İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Oktyabr » 15 » İmanın tərifi
9:12 AM
İmanın tərifi
İnsanların mənəvi və yüksək inamları, onların bu aləmdə olan bəzi həqiqətlərə qarşı iman və etiqadından doğan bir şeydir. İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və etiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə insanlara təqdim etdiyi dünya görüşündən doğan məsələlərdir. Buna görə də, insanın yüksək mənəvi inamı özü üçün fikri və etiqadi bünövrə qurduqdan sonra «iman» adını kəsb edir. (M.Mütəhhəri. İnsan və iman. səh-12-13.)


Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk etmək deməkdir.


Görəsən Quranda buyurulan iman da belədir, yoxsa yox? Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.


Hətta bəzən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara rəğbət bəsləyirlər.


Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı olmadığını söyləmələrinin səbəbi, Quranda Allahı və Onun peyğəmbərini, eləcə də məadı hamıdan yaxşı dərk edən, amma bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin ki, bu varlığın Şeytan olması hamıya məlumdur. Şeytan Allahı bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O, mələkləri, peyğəmbərləri və məadı çox gözəl dərk edir, amma buna baxmayaraq Quran onun kafir olduğunu söyləyib buyurur: «...Kanə minəl kafirin». (Sad surəsi-74). Yəni [Şeytan] kafirlərdən oldu.


Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mömin olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk etdiyi həqiqət qarşısında təslim olmur və Ona rəğbət bəsləmir.


Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı deyildir. İslam filosoflarının çoxu Quranda «Ət-Tin» surəsindəki «...İlləlləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsini nəzəri hikmət, «Və əmilussalihat»ı (saleh əməllər edənlərin) isə əməli hikmət adlandırırlar.



Halbuki, «...İlləlləzinə amənu» ifadəsi nəzəri hikmətdən daha yüksək bir mənanı çatdırır və nəzəri hikmət bu yüksək mənalı məfhumun yalnız bir hissəsidir.


Deməli, bütün bu söylədiyimiz elm, mərifət, idrak və sair məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da təslim, meyl və rəğbətdir. (Kamil insan. səh-126-128.)


İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı olduqda təslim deməkdir, yəni Allahı tanıyıb Ona rəğbətlə təslim olmaq. (Əxlaqın fəlsəfəsi. səh-245.)


İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə insan əgər bəzi şeylərə qarşı kafir olmasa, mömin ola bilməz. Üsyan olmasa, təslim məfhumu öz mənasını əldən vermiş olur. Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq «iman» sayılır.


Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: «La ilahə illəllah» (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur). Burada bir təsdiq və bir də inkar vardır.


İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim və iman olmalıdır. Ayətəl-kursidə buyurulur: «Hər kəs Şeytanı [və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o artıq [qırılmaq bilməyən] ən möhkəm bir ipdən [dəstəkdən] yapışmış olur.»


Quran burada da birinci küfrün, sonra isə imanın adını çəkir. Səid ibni Ənsari Peyğəmbərin (s) səhabələrindən biri olmuşdur. Peyğəmbər (s) onun barəsində söyləmişdir: Səid qeyrətli bir şəxsdir, mən ondan qeyrətliyəm və Allah da məndən qeyrətlidir.


«Allah məndən də qeyrətlidir» sözünün mənası o deməkdir ki, O, heç vaxt özünə şərik qəbul etmir. Allah-təala insanlardan yalnız Onun qarşısında təslim olub, başqa heç bir şeyə baş əyməməyi tələb edir. Ona şərik qoşulmamalıdır. Həm Allaha, həm də onun ziddinə təslim olmaq qeyri-mümkündür.


İmanda agahlıq, rəğbət və meyl, təslim olmaq, tağuta (Allahın ziddinə) küfr bəsləmək ünsürlərinin hamısı bir yerdə cəm olmuşdur. «İman elm və agahlıqdan daha genişdir» ifadəsinin mənası da məhz budur.


İmanın elmlə olan bağlılığı


İmanı tərifində onun elmlə olan bağlılığı da aydınlaşdı və elmin imanla birgə olduğu açıqlandı. Elimsiz iman həqiqi iman sayılmır. Tarixdə elmin imandan ayrı düşməsi nəticəsində meydana gələn faciə və ziyanlar haqqında çox danışılmışdır. İman yalnız elm sayəsində mövhumat və xurafatlardan təmizlənə bilər. İman elmdən uzaq düşdükdə, mürtəce bir əqidəyə dönər, yəni ifrat dərəcədə dindar olub, başqa dinlərə qarşı ədavət və kin bəsləməyə çevrilər və ümumbəşəri tərəqqinin qarşısını alar. Elm və mərifət olmayan yerdə nadan möminlərin imanı, zirək münafiqlərin əlində alətə çevrilər. Buna nümunə olaraq, islamın ilk çağlarındakı xəvaric firqəsini və indiyə qədər müxtəlif şəkillərdə zahir olan ayrı-ayrı dəstələri misal gətirmək olar. (M.Mütəhhəri. İnsan və iman, səh-35.)


İmansız elmin faydasız olması, eləcə də insanların inkişaf və tərəqqisi qarşısında maneəyə çevrilməsi məlum məsələdir. Elm insana işıqlandırıcı qüdrət verər, amma istiqamətləndirə bilməz.


Deməli, elm və iman bir-birini kamilləşdirən iki müxtəlif şeylərdir. Elm insanın yarısını, iman isə qalan hissəsini qurub düzəldir.


1. Elm, bizə işıqlandırıcı qüdrət, iman isə eşq və ümid bəxş edir;

2. Elm alət, iman isə məqsəd yetişdirər;

3. Elm bizə sürət bəxş edir, iman isə yol göstərər;

4. Elm bacarıq, iman isə gözəl istəkdir;

5. Elm bizə varlıqları tanıtdırır, iman isə «nə etmək lazımdır» məsələsini ilham edər;

6. Elm zahiri, iman isə batini bir inqilabdır;

7. Elm dünyanı insan üçün münasib vəziyyətə gətirib çıxarır, iman isə insanın ruhunu insanlığa yönəldir;

8. Elm insanın vücudunu horizontal, iman isə vertikal şəkildə genişləndirir;

9. Elm təbiəti, iman isə insanları qurub düzəldir;

10. Elm və iman hər ikisi insana qüdrət bəxş edir, amma elm fasiləli, iman isə fasiləsiz olaraq bu işi görür;

11. Elm ağılın, iman isə ruhun gözəlliyidir;

12. Elm insanlar üçün zahirdə, iman isə batində əmniyyət yaradır. Elm insanları müxtəlif xəstəliklərdən, tufanlardan, iman isə iztirablardan, tənhalıq və ümidsizlik hissləri kimi ruhi sıxıntılardan qoruyur;

13. Elm dünyanı insanla, iman isə insanı özü ilə uyğunlaşdırır;

14. Bütün bunlardan ən əhəmiyyətlisi budur ki, elm zülmə qarşı mübarizə aparmağa qadir deyil, amma imanın əsl işi məhz budur. Elm zülmkarların qarşısını almağa, yəni bəşəri ədalətli olmağa vadar etməyə qadir deyil. Çünki elm həm zülümkara, həm də zülmə məruz qalana qüdrət bəxş edir. Nəticədə hər iki tərəf bir-biri ilə yüksək səviyyədə mübarizəyə qalxırlar. Elmin olmadığı zaman, insanlar bir-biri ilə qılıncla, elm gəldikdə isə top-tüfənglə mübarizə edirlər.


Elm heç bir zümlkarın qarşısını ala bilməmişdir, çünki elm insanlara meyl, rəğbət və duyğu deyil, yalnız qüdrət bəxş edir. Elm insanlara fərdi və şəxsi mənfəətlərin fövqündə dayanan heç bir məqsəd və ya məram vermir. Amma iman məhz bu işi görür.


İman zülmlə iki cəbhədə mübarizə edir: biri zülmə məruz qalanın, o birisi isə zülmkarın cəbhəsində. İman birinci cəbhədə, zülmə məruz qalana zülmü heç vaxt qəbul etməməsini və onunla mübarizə aparmasını təkid edərək Allah dərgahında zülmü qəbul etməklə, zülm etmək arasında heç bir fərq olmamasını vurğulayır. İman bu yolla zülmə məruz qalanı özünü müdafiə etməyə dəvət edir.

İkinci cəbhədə isə, təsiredici rol oynayan mənəvi bir amil kimi, insanları daimi zülm etməkdən yayındırır. Bəşər övladının çoxu məhz imanlı olduğuna görə, başqalarına zülm etməkdən boyun qaçırırlar. (İmandan qaçış. Səh-184-185.)

Category: Salam | Views: 732 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024