Əsas Menu | | Alimlərimizin Saytları |
|
Allahın CC adları |
|
Saytda olanlar |
Ümumi: 3 Qonaq: 3 İstifadəçi: 0
|
Saytımıza Daxil Ol |
| Kəbə
|
|
|
Main » 2012 » Fevral » 9 » İnsaf ələyindən keçir, göz yaşıyla yoğur, eşq odunda bişir
12:32 PM İnsaf ələyindən keçir, göz yaşıyla yoğur, eşq odunda bişir |
Övliyalardan biri yoldan ötərkən təsadüfən dəlixananın yanından keçir. Övliya görür ki, dəlixananın nəzarətçisi toxmaqla nə isə əzir. Soruşur: -Nə edirsən? -Dəlilərə dərman hazırlayıram - deyir. -Mənə də bir dərman verərsənmi? - söruşur övliya. Nəzarətçi ondan xəstəliyini soruşur. Övliya deyir: -Xəstəliyim günah xəstəliyidir, çox günah işlədirəm. Nəzarətçi çiyinlərini çəkir: -Məndə belə bir xəstəliyə dərman yoxdur deyir. Onların söhbətini eşidən dəlilərdən biri "gəl sənə dərman deyim" söyləyir. Övliya maraqlanır: -Nədir dediyin dərman? Dəli deyir: -Tövbə kökü ilə istiğfar yarpağını qarışdır, qəlb qabında tövhid toxmağı ilə əz. Sonra insaf ələyindən keçir, göz yaşıyla yoğur, eşq odunda bişir və səhər-axşam ye! Övliya ah çəkir: -Gidi dünya! Günah xəstəliyindən qurtulduğumu bilsələr güman ki sənin yanına salacaqlar!
|
Category: Salam |
Views: 614 |
Added by: ehlibeytasiqi
| Rating: 0.0/0 |
|