İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Noyabr » 17 » Hər səhnəsi ibrət olan Əhli-Beyt (ə) günləri
8:20 AM
Hər səhnəsi ibrət olan Əhli-Beyt (ə) günləri
Salam olsun o ailəyə ki, Qurani-Kərimdə o ailə mədh edilib, o ailənin şəninə ayələr nazil edilib. Salam olsun o ailəyə ki, o ailəyə cənab Cəbrail nazil olub, o ailə ilahi vəhy ailəsidir. Salam olsun o ailəyə ki, o ailəyə salam göndərməyənlərin namazı, orucu qəbul olunmaz. Salam olsun o ailəyə ki, o ailənin sevinci ilə Allah sevinir, o ailənin qəzəbi ilə Allah qəzəblənir.

Zilhiccənin Əhli-Beyt (ə) günləri

Mübarək Zilhiccə ayı haqqında söz açarkən, təkidlə qeyd edirik ki, bu ay Əhli-Beyt (ə) ayıdır. Nə üçün? Çünki bu mübarək ayda Əhli-Beytlə (ə) bağlı bir sıra mühim, əhəmiyyətli tarixi hadisələr baş vermişdir. Ona görə ki, bu hadisələrdə Əhli-Beytin (ə) birbaşa iştirakı var, Əhli-Beytin (ə) Allahı tanımaqlıq, irfan, seyri-suluk dərsləri vardır. Hidayət İmamları (ə) ilə bağlı olan istənilən hadisəyə sıradan bir hadisə kimi baxmamalı, həqiqət, irfan eynəyi ilə baxmalıyıq. İstər mübarək və səadətli təvəllüd və ya şəhadət günləri olsun, istərsə də, hansısa başqa bir hadisələr. Çünki bir insanların ki, təvəllüdləri də, aləmlər üçün ibrət olsun, bir insanların şəhadət günləri də, insanlığa nədənsə xəbər versin, ümməti qəflət yuxusundan ayıltsın- deməli, bu insanların hər kəlamının, hər sünnəsinin bir nəsihəti, moizəsi və dünya və Axirətimiz üçün faydaları vardır.

"Mübahilə” ayəsinin öyrətdiyi dərslər

Mübarək Zilhiccə ayının 24-ü İslam tarixində "Mübahilə günü” adı ilə məhşur olan bir gündür. "Mübahilə” ayəsi məhz, həmin gün nazil edilmiş və Peyğəmbər (s) ilahi təyinat üzrə yola çıxmışdır. Allah-Təalanın "Mübahilə” ayəsində bizim alacağımız çox dərslər vardır. Bu ayə hər şeydən əvvəl İslam dininin həqiqi din, Allah tərəfindən nazil edilən, göyə bağlı olan din olduğunu təsdiqləyir. Çünki əgər, biz ayənin açıqlamalarındakı bəzi mətləblərə diqqət yetirsək, görərik ki, bu ayə haqqındakı iddiamız doğrudur.

Bu şərif ayə Nəcran məsihiləri ilə Həzrət Peyğəmbər (s) arasında gedən söhbət barəsindədir. Ümumiyyətlə, həmin hadisənin tarixi çox maraqlıdır, təfsiri çox açıqlamalar edir insana. Bu məlum hadisədə Peyğəmbərin (s) tam qətiyyəti, İslamın Haqq din olmasının növbəti dəfə sübutu, İslam Peyğəmbərinin (s) Allaha təvəkkül etməsi və bunun sayəsində ilahi debatdan üzüağ çıxması var, Allah yanında din olaraq İslamın seçilməsi, Əhli-Beytin (ə) fəziləti, yalan danışmanın sərt tənqid olunması və acı nəticələr gətirməsi və hətta, Allah-Təalanın yalançılara lənət yağdırması var.

Bu mübarək tarixi hadisə və uyğun ayə həm də, sonrakı nəsillər üçün, xüsusi ilə də, Əhli-Beyt (ə) üçün ilahi debatlardakı tutarlı, nurani sübutlardır. Bu mübarək ayə Əhli-Beytin (ə) Allah dərgahında Əziz ailə olmasını, O Həzrətlərin (ə) fəzilətini, Haqq imamları (ə) olmalarını göstərir. Həzrət İmam Rza (ə) heç də, təsadüfi deyildir ki, bu ayəni dəlil gətirərək, dövrünün zalim xəlifəsinə sübut edir ki, İmamlar (ə) Haqq əhlidirlər, Allah Rəsulunun (s) həqiqi xəlifələri, övladlarıdırlar və hakimiyyət onların haqqıdır.

"Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı...”

Tarixdən az-çox məlumatlı olanlara gün kimi aydındır ki, bu ayə o zaman nazil edildi ki, nəcranlı məsihilər İslam Peyğəmbəri (s) ilə mübahisə etdi və İslam Peyğəmbərinin (s) onları haqq olan dinə- İslama dəvət etməsinə və bu istiqamətdəki təbliğat və təşviqatına baxmayaraq, onlar- nəcranlı məsihilər İslamı qəbul etmədilər. Son nəticədə hər iki tərəf arasında razılığa gəlindi və bu təklif irəli sürüldü ki, tərəflər arasında mübahilə- qarşılıqlı nifrin və lənət etmə olunsun. Allahdan- yalançılara lənət yağdırılması istənilsin. Nəcranlılar son anda bu mübahilədən boyun qaçırdılar və istəmədən də olsa, belə etmək ilə etirafda bulundular ki, İslam dini haqq dindir, İslamda yanlış heç nə yoxdur.

Mübahilənin mənası. Mübahilə nədir?

Mübarək ayədə buyurulur: "Sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” ("Ali-İmran” surəsi, ayə 61)

Şöhrətli "Təfsiri-Numunə” əsərində qeyd olunur ki, "Mübahilə” sözü "bəhl” kökündəndir və "öz başına buraxmaq” mənasındadır. Duada rast gəlinən "ibtihal” sözünün mənası isə işləri Allaha buraxmaqlıqdır. Bu ayədə və həmin uyğun hadisədəki mübahilədən məqsəd- lənətə düçar olmaq, həlak olmaq və Allahdan uzaqlaşmaqlıqdır. Çünki bir bəndənin özbaşına buraxılması, onun Allahdan uzaqlaşması, lənətə düçar olması deməkdir. Bu ayədə Allah-Təala Öz Peyğəmbərinə (s) izah edir ki, Sənə verilən (öyrədilən) və Sənin verdiyin (öyrətdiyin) elmdən sonra, yenə də, Səninlə Həzrət İsa (ə) haqqında mübahisə edərlərsə, onları bu işə dəvət et, onlara təklif et ki, gəlin mübahilə edək, görək kim haqlıdır, kim yalançıdır. Allahdan yalançılara lənət yağdırmalarını diləyək.

Əhli-Beytin (ə) fəzilətləri

Heç şübhə yoxdur ki, bu ayədəki "əbnaəna” (oğlanlarımız) sözündən məqsəd İmam Həzrət Həsən (ə) və İmam Həzrət Hüseyndir (ə). "Nisaəna” (qadınlarımız) sözündən məqsəd İslam Peyğəmbərinin (s) əziz və möhtərəm qızı Xanım Zəhra (ə) həzrətləridir. "Ənfusəna” (özümüz) kəlməsindən məqsəd də, İmam Əli (ə) həzrətləridir. Çox az təfsirçi və tarixçiyə- "Əl-Mənar” təfsirinin müəllifi kimi- rastlamaq olar ki, bu həqiqəti inkar etsin və bunu, bir şiə "siyasəti” hesab etsin. Amma, bu bir həqiqətdir və hər iki məzhəbin- həm şiə və həm də, sünnü məzhəbinin alimləri, tarixçiləri və müfəssirləri bu məsələ üzərində təkidlə dururlar və bu həqiqət ətrafında ittifaq edirlər ki, bu ayədən məqsəd bir az əvvəl adları zikr edilən mübarək Allah bəndələridir. Hətta, "Təfsiri-Numunə”də bu həqiqəti təsdiq edən əhli-sunnə alimlərindən 16-sının həm adı qeyd olunur, həm də, əsərinin adı, yəni müddəanın sənədi qeyd olunur- səhifəsinə kimi.

Bu ayə açıq-aşkar Əhli-Beytin (ə) fəzilət və kəramətindən, üstünlüyündən danışır və bəşər əhlinə bəyan edir ki, Əhli-Beyt (ə) hansı mərtəbə və məzilətə malikdir. Xüsusən də, bu ayə, bu ayənin təfsiri və bu tarixi hadisə məşhur olduğuna və bu barədə hədislər mutəvatir həddə yayıldığına görə, artıq ehtiyac hiss etmirik ki, bu haqda ətraflı danışaq.

"Vilayət” ayəsindəki vəlilər (rəhbərlər)

Zilhiccə ayının 24-ü Əhli-Beytlə (ə) bağlı olan bir başqa hadisə baş vermişdir. Bu hadisəni mədh edən Quran ayəsi də, məhz, həmin gün endirilmişdir. O hadisə Həzrət Əlinin (ə) ruku halında ikən sailə üzüyünü sədəqə verməsidir ki, Quranda məhşur "vilayət” ayəsi Həzrət Əlinin (ə) bu əməlinin alqışıdır.

Hadisə belə baş vermişdir; Mədinədə- Peyğəmbər (s) məscidinə ibadət saatında bir sail- fəqir şəxs daxil olub ona insanların əl tutmasını istəyir. Amma, orada o şəxsə yardım edəcək kimsə tapılmır. Mənbələrdə keçir ki, o şəxs əllərini göyə qaldırır və Allah-Təalaya ümmətdən (oradakılardan) şikayət və gileydə bulunur; "İlahi! Sən Özün şahid ol ki, mən Peyğəmbərinin məscidində camaatdan kömək istədim, amma, heç kəs mənə kömək etmədi.” Bu anda yetimlər atası, məzlumlar hamisi, müstəzəflər ağası Həzrət Əli (ə) məsciddə namaz halında, ruku vəziyyətində olur və sağ əlini qaldıraraq barmağındakı üzüyü yoxsula işarə edir və o, həmin üzüyü Həzrətin (ə) barmağından çıxarır.

Həzrət Peyğəmbər (s) də, məsciddə idi və namazdan sonra dua edirdi. Cənab Cəbrail nazil olub Həzrət Peyğəmbərə (s) "Ya Muhəmməd (s)! Oxu”- deyə, buyurdu. Oxunulası və o an nazil edilən ayə bu ayə idi; "Sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və (Allaha) namaz qılan və rukuda olduqları halda zəkat verən möminlərdir.” ("Maidə” surəsi, ayə 55) Ərəb qramatikasına görə, burada işlənən və ayənin başlanğıc kəlməsi olan "yanlız” (orijinalda "innəma”) işlənibsə, deməli, söhbət ancaq bu ayədə zikr olunan üç rəhbərdən gedir. Allah, Onun Rəsulu (s) və namaz qılıb rukuda zəkat verən möminlər. Bu ayədəki ruku halında zəkat verən kimsə heç şübhəsiz ki, Həzrət Əlidir (ə). Bu barədə tutarlı dəlillərimiz və rəddi mümkün olmayan aşkar höccətlərimiz vardır ki, əhli-sunnə mənbələrində də, qeyd olunmuşdur.

Təkcə şiə mənbələri deyil, əhli-sunnənin məhşur alimlərinin əsərlərində də, bu iddia özünün mübarək təsdiqini tapıb. Peyğəmbərin (s) də, olduğu məsciddə ancaq Əlinin (ə) zəkat verməsi ilahi təqdir və ssenaridir ki, Həzrət Əlinin (ə) fəziləti, səxavəti, zöhdü aləmə elan edilsin, hamı bu şəxsiyyəti, parlaq islami simanı daha çox və mükəmməl bir formada tanısın. Anlasın ki, haqqında ayələr nazil edilən kimsədir Həzrət Əli (ə). Həzrət Əli (ə) həm yoxsulu darda qoymadı və həm də, İslam ümmətini (belə demək mümkündürsə) o yoxsulun və Allahın, Allah Rəsulunun (s) yanında xəcalətli etmədi. O kişi ümmətdən şikayət etmişdi, Allah evinin müsafirlərindən Allaha gileylənmişdi. Və Həzrət Əli (ə) Allah evinin həqiqi sığınacaq və pənah yeri olmasını bir daha göstərdi. Hansı ki, o üzük maddi mənada, yəni gümüş üzük olduğu üçün o qədər də, bahalı deyil idi. Amma, mənəvi tərəfi o qədər bahalı, o qədər- hətta, qızıldan belə, dəyərlidir ki, Allah-Təala bir üzük üçün bir ayə endirir.

Əslində isə ixlas, təqva, zöhd... və s. ilahi fəzilətlər üçün. Növbəti ayədə isə Allah buyurur: "Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).” Gördüyümüz kimi, İslam Peyğəmbərindən (s) sonra Həzrət Əli (ə) "Hizbullah”ın- Allah ordusunun ən layiqli, ən hərtərəfli kamala, istedada sahib olan sərkərdəsi və rəhbəridir. Hər kim özünə Əlini (ə) dost tutarsa, o kəs Allahın ordusundadır, Allah onun Hamisidir.

Mühüm xatırlatma

Bir məqama diqqət yetirmək gərəkdir. Biz, istər "Mübahilə” ayəsi olsun, istərsə də, "Vilayət” ayəsi- bu ayələrdə işarə olunan Əhli-Beytin (ə)- həqiqətən də, Allahın bu ayələrdə nəzərdə tutduğu kimsələr olmasını burada əhli-sunnə alimlərinin əsərlərini və yaxud, adlarını qeyd etməklə göstərmədik. Bəlkə, bu, ona görə idi ki, artıq, mutəvatir hədislər, məlumatlar var bu haqda və buna görə də, qeyd olunması üçün zərurət görmədik. Həm də, məqsəd ancaq bu mübarək şəxsiyyətlərin fəzilətlərini xalqa göstərmək deyil. Bu haqda müfəssəl, dəyərli və nəfis kitablar qələmə alıb- dahi İslam alimləri. Sadəcə, burada o Həzrətlərin (ə) hər əməlləri bir ilahi səhnə, dərs və məktəb olduğu üçün bir qədər bu haqda qeydlər etdik ki, burada da, ən mühümü bu əməllərə özümüzü, əməllərimizi uyğunlaşdırmaq, həyat tərzimizi burada göstərilənlərə uyğun tənzimləməmizdir.

Allah-Təala bizləri öz həyat tərzini Əhli-Beytin (ə) həyat tərzinə uyğunlaşdıranlardan qərar versin, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

Category: Salam | Views: 669 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024