Masallı ruhanisi Hacı Seyyid Fəramiz Abbasovun məhkəmədə tarixi sözlər deməkdə davam edir.
Xeber44.com-un müxbiri məhkəmədən məlumat verir.
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Hacı Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Seyyid Fəramiz Abbasovun və ruhani Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclas zamanı və fasilələrdə Seyyid Fəramiz xüsusi diqqət çəkirdi.
Seyyid Fəramiz şahid və ittiham edənlərin məhkəmədə onun üzünə baxaraq danışmasını istəyib. Prokurora "güllələnmə olsun. Bunun icra edilməsində sən iştirak et. Gör Seyyidlər necə ölürlər" deyib.
Həmçinin Seyyid Fəramizin qohumu ona məhkəmənin fasiləsi zamanı deyib: "Mən sənin azad edilmən üçün ölkə başçısından xahiş edəcəyəm”. Seyyid Fəramiz isə belə cavab verib: "o sənin öz işindir. Amma bizlər xahiş edən deyilik. Günahkarlar xahiş edirlər. Əgər mənə iki seçim: "güllələnmə və xahiş” qarşıma qoysalar, mən tərəddüd etmədən güllələnməyi seçərəm”. Seyyid ona söz verilərkən isə belə deyib: "Vay olsun yalan danışana və onu müdafiə edənə. Hədislərdə yalan danışanlar haqqında ağır əzabların olduğu bildirilir. Təsəvvür edin biri yalanı müdafiə edə. Allah onun üçün daha ağır əzabı daddıracaqdır”.
|