Əl- Əhzər şeyxi Suriya və Yəmən prezidentlərinə həmçinin xalqlarına səslənib.
Azadxeber.az saytının "islamrf"saytına istinadən bildirdiyinə görə, Misirin Əl-Əhzər universitetinin şeyxi cənab Əhməd ət-Təyyib Yəmən və Suriya dövlət başçılarına müraciət ünvanlayıb:"Müsəlmanın axdığı zərrə qədər qanı belə, Allah dərgahın da dəyərlidir. Bir müsəlmanın canı, malı, qanı, digər müsəlmana qəti haramdir. Müsəlman dövlət başçıları gərək öz xalqları ilə mülayim davransınlar. Xalqın tələbini yerinə yetirsinlər. Hər bir dövlət başçısı o gün yəni hesab günü, din günü, Allah qarşısın da öz xalqlarına görə hesabat verəcəklər."
Şeyx Ərəb xalqlarına səslənərək belə buyurub:"Mən tövsiyə edirəm Suriya və Yəmən xalqlarına ki, icazə verməsinlər Qərbin çirkin, bədbin niyyətləri onlara təsir etsin. Ərəb millətlərinin və İslam dininin düşmənlərinə öz ölkələrin də şərait yaradmasınlar. Allaha, Qurana, Peyqəmbərin gətirdiyi şəriətə uyğun ictimai və fərdi həyat sürsünlər."
|