Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 2 Qonaq: 2 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » 2012 » Maet » 2 » Elə bil, Məşhəddəsiniz!
10:01 AM Elə bil, Məşhəddəsiniz! |
HZ. MƏSUMƏNİN KƏRAMƏTLƏRİNDƏN
Məşhəddən olan müəllimə xanım Qum şəhərinə köçüb "Niruqah” məhəlləsində məskunlaşmışdı. Bu ixlaslı xanım İmam Rizanın (ə) hərəmindən ayrılığa görə olduqca hüznlü idi. Buna görə bəzən ağlayırdı. Günlərin birində həmin xanımın qəlbi İmin Rizanın (ə) səfalı hərəmi üçün darıxır. O olduqca təsirlənir və saatlarla ağlayır. Ağlayan halda onu yuxu aparır. Röya aləmində görür ki, çadralı və niqablı iki əzəmətli xanım daxil olub onu nəvaziş edirlər. Həmin xanımlardan biri buyurur: Nə üçün qəmginsən? Onların cavabında deyir ki, İmam Rizanın (ə) ziyarəti üçün qəlbim darıxır. Xanımlardan biri ona təsəlli verərək buyurur: "Siz hələ ki, Qumdasınız. Gərək hər gün pak hərəmə (Xanım Məsumənin (s.ə) hərəminə) gedəsiniz. Belə etsəniz, elə bil, Məşhəddəsiniz. Bura oradan fərqlənmir. O soruşur: Bibi, siz kimsiniz? Onun cavabında buyurulur: Mən Məsuməyəm (s.ə)! Həmin vaxt niqabı öz simasından götürür və evə nur saçılır. O soruşur: Bu pərdə arxasındakı kimdir? Onun cavabında buyurulur: O Xanım Fatimədir (s.ə). Bu sadiq yuxunu dostlar öz ailələrinin vasitəsi ilə həmin müəllimə xanımdan müəllifə nəql ediblər.
|
Category: Salam |
Views: 575 |
Added by: ehlibeytasiqi
| Rating: 0.0/0 |
|