İnsanın dini onun danışığıdır.
Padşahların dövləti ədalətə bağlıdır. Həmişə qəzəbini yatırt ki, yaxşı nəticə əldə
edəsən. Tüğyankarları boşla ki, qoy öz tüğyanlarında qalsınlar (Yəni sənin nəhy
əz münkərdən başqa vəzifən yoxdur). Bir günah çoxdur, min itaət az.
Şahların "əraqəsi” dodaqları
yandırar. İnsanın zilləti tamahındadır. Fəqirlik zillətinə düçar olan şəxs
Allah yanında əzizdir. Cavanlığı yad etmək həsrətdir. Rəvan danışıq sərmayədir.
Ölümü yad etmək qəlbin cilasıdır.
Dostla görüşmək gözün cilasıdır. Atana ehtiram et ki, oğlun da sənə ehtiram
etsin. Rifah halında olan yaşayış əmniyyət sayəsindədir. Rütbələrin ən böyüyü
elm rütbəsidir.
Rahat ol! Ruzi özü sənin arxanca
qaçır. Doğum ölümün qasididir. Hədis nəql etmək insanı Peyğəmbərə (s)
yaxınlaşdırar. Həvayi-nəfsə qələbə zamanı haqqa riayət et. Hər kəsin dostu onun
əqlinin göstəricisidir.
Camaatı öz tərəziləri ilə ölçün (yəni,
hər kəslə onun əql və mərifətinə uyğun tərzdə rəftar edin). Saleh insanların zəhməti
rəhmətdir. Elmin aradan getməsi alimin ölümündən yaxşıdır. (Yəni əgər bir elmi
kitab aradan getsə alimlərin tədqiq və təhqiqi nəticəsində yenidən yazılar.
Lakin, alim dünyadan getsə elmi kitabların elə də faydası olmaz). Hər kəsə sənə
etdiyi hörmət qədər ehtiram göstər. Dünyanın küncləri müsibətlərlə doludur.
|