İnsаn dünyаyа qədəm qоyduqdаn indiki dövrə qədər hər bir zаmаn və şərаitdə müхtəlif mövzulu suаllаr оnu düşündürmüş və bunun həlli üçün cаvаblаr ахtаrmışdır.
İslаm dininə еtiqаd bəsləyənlər, хüsusi ilə cаvаnlаr öz suаllаrınа tutаrlı və dəqiq cаvаblаr аlmаğа çох böyük mаrаq göstərirdilər. Bu еhtiyаcı ödəmək məqsədi ilə dünyа müsəlmаnlаrının rəhbəri Həzrət Аyətullаhul-uzmа Хаminеinin təşəbbüsü ilə аlimlərdən ibаrət nümаyəndəlik təsis еdilərək suаllаrı cаvаblаndırmаq üçün öz fəаliyyətlərini uzunmüddətli dаvаm еtdirirlər. Suаllаrı cаvаblаndırmаq üçün bir çox tanınmış alimlərin məhzərindən istifadə olunmuşdur. Bu kiçik yazıda qeyd olunan suallara Həzrət Ayətullah Cəvadi Amuli cavab vermişdir.
Həzrət Ayətullah Cəvadi Amuli cavab verir:
Tövbənin şərtləri.
Tövbənin şərtləri və mərhələləri nədir?
Cavab: Tövbənin şərtlərindən bəziləri vacib və əsasdır. Bəziləri isə müstəhəbdir. Tövbənin əsas şərtləri bir neçə şeydir:
1. İnsan həqiqətən keçmişdə əməl etdiklərindən peşman ola.
2. Gələcəkdə həmin əməlləri bir daha yerinə yetirməyəcəyi barədə qəti qərara gələ.
3. keçmişə görə həqiqi peşmançılıq keçirib, gələcəyə nisbətdə ixlasla İlahi dərgaha belə ərz etsin: İlahi gəldim!
Nə üzü qibləyə olmaq lazım deyil, nə tövbə su içmək və nədəki dəstəmaz-qusl kimi zahiri təharət. Yalnız belə desin: İlahi gəldim. Budur tövbənin əsası, qalanlar isə müstəhəblərdir. Üzü qibləyə durmaq, tövbə quslu etmək, xüsusi zikr etmək tövbənin müstəhəblərindəndir. Tövbə insanı sanki su kimi paklayır. Tövbə təsəvvür edildiyi kimi çətin deyil.
Tövbə halını qorumaq.
Tövbəmizi pozmamaq üçün nə edək?
Cavab: Qoruyun. Yəni özünüzü qoruyun. Həmişə arxanızca kimin gəldiyinə diqqət edin. İmtahan otağında tələbələrə nəzarət edən şəxslər kimi yolunuzu azmamaq üçün nəzarətçiniz olun. Həmişə sizin yerinizə kimin əyləşmək istədiyinə diqqət edin. Şeytan gəlib ya mələk? Əgər Allah eləməmiş insan yolunu azarsa bu o demək deyil ki, həmişəlik səadətdən məhrum olar. Allah-təala onun tövbəsini qəbul edir. Fikirlərimizi nəzarətdə saxlamaq üçün xüsusən şeytani fikirlərimizə qələbə çalmaq üçün nə edək?
Özümüzü qorumaq elə buna görədir. Hər bir işi "Bismillahir-rəhmanir-rəhim”-lə başlamağımızı bizə tapşırıblar. Hər bir şeyə başlayarkən Allahın adı ilə daxil olmağımız lazımdır. Bu əməl bizə iki göstərişi öyrədir. Birincisi budur ki, hər bir işi mütaliə, təfəkkür etmək və aqibətini düşünərək həyata keçirək. İkincisi isə elə bir iş seçməliyik ki, Allahın adı ilə cümləsini deyə bilək. Bu iş ya vacibdir ya müstəhəb. Haram və məkruh işi Allahın adı ilə başlaya bilmərik. Əgər bu işi həyata keçirə bilsək şeytanı əsir götürmüş olarıq.
Şeytan və namaz.
Vücuduna şeytan təsir göstərmiş şəxsin namazları şeytanın və ya bu kimilərin hesabına yazılır?
Cavab: Xeyr, namazı öz hesabına yazılır. Amma bu o şəxslərdəndir ki, "(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə, ayə 102)
İnsanlar bir neçə qismə bölünür: Bəziləri tam pak olanlardır, muxlis və muxləsdirlər. Onların əməl dəftərində fəzilətdən başqa bir şey yoxdur. Məsum İmamlar (ə) kimi. Bəzilərinin əməl dəftərində təəssüflər olsun ki, qaranlıq və pislikdən başqa bir şey yoxdur. Bunlar o şəxslərdir ki, "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (Bəqərə, ayə 7) Üçüncü dəstə insanlar o şəxslərdir ki, bəzən fəzilətə tərəf, bəzən isə rəzilətə tərəf hərəkət edirlər. "(Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”(Tövbə, 102)
Bu cür şəxslər şeytana təslim olmayıb, əqidələri amanda qaldıqca nicat tapmaqlarına ümid var. Bunların namaz və digər ibadətləri əməl dəftərlərinə qeyd olunur. Çünki əqidənin kökünü qoruyub, yad birinin əqidəvi məsələlərdə onların yerinə qərar verməsinə icazə verməyiblər.
Sirati-müstəqim
Sirati-müstəqim və orada azdırıcı yollardan amanda qalaraq hərəkət etmək barəsində məlumat verərdiniz.
Cavab: Sirati-müstəqim Allahın dinidir. Elə bir yerdir ki, şeytan pusquda dayanıb. Mərifəti olub özünü qoruyan şəxs getdiyi yolun sirati-müstəqim olub-olmadığını bilir. Əgər insan yolun müəyyən miqdarını ixlasla gedərsə, yolun qalanını Allahın inayəti ilə keçəcək. Şeytan sirati-müstəqimdə pusquda dayanaraq şəxsləri azdırmaqla məşquldur.
Şeytan özü sirati-müstəqimdə pusquda dayandığını deyir. "(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!” (Əraf surəsi, ayə 16) Allah-təala vədə verir ki, Əgər siz şeytanın qarşısını bir miqdar alsanız, İlahi kömək halınıza şamil olacaq. Yəni ibtida mərhələdə Allaha iman gətirib, Allaha və Rəsuluna (s) itaət edən şəxsin mükafatı sirati-müstəqimi asanlıqla keçməsidir. "Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!” (Ləyl surəsi, ayə 5-7) Beləliklə sirati-müstəqimi keçmək üçün, mərifətdən sonra gərək insan bir az xalisanə hərəkət etsin. Qalanı asand şəkildə keçiriləcək.
Qadın ailədə
Qadının ailədə və cəmiyyətdəki vəzifələri nədir?
Cavab: Əgər qadın ailədə yaxşı ana ola bilərsə, bu ən yaxşı fəzilətlərdən biridir. Övlad tərbiyəsi, ailə işlərinə riayət etmək kiçik bir iş deyil. İmam Xomeynin (r) buyurduğu: "Kişi qadının ətəyindən meraca gedir” kəlamı ailə məsələsinin əhəmiyyətini göstərir. Qadının ən mühüm işi sağlam və düzgün nəsil tərbiyə etməkdir. Bu, İlahinin ən mühüm bərəkətlərindəndir. Əgər qadın imkanı daxilində cəmiyyətin ehtiyac duyuduğu işləri yerinə yetirə bilərsə, bu yaxşıdır.
Nəfsin düşmənçiliyi
Niyə nəfs insanın ən pis düşmənidir?
Cavab: Bu barədə çox şaxəli danışmaq mümkündür.
1. Nəfs zahirdə olmadığı üçün insan onu görmür və tanımır.
2. Nəfs insanı görən aşkar, hiyləgər bir düşməndir.
3. Onun düşmənçiliyi daimidir.
4. Ən bahalı və dəyərli şeyləri, yəni imanı və ağlımızı alır.
5. O, bütün düşmənlərdən fərqlidir.
Düşmən ya heyvan olur, məsələn: ilan, əqrəb, canavar və s- ya da insan. Əgər düşmən canavar və ya ilan kimi olsa, insan ona bir şey verərək ən azından bir saat canını qoruya bilər. Əgər düşmən Hitler, Səddam kimisi olarsa onlara bir miqdar neft, torpaq və s verərək bir neçə gün şərlərindən amanda qala bilər.
Amma daxili düşmən belə deyil ona bir şey versən belə, bir an da aramçılıq olmayacaq. Əgər biz onun meylinə uyğun əməl edib, istədiyini versək, meylinə uyğun miqdarda əməl etsək hucum çəkərək daha da irəli gəlir. Nəfs ilan, əqrəb və it kimi geri çəkilən deyil.
|