu cənnətə apardı, orada bir çox ali məqamları ona göstərdi, hətta Salmanın öz məqamını da ona göstərdi. Bütün bunları ona göstərdikdən sonna ondan burada qalıb və ya geri dönmək istədiyini soruşduqda Salman dedi: «Sən cənnətdə qalırsansa mən də səninləyəm, yox əgər gedirsənsə sənsiz bu cənnət mənim nəyimə lazımdır?!» Həmin bu işi yazırlar ki, İmam Zeynul-Abidin (ə) Cabir ibn Əbdullah Ənsari üçün də etdi. Cabir də cənnəti gəzdi və çıxarkən İmamdan (ə) burada qalmağa icazə istədi. İmam (ə) ona baxıb belə buyurdu: «Hə, səninlə Salmanda çox fərq vardır. Cənnət sənə bu qədər gözəl göründü ki, bizim məhəbbəti unutdun?» Hər ikisi Əhli-Beytin (ə) dostudur və ona bağlıdır, amma bu insanların da dərəcə fərqləri vardır. Qiyamət günündə də insanlar Əlidən (ə) uzaq düşdüklərinə görə, dərəcə uzaqlıqlarına görə peşimançılıq çəkəcəklər.


Sözümüzün sonunda alimlərin israrı ilə bir neçə kəlmə zikri-müsibət demək istəyirik. İmam Hüseyn (ə) yeganə imamdır ki, onun bütün bədən üzvülərinə salam göndəririk. Xüsusi salam göndərilən başının özəl bir söhbəti var ki, bu gün qısa da olsa ona işarə etmək istərdik. O bir başdır ki, nizəyə taxılaraq şəhər-şəhər gəzdirilib. O başın bir kəraməti də nizə üstündə Quran oxumasıdır. Kufə küçələrində Kəhf surəsinin ayələrini oxuduğunu görən düşmən qorxdu ki, bu kəraməti görən insanlar ayılaraq onlara hücum edər. Xanım Zeynəblə (s.ə) yanaşı addımlayan başın Quran oxumasına etiraz edən düşmən kəsilmiş başa daş atmağa başladılar. Bu hərəkətləri ilə onlar çalışırdılar ki, İmamın (ə) Quran oxumasını saxlasınlar. Bu başı öz sarayında Yəzid qarşısına qoyaraq qamçı ilə dodaqlarına vurub, şeir oxuyub.

Bütün Kərbəla hadisəsi boyu Əliəsgərin həyalı (ə) anası Rübab da bu səhnəyə baxırdı. O elə bir ismətli, həyalı qadın idi ki, Zeynəb (s.ə) özünü İmam Hüseynin (ə) cənazəsi üstünə salanda rübab xeymədən bayıra çıxmamışdı. Zeynəb (s.ə) üzünü kəsilmiş başa söykədəndə o xeymədə qapısında başı aşağı dikilərək dayanmışdı. Zeynəb (s.ə) kəsik başla Kufədə danışanda Rübab qəlbində ağlayırdı. Amma deyirlər ki, Yəzid İmam Hüseynin (ə) dodaqlarına vuranda Rübab daha səbr edə bilmədi. Gəlib Yəzidin müqabilində durub onu bu işdən çəkindirdi. «Sən məyər bilmirsən ki, bu dodaqları Peyğəmbər (s) öpüb?» dedi. «Peyğəmbər (s) öpən bu dodaqlara necə hörmətsizlik edə bilirsən?»

Category: Salam | Views: 1047 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024