İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » İyun » 19 » İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə
1:35 PM
İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə
Həzrət Əli (ə) elə bir şəxsiyyətdir ki, Onu yalnız Allah və Rəsulu (s) tanıyıb. Bu İlahi şəxsiyyəti mədh edib, barəsində söz söyləmək adi bəşər düşüncəsinin fövqündə durur.


İslami və qeyri-islami müxtəlif elm biliciləri aciz qələmləri ilə bacaradıqlarını ağ kağıza köçürüblər. Biz bu kiçik yazımızda bir neçə qeyri-müsəlman alimlərin Həzrət Əli (ə) barəsindəki sözlərini əziz oxculara təqdim etmək fikirindəyik.


Böyük məsihi alimlərindən biri olan Cubran Xəlil Cubran qeyd edir: "Fikrimcə Əli İbni Əbu Talib (ə) (Peyğəmbərdən (s) sonra) ərəb qövmü içində elə bir kişidir ki, bütün kamillik fəzilətlərini öz qövmünə ötürdü. Onların qulağına bu vaxta kimi eşitmədiklərini çatdırdı. Onlar cahiliyyətin qaranlıqları arasında heyrət içində qalmışdılar.


Həzrət Əlinin (ə) yolunu bəyənənlər sağlam fitrətə geri döndülər. Düşmənçilik qapısından daxil olanlar isə cahiliyyəti seçdilər. Həzrət Əli (ə) öz əzəmətinin şəhidi oldu. O, dünyadan köçərkən dilindən namaz cari olurdu, qəlbi isə Allah eşqindən əsirdi. Ərəb camaatı Onun məqamının həqiqətini dərk etmədilər. Qonşuları (İranlılar) Onun dəyərli qiymətini anlayıb başa düşdülər.”


Cubran fikirlərini belə davam etdirir: "Əli (ə) Peyğəmbər (s) kimi dünyasını dəyişdi. Onun məqam və şəni peyğəmbərlər kimi yalnız bir şəhər, qövm, zaman və məkanla məhdudlaşmır. Əlinin (ə) şəxsiyyəti ümumdünyəvi idi.” Cubran həmişə ümumi və xüsusi məclislərdə Əlinin (ə) adını dilinə gətirir, təzim edirdi.


Şəbli Şamil Darvin məktəbinin seçilmiş şagirdlərindən biridir. Ömrünün sonuna kimi bütün müqəddəsləri inkar edərək materializmə itaət etdi. O, israrla tohidi inkar etsə də Əli ibni Əbu Talibin (ə) şəxsiyyəti müqabilində təzim edərək, barəsində belə deyir: "İnsanların İmamı və rəhbəri Əli İbni Əbu Talib (ə) böyüklərin böyüyü və öz əsli (Peyğəmbər (s)) ilə eyni olan yeganə nüsxə idi. Şərq və qərb Onun çıxışları kimisini indiyə qədər görməyib.”


Livanlı məsihi alim Mixail Nəimə (Nuayme) (1889-1988) adlı məsihi alim "Sovtul-ədalətul-insaniyyə” adlı kitabın müqəddiməsində Əli (ə) barəsində belə yazır: "Əlinin (ə) pəhləvanlığı yalnız döyüş meydanında olmayıb. O, aydın baxışlı, pak qəlbli, bəlağətli, gözəl əxlaqlı, imanlı, zülm görmüşlərin və kimsəsizlərin köməyi, haqq və düzgünlüyə tabe olan şəxsiyyət və ümumiyyətlə bütün sifətlərdə pəhləvan idi.


Onun zamanından çoxlu vaxt keçməsinə baxmayaraq gözəl və səadətli həyatın bünövrəsini qoymaq istəsək Əlinin (ə) yoluna və uslubuna müraciət etməli, göstərişləri Ondan öyrənməliyik.”


Məşhur Livanlı məsihi yazıçı, alim Corc Cordaq "Sovtul-ədalətul-insaniyyə” kitabında Əli (ə) barəsində belə yazır: "Ey dünya, nə olardı ki, bütün qüvvəni toplayaraq yenidən Əli (ə) kimi ağıllı, həmin qəlbə, həmin dil və qılınca sahib olan şəxsiyyət yetişdirəydin.”


İngilis filosofu Karl Layl Əli ibni Əbu Talibin (ə) adına rast gəldikdə, Onun şəxsiyyətinin böyüklüyündən elə vəcdə gəlirdi ki, elmi bəhsindən xaric olaraq ixriyarsız Əlinin (ə) mədhi ilə məşğul olurdu. O, Əli (ə) barəsində belə deyir: "Biz Əlini (ə) sevməyə və eşq bəsləməyə bilmərik.


Çünki biz sevdiyimiz bütün yaxşılıqlar Əlidə (ə) cəmlənib. O, şərafətli cavan, mərd, qəlbi məhəbbət və şücaətlə dolu olan böyük bir şəxsiyyət idi. O, bəşərdən daha şücaətli olmaqla yanaşı, şücaəti lütf, məhəbbət və ehsanla dolu idi. Ölümündən qabaq Onu yaralayan şəxs barəsində soruşulduqda buyurdu: "Əgər sağ qalsam onunla nə edəcəyimi özüm bilirəm. Əgər ölsəm, ixtiyar sahibisiniz. Qisas almaq istəsəniz bir zərbədən artıq vurmayın. Əfv etsəniz, təqvaya daha yaxındır.””


Belçikalı keşiş Lamens ərəb dili və tarixi üzrə bir mütəxəssis idi. O, Əli (ə) barəsində deyir: "Əlinin (ə) əzəməti barəsində İslamın elmi tarixi və xəbərlərinin Ondan bəhrələndiyini qeyd etmək bəsdir. Onun təəccüblü hafizəsi və qüvvəsi var idi.


İslam alimləri istər müxalif olsun, istər müvafiq, istər dost olsun, istər düşmən, hamısı dediklərini Əliyə (ə) istinad verdiklərindən ötəri fəxr edirlər. Çünki Onun buyurduqları qəti hüccət və dəlildir. O, elm şəhərinin qapısıdır. Kamil bir ruhla tam bağlılığı olan bir şəxs idi.”


Madam De Lafua Həzrət Əlinin (ə) məqamını tərif edərkən belə deyir: "Şiənin yanında Əlinin (ə) ehtiramı ən yüksək dərəcədədir. Həqiqətəndə belə olması lazımdır. Çünki bu böyük şəxsiyyət İslamın inkişafı üçün etdiyi müharibələr və fədakarlıqlardan əlavə elmdə, fəzilətlərdə, ədalətdə və yaxşı sifətlərdə misilsiz idi. O, özündən sonra pak və müqəddəs bir nəsli yadigar qoydu.


Övladları Onun yolu ilə gedərək İslamın inkişaf etməsi üçün məzlumanə şəhadətə qovuşdular. Əli (ə) qəzavətdə ədalətin ən üstün dərəcəsinə əməl edən və İlahi qanunların icrasında israr edən şəxs idi. Əlinin (ə) müsəlmanlara qarşı əməlləri və rəftarı insaflı idi. O, təhdidi və nəsihəti qəti olan şəxs idi.”


Madam De Lafua sözünə belə davam edir: "Gözlərim ağlayın, göz yaşlarınızı mənim ah-naləmə qatın və məzlumanə şəhid olan Peyğəmbər (s) övladlarına əzadar olun.”

Rus Şərqşunası İlya Pavloviç Petruşevski (1898-1977) deyir: "Əli (ə) dinə yüksək eşqlə bağlı idi. O, sadiq və düz danışan idi. İlahi Övliyaların sifətlərinin məqamı Onun vücudunda toplanmışdı.”

Views: 1095 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024