İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 3
Qonaq: 3
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Noyabr » 30 » Din nədir? İmam Əlinin (ə) İslama verdiyi tərif
8:36 AM
Din nədir? İmam Əlinin (ə) İslama verdiyi tərif
İnsanlar dini baxımdan iki dəstəyə bölünürlər: dindar və ya dinsiz insanlar. Biz ətrafımızda olan insanlara özümüzü dindar və ya dinsiz kimi tanıdırıq. Bəs din nədir ki, biz belə bir iddia edirik?
Bu gün dinin müxtəlif formaları vardır ki, ancaq adları dindir. Dinin nə olduğunu bilməliyik ki, bu dinlərin din adına layiq olub olmadığını müəyyən edə bilək.
Dini tanımaq üçün bu məsələlərə diqqət etsək yaxşı olar:
1. Dini İlahi və bəşər dininə bölmək olar. Bəşər dini insanlar tərəfindən düzəldilmiş dindir. Onlar bəzi ictimai və ruhi ehtiyacları təmin etmək üçün bu cür inanclar düzəltmişdilər. Məsələn, cadu etiqadına inanmaq, bütpərəstlik.
İlahi dinlərin kökü qeybdən gəlir. İnsan bu İlahi çağırışları qəbul edəndir.
2. Bəziləri dinə, etiqad kimi tərif vermişdilər. Deyirlər ki, din - ruhani bir etiqaddır. Bəziləri deyir ki, din - Allaha etiqaddır, yəni Allahın yer üzərində hakim olmasına etiqad bəsləməkdir. Bəziləri deyir ki, dinin cövhəri mütləq asılılıq hissidir.
3. Dinin zahiri bir vücudu yoxdur ki, ona tərif vermək mümkün olsun. İmam Əli (ə) din haqqında belə buyurur: "Dinin başlanğıcı Allahı tanımaqdır. Allahı kamil tanımaq Ona inanmaqdır və Ona inanmaq, Onun yeganəliyinə şəhadət verməkdir. Kamil tövhid isə Allahın ixlasını məxluqun sifətlərindən ayırmaqdır”. Həmçinin dinə tərifində belə buyurur: "İslam - hüccət və deyənlər üçün bürhan, müdafiə edənlər üçün açıq şəhadət, haqqı axataranlar üçün nişanə, əzm və iradə sahibləri üçün uzaqgörənlik, ibrət götürənlər üçün nəsihət, nicat amili, təsdiq edənlər üçün xilas yoludur”.
Xacə Nəsrəddin Tusi deyir: "Din, o addır ki, bütün məxluqlar onun vasitəsilə Allaha ibadət edər.”
Əllamə Təbatəbai deyir: "Din - Allaha etiqad məcmuəsi, cavidan həyat və həyat yolunda əməl ediləcək ona münasib qərarlara aid edilir”.
Mustəqi Məlikan deyir: "İnsan məhdud bir varlıqdır. Məhdud olmayan bir varlığın dinə ehtiyacı olmaz. Bu, həqiqətdə Allahdır. Allahın dinə ehtiyacı yoxdur. Din insana kömək edər ki, dərd və əziyyəti daha az hiss etsin”.
Əllamə Cəfəri deyir: "Din - Allahın olmalılar sənədinin məcmuəsidir ki, vəhy vasitəsilə və Məsumların (ə) sünnəti yolu ilə insanların hidayəti və kamalı üçün zühur etmişdir. Başqa sözlə desək, din - elmi və əməli hidayət məcmuəsidir ki, vəhy və sünnət yolu ilə insanı bu dünyada və axirətdə xilas etmək üçün gəlmişdir”.
Beləliklə, demək olar ki, din- əqaid və qanunlar məcmuəsidir ki, həm bəşərin baxışına nəzər salır və həm də inanc üsulu haqqında danışır. Həm əxlaq və həm də həyat tərzi onu əhatə etmişdir. Başqa sözlə desək, din - əqaid, əxlaq və qanunlar məcmuəsidir ki, cəmiyyətin və insanın idarə edilməsi üçün, insanların vəhy və ağıl vasitəsilə inkişaf etdirilməsi üçün onların ixtiyarına qoyulmuşdur.
Ona görə də deyə bilərik ki, din bizə vəhy vasitəsilə çatdırılır.
Dini inanc və əqidəsinin təməlində tövhid durur. Yəni, Allaha, nübuvvətə, vəhyə, Qiyamətə inanmaq durur. Sonra isə əxlaq gəlir. Yəni, insana rəzil və fəzilətli xüsusiyyətləri tanıdan təlimlər. Bu təlimlər insan nəfsini islah edir və onu fəzilətlərə yaxınlaşdırır.
Dinin o biri hissəsi əhkamdır. Yəni insanın özü və Allahı və başqaları ilə rabitə qurmasının qanunları və yolları.
İslam - dindir, bu dində insanların hidayət yolları təqdim edilmişdir. İnsan məhdud olduğu və zaman və məkana tabe olduğu üçün din insana bir dəfəyə təqdim edilməmişdir. Ona görə də Allah müxtəlif zamanlarda, müxtəlif peyğəmblərin (ə) vasitəsilə dini insanlara çatdırmışdır. Bu peyğəmbərlər zamanının ehtiyaclarına və insanların dərk səviyyəsinə uyğun şəkildə dini təqdim etmişdilər.
İslam dinində Allahın insanlar üçün nəzərdə tutduğu hər şey vardır. İslam - İlahi dindir və ən son din olduğu üçün kamil din sayılır.
"Həqiqi din Allah yanında həmin İslamdır” ("Ali-İmran” 19).



Category: Salam | Views: 1960 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024