İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » İyul » 20 » İmam Sadiqin (ə) Tibbnaməsi
11:07 AM
İmam Sadiqin (ə) Tibbnaməsi



...Peyğəmbər (s) Allahla insanlar arasında bir vasitə idi. O) həzrət (s) dünyadan köçdükdən sonra Allah öz ümumi lütfünü və kərəmini insanlardan kəsmədi, onları öz başına buraxmadı. Onlar üçün vəli seçdi ki, bu sirləri açıqlasın və layiqli təlimat verərək həkimanə surətdə yol göstərsin. Beləliklə, Peyğəmbərin (s) vəsiləri, onun övladları bu elmlərin himayədarı, Allahın yer üzərindəki əmin bildiyi şəxsləri və elmin sirlərini açıqlayan nümayəndələri oldu. Burada təəccüblü heç bir şey yoxdur. Onlar öz elmlərini Peyğəmbərdən (s), o da Cəbrail vasitəsilə Allahdan öyrənib. 



Onların müxtəlif elmlər barəsində söylədikləri sözlər və təlimatlar, xüsusilə də tibb barədəki mühazirələr elə şeylər aşkar etdi ki, alimlərdən bir neçəsi onların söylədiklərini toplayaraq dəyərli kitablar yazdılar. Buna misal olaraq, "Peyğəmbərdən (s) nəql olunan tibnamə”, "İmamlardan (ə) nəql olunan tibnamə” və s adını çəkmək olar. Bu mətləblərə aid kitablarda səhih və mütəvatir hədislər çoxdur...


...İmam Sadiq (ə) elə bir əsrdə yaşayırdı ki, elmi inqilab başlamışdı və insanlar elm öyrənməyə böyük həvəs göstərirdilər. Zaman və şərait o Həzrət (ə) üçün imkan yaradırdı ki, irsi yolla ona çatmış Quran elmini yaysın. Həzrətdən nəql olunmuş hikmətli sözlər, dini və elmi hədislər və tibbi mövzular qaranlıq qəlbləri işıqlandırıb yol azmışlara yol göstərdi. İş o yerə çatdı ki, hamı onun sorağına gedərək elmdən istifadə edər və şəfa istəyirdilər. Elə buna görə, ravilər o Həzrətdən (ə) çoxlu hədislər rəvayət etmiş, çoxlu kitablar yazmışlar. Bir çox alimlər, mütəfəkkirlər, hədis biliciləri onun mədrəsəsində təhsil alıblar. Onun söylədiyi sözlər müqabilində alimlər susmuş və acizliklərini etiraf etmişlər...


... Bəziləri iddia edirlər ki, İmam Sadiq (ə) öz elmini yad filosoflar və təbiblərdən alıb. Amma bu, doğru deyil. Onun elmi yalnız Peyğəmbərin (s) elmindən sərçeşmələnib. Peyğəmbər (s) də öz elmini vəhy vasitəsilə alıb və özündən heç bir şey söyləməyib. Peyğəmbər (s) öz elmini vəsisinə verib və onun barəsində buyurur: "Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır” (Əl-Ğədir, 6-cı cild, səh.54)


Onun vəsisi həmin o kəsdir ki, buyurur: "Məni itirməmişdən qabaq məndən soruşun. Məndən sonra mənim kimisindən soruşmayacaqsınız.” (Əl-Ğədir, 6-cı cild, səh.178)


Sonra Əli (ə) öz elmini 2 oğlu Həsən (ə) və Hüseynə (ə) verdi, onlar elə şəxslərdir ki, Peyğəmbər (s) onların barəsində buyurur: "Bu 2 nəfər imamdırlar, istər qiyam etsinlər, istər etməsinlər.” (hədis xülasə şəkilində verilib)


Onlardan sonra bu elm İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqə (ə), İmam Sadiqdən (ə) sonra da digər İmamlara yedişdi. Bununla da İmam Sadiqin (ə) elmi yalnız kitabın və nübuvvətin nurundan olan İmamət feyzindən başqa bir şey deyildi. Bəzi nadanların dediyi kimi əgər başqalarından elm alsaydı, onun ustadları və müəllimlərinin elmləri barədə çoxlu hədislər və xəbərlər nəql olunardı. Ərəbistana gəlmiş filosoflar Həzrətin (ə) sözlərinin həqiqətini və o əsrdə ondan aşkar olan elmi dərk edirdilərmi? Bilirik ki, alimlər əsrlər sonra onun elminin həqiqətini anlamağa başlayıblar. Bu, o vaxt baş verdi ki, elmi təcrübələr əldə edib kəşflərin sayəsində buna yol tapdılar...


İmamın (ə) Hindli təbiblə bəhsi: (Biharul-Ənvar, cild 14, səh 478 və kəşful-Əxtar)


Muhəmməd ibn İbrahim Taliqani Həsən ibn Əli Ədvidən nəql edir: Bir gün İmam Sadiq (ə), Mənsurun məclisinə gəldi. Onun yanında hindli bir kişi tibbi kitabları onun üçün oxuyurdu. İmam Sadiq (ə) sakit əyləşib qulaq asırdı. Hindli kişi qurtardıqdan sonra ona dedi: -Mənim bildiyimdən nə isə istəyirsən? İmam (ə) buyurdu: - Yox. Çünki mənim bildiyim sənin bildiyindən daha yaxşıdır. Dedi: - O nədir? Buyurdu: - Mən istiliyi soyuqluqla, soyuqluğu istiliklə, yaşı quru ilə, qurunu yaşla müalicə edirəm. İşi Allaha tapşırıram. Peyğəmbərdən (s) nəql olunanı istifadə edirəm: "Bil ki, mədə- dərdin evi, pəhriz isə hər bir dərmanın başlanğıcıdır. Öz bədəninə adət etdiyini ver.” Hindli kişi dedi: - Məgər tibb bundan başqa bir şeydir? İmam (ə) buyurdu: - Elə güman edirsən ki, mən tibb kitabından öyrənmişəm? Dedi: - Bəli. Həzrət (ə) buyurdu: - Yox. Allaha and olsun ki, ondan başqa heç kimdən öyrənməmişəm. İndi de, mən tibbi yaxşı bilirəm, ya sən? Hindli dedi: - Mən. İmam (ə): - Səndən soruşacağam, mənə cavab ver. Hindli: - Soruş. İmam:

1)- Ey Hindli, mənə de, niyə insan başında müxtəlif sümüklər var?

2) De, niyə başın tükü yuxarı hissədədir?

3) Niyə alında tük yoxdur?

4) Niyə alında xətlər var?

5) Niyə qaşlar gözlərin üstündədir?

6) Niyə gözlər badamı şəklindədir?

7) Niyə burun 2 gözün arasındadır?

8) Niyə burunun deşikləri üzü aşağıdadır?

9) Niyə bığ ağızın yuxarı hissəsindədir?

10) Niyə kürsi dişlər enli, niş dişlər kəsicidir?

11) Niyə kişilərin saqqalı var?

12) Niyə əllərdə tük yoxdur?

13) Niyə dırnağın və tükün hissiyyatı yoxdur?

14) Niyə qəlb sənubər kimidir?

15) Niyə ağ ciyər 2 hissədir və hərəkət edir?

16) Niyə qara ciyər çıxıntı şəklindədir?

17) Niyə böyrək lobya şəklindədir?

18) Niyə dizlərin əyriliyi arxayadır?

19) Niyə ayağın altı daxildən əyridir?

Hindli: - Bilmirəm...

İmam (ə) – Amma mən bilirəm.

Hindli dedi: - Onda cavab ver. İmam Sadiq (ə) buyurdu: - Başın sümüklərinin müxtəlif olması buna görədir ki, əgər sənin bir şeyin sümüksüz olsaydı, tez ağrıyardı. Amma müxtəlif sümüklərlə olması baş ağrısını uzaqlaşdırır.


Tüklərin başın yuxarı hissəsində olması buna görədir ki, yağlar beyinə çatsın və ətrafından buxar çıxsın, istiliyi və soyuqluğu ondan uzaqlaşdırsın. Alnın tüksüz olması isə buna görədir ki, ora gözlərə nurun daxil olma yeridir. Alında xətlərin olmağının səbəbi başdan gələn tərin qarşısını alar ki, insan onu özü silsin.


Qaşların gözün üstündə olmasının səbəbi buna görədir ki, nuru lazımi qədər göndərsin. Ey hindli, görmürsən ki, nur çox olanda insan əli ilə gözünü tutur ki, nur kifayət qədər saçsın? Burnun 2 göz arasında olmasının səbəbi ona görədir ki, nuru iki göz üçün bərabər bölsün. Gözlərin badamı şəkildə olmasının səbəbi buna görədir ki, dərmanı ora damcı ilə tökmək mümkün olsun ki, dərdi aradan aparsın.


Əgər dörd bucaq və yaxud dairəvi olsaydı, cərəyan olmazdı və dərman ona çatmazdı və dərd aradan getməzdi. Burunun deşiklərinin üzü aşağı olması ona görədir ki, dərdlər yuxarıdan üzü aşağı tökülür. İylər isə üzü yuxarı qalxır. Əgər deşiklər üzü yuxarı olsaydı, dərdlər ordan gəlməz və iylər yuxarı qalxmazdı. Bığın ağızın yuxarı hissəsində olma səbəbi ona görədir ki, beyindən tökülən ağıza tökülməsin. Bununla insan yemək və sudan iyrənməsin. Kişilərin üzündə tük olmasının səbəbi buna görədir ki, üzünü örtsün və ehtiyacsız olsun. Kişilər və qadınlar bir-birindən seçilsin.


Qabaq dişlərin iti olma səbəbi buna görədir ki, onlarla kəsmək mümkün olsun. Kürsi dişini enli edib ki, onunla yeyəsən. Kəsici dişi uca edib ki, ortada bir sütun olsun. O, qabaq və kürsü dişlərini bir-birindən ayırır. Əllərin tüksüz olması buna görədir ki, insan əli ilə hər bir şeyə toxunur. Lakin tüklü olsa, buna mane olar. Tükün və dırnağın ruhsuz olmasının səbəbi budur ki, onlar böyüdükdə kəsən zaman ağrı hiss olunmasın. Qəlbin sənubər şəklində olmasının səbəbi buna görədir ki, qəlb açıqdır və ucu nazikdir ki, ciyərə daxil olsun, onun içindəki havadan istifadə etsin, beyin də onun hərarətindən zərər çəkməsin. Ağ ciyərin 2 hissə olmasının səbəbi buna görədir ki, ürək onun daxilində qərar taparaq onun hərəkət etməsi ilə istirahət etsin. Qara ciyərin çıxıntılı olmasının səbəbi budur ki, mədəyə ağırlıq edərək onu sıxsın və onun buxarları xari colsun. Böyrəyin lobya kimi olması ona görədir ki, ora məninin nöqtə-nöqtə tökülmə yeridir.


Əgər dairəvi və dörd bucaq kimi olsaydı, onlar birləşərdi, kişi onun xaric olmasından ləzzət hiss etməzdi. Məni bel sümüyündən böyrəyə tökülür. O, yığılıb-açılmaqla onu sidik kisəsinə ötürür. Dizlərin arxaya tərəf əyilmə səbəbi budur ki, insan qabağa tərəf hərəkət edir. Gərək tarazlıq olsun. Belə olmasa, yol getdikdə insan yıxıla bilər. Ayağın içinin əyri olmasının səbəbi buna görədir ki, əgər ayaq yerlə bir olsaydı, dəyirman ağırlığında olardı. Hindli kişi dedi: - Bu qədər elmlər sənə haradan yetişib?

İmam (ə) buyurdu: - Onu atamdan, babalarımdan, Allahın Rəsulundan (s), Cəbraildən və ruhu, cismi yaradan Allahdan öyrənmişəm. Hindli kişi dedi: - Düz deyirsən, mən şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) onun peyğəmbəri və bəndəsidir. Sən öz zamanının ən bilici şəxsisən.

Views: 920 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024