Bismillahir Rəhmanir Rəhim... Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Peyğəmbər (s) buyurmuşdur:"Fatimənin nuru, asimanlar və yer xəlq olunmamışdan qabaq yaradılmışdır."
Həzrəti Fatimə (s.ə) bir neçe mühüm məsələdə mehvəriyyət təşkil edir.O cümlədən:
1) İmkan aləminin xilqətində; Belə ki, Allah-Taala hz. Peyğəmbərə xitabən buyurur: "Ya Peyğəmbər, əgər sən olmasaydın, kainatı xəlq etməzdim; və əgər Əli olmasaydı, səni xəlq etməzdim və əgər Fatimə olmasaydı,siz ikinizi xəlq etməzdim."
2) Peyğəmbər (s) Fatiməni "Ümmü-əbiha", yəni "atasının anası" deyə səsləyərdi.
3) İlahi mərifətdə Hz. Zəhra (s.ə) mehvəriyyət təşkil edir.Fatimənin nə üçün "Fatimə" adlandırılmasının səbəbi budur ki, heç kəsin əqli onu dərk etməyə çatmaz.Fatimənin ən kamil nümunəsi "Qədr" gecəsidir.Zəhra Allahın Qədr gecəsidir.Qədr gecəsi sirli oldugundan Zəhra da sirli bir varlıqdır və heçkəsin əqli onu dərk etməyə çatmaz.Əgər bir kəs Qədr gecəsini dərk edə bilsə, Hz. Zəhranın da məqam və mənzilətini dərk edə bilər.
4) Hz. Fatimə Allah məhəbbətində də mehvəriyyət təşkil edir. Belə ki, Rəsuli Əkrəm (s) buyurur. "Hər kəs Fatiməni sevsə, şübhəsiz məni sevmişdir və hər kəs də məni sevsə, şübhəsiz Allahı sevmişdir."
5) Hz. Fatimə Allahın razılıgında və qəzəbində də mehvəriyyət təşkil edir:"Həqiqətən Allah Fatimənin razı olması ilə razı olar, qəzəblənməsi ilə qəzəblənər."
6) Hz. Fatimə təvəssül olunmaqda da mehvəriyyət təşkil edir. Duada oxuyuruq: "İlahi, Səni and verirəm Fatimənin həqqinə, onun atasının, onun ərinin və onun oğlanlarının həqqinə, salavat gğndər Həzrəti Mühəmməd və onun Əhli beytinə, mənim barəmdə mənim bəyəndiyim şeyləri deyil, Özün məsləhət bildiyin şeyləri rəva gör!"
Həzrəti Peyğəmbər(s)-ın vəfatından sonra, vilayət yolunda şəhid olan ilk şəxs Fatimeyi Zəhra (s.ə)-dır. Qoy bütün nəsillər bilsinki, Peyğəmbərimizin (ə) qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir.Onu və onun bətnindəki hələ dünyaya gəlməmiş Möhsününü xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və ərinin qəsb olunmus haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdir...Mütəvatir hədislərə əsasən, Peygəmbər (s) Fatimeyi Zəhra barəsində belə buyurmuşdur: "Fatimə hər iki dünyanın xanımıdır, seyyidəsidir."
Dünya və axirətdə yeganə xanım olan bir qadının şəhadətinə səbəb olan şəxs də dünya və axirətdə ən alçaq, ən bədbəxt və cəhənnəm oduna ən layiqli adamdır.Quran "Əhzab" surəsinin 57-ci ayəsində buyurur: "Həqiqətən Allaha və Onun Rəsuluna əziyyət verənləri, Allah bu dünyada və axirətdə lənətləmiş, onlar üçün dərdli əzab hazırlamışdır." Peygəmbər (s) də buyurur: "Fatimə mənim canımın bir parəsidir, hər kəs onu incitsə, məni incitmişdir."
Ömərlə Əbubəkr Fatiməni (s.ə)-i incitdilər (bu məsələni sünnülərin ən böyük hədisyazanı Buxari özünün "Səhihi-Buxari" kitabında, Müslüm isə özünün "Səhihi-Müslüm" kitabında yazırlarki, Fatimə Əbubəkr və Ömərdən qəzəbli halda dünyadan getdi) ...
Fatiməni (s.ə) incitdilər, halbuki Allah-Taala bu ailəni,bu sülaləni hər hansı eybdən, nöqsandan, xətadan pak etmişdir ki,insanlar onları özləri üçün örnək, nümunə seçərək düz yoldan azmasınlar, inhirafa yuvarlanmasinlar. Belə ki, Allah-Taala "Əhzab" surəsinin 33-cü ayəsində buyurur:
"Allahın iradəsi, istəyi bu olmuşdurki, yalnız siz Əhli Beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb sizi pak etsin"
|