İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Dekabr » 14 » İslam və irfan
11:11 AM
İslam və irfan
İslami cəmiyyətdə mənfəətpərəstliyə yer yoxdur
Hörmətli oxucular! Bu məqalə Hacı Şahin Həsənlinin 2011-2012-ci illərdə paytaxtın "Məşhədi Dadaş” məscidində oxuduğu cümə xütbələri əsasında yazılıb. 

Son zamanlar bəzi dini çevrələrdə irfani baxışların kütləviləşməməsi və yaxud irfanı dini baxışlar sistemində müstəqil bir sahə kimi ayırmaq barədə fikirlər səslənir. Bununla qətiyyətlə razılaşmaq olmaz. Cism ruhsuz yaşamadığı kimi, şəriət irfansız yaşaya bilməz. İslamın istənilən məsələyə baxışı irfandan, yəni Allaha qəlbi mərifətdən qaynaqlanır. İrfan dinin dərinliyidir, mahiyyətidir. Məsumlardan rəvayət olunur ki, özünü tanımayan Rəbbini tanımaz. Yəni bütün sirlər ilahi ruhun daşıyıcısı olan insanın daxilindədir. Kənar aləm daxili tanımağa vasitədir, fondur. Şəriət vasitəsilə ruh təmizləndikcə insan maddi asılılıqlardan azad olur və qəlbində olan həqiqətlər üzə çıxır. Ona görə də, irfanın əqidə, əhkam, əxlaq kimi müstəqil bir sahəyə çevirilməsi qeyri-mümkündür. Xristianlarda belə təcrübə oldu, ona görə müasir dövrdə xristianlıq etnik mənsubiyyət səviyyəsinə endi. Xristianlıq Allahı insandan kənarlaşdırdı və insanın təkamül axtarışlarını xarici aləmə yönəltdi. Hərçənd, necəki hədislər buyurur, qəlb – Allahın hərəmidir. Allah qəlbdə gizlənib və onu təbiətin nişanələrində yox, daxilində axtarmaq lazımdır. Və burada qəribə paradoks yaranır – daxili aləmi görmək istəsən, gərək "mənəmçilik” qəliblərindən azad olasan. Sufiliklə irfanın da əsas fərqi bundadır. İlahi mərifət axtarışına çıxan sufi daxilinə qapanıb şəriəti tərk edir, bunun sayəsində cəmiyyətdən təcrid olur, çünki şəriət yalnız ictimai həyatda kamil şəkildə icra oluna bilər. Ona görə də sufilərdən fərqli olaraq ariflər cəmiyyətdə yaşayıb şəriəti tərk etmirlər. Şəriətin əsas funksiyası insanı mənəmçilikdən azad edib daxili aləminə nəzər salmağa imkan yaratmaqdır. İnsan başqaları ilə münasibətdə öz nəfsani istəklərini sındıra bilər.

İslamın istənilən sahəsi irfani baxışlara köklənməlidir, yalnız bundan sonra İslam və iqtisadiyyat, İslam və siyasət, İslam və hüquq mövzusunda danışmaq olar. Məsələn, götürək Məhdinin (ə) intizarı mövzusunu. İrfani anlayışda intizarın nə olduğunu anlamasaq, Məhdinin (ə) intizarını çəkmək mənasız olur. İntizarı 12-ci imamımızın (ə) qeybə çəkilməsi yaratmayıb. Öncəki peyğəmbər və imamlar da intizar çəkiblər. İrfan ədəbiyyətında da bu məsləyə tez-tez rast gəlirik. İlahi övliyalar hansısa hicrandan danışır, ah çəkirlər:

"Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?!”

Bu hansı hicrandır ki, ariflərin yuxusunu gözündən alır, onları dərin qəmə qərq edir? Bu hicran nədir ki, insan ondan qurtulmağa can atır? Quran bizə anladır ki, insanın cismi onun həqiqəti deyil, hətta həqiqətinin bir parçası da deyil. İnsanın həqiqəti, mahiyyəti onun ruhudur – Allahın üfürdüyü ruh. İnsanın ruhu maddi dünyanın malı deyil, Allahın yanında enib maddi aləmə ki, burada təkamül edib qayıtsın öz mənbəyinə - Allaha. Odur ki, bütün kamallar və gözəlliklər insanı daim özünə cəzb edir. Bəziləri kamalın və gözəlliyin hansısa təzahürünə meyillənir, bəziləri isə mənbəni – Allahı tapır və ona tərəf pərvaz edir. Bu cazibəyə irafan dilində eşq deyilir. İnsan həqiqəti anladıqda, bu dünya onun geniş ruhuna dar gəlir və pərvaz edib Məşuquna qovuşmağa can atır. İnsan həqiqi vətəninin və orada Məşuqu ilə görüşünün intizarındadır. İlk intizar çəkən şəxs Adəmdir (ə). Allah dərgahından bu dünyaya enəndə ağladı, maddi aləmin məhdudluğundan əziyyət çəkdi. İnsan sanki bir quş kimi, qəfəsdən qurtulub uçmaq istəyir. Necəki, İmam Sadiq (ə) buyurur:

"Dünya möminin zindanıdır...”

İslam məntiqi ilə, kim bu qurtuluşu gözləmirsə, hələ insaniyyətin nə olduğunu anlamır. Yeyir, yatır, heyvanlarla eyni həyat tərzi sürür, lakin hardan gəlib və hara getdiyini bilmir, düşünmür. Bu barədə düşünərsə, kim olduğunu anlayarsa, durumundan narazı qalar və qurtuluşunu istəyər. Quranın bildirdiyi kimi, dünyada rahatlıq yoxdur. Yəni dünya həyatı nə qədər dolğun və gözəl olsa belə, insan ruhunun tələbatlarını tam ödəmək, insanı qane etmək iqtidarında deyil. Ancaq bu narazılıq ümidsizlik anlamına gəlmir. Bu narazılıq zarıldamaq, hər şeydə bir nöqsan tapmaq da deyil. İnsan dünyanın bir təkamül mərhələsi olduğunu, bu yolun sonunda da onu qane edə biləcək bir aləmin mövcudluğunu bilir. O aləmə can atır, maddiyyata bağlanmır. Bu intizar Məhdinin (ə) zühurndan da öncə var idi, zühurundan sonra da olacaq. Çünki, intizar bitmir, yalnız ölüm ona son qoya bilər. Quran buyurur:

"Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də intizardadır...”

Bu intizarın şöbəsi də zühur dövrünü gözləməkdir. Alimlərdən biri öz xatirələrində danışırdı ki, gəncliyində zühur dövrünün əlamətlərini öyrənirdi. Əlamətlərin bəzilərinin baş tutduğunu görəndə, qaçdı ustadının yanına və dedi: "Zəmanənin imamı gəlir! Görəsən bu nə zaman baş tutacaq?” Ustadı buyurdu: "Tutalım, gələn cümə. Sən hazırsan zühura?” Tələbə sükut etdi. Ustad bir daha sual verdi: "Birdən, bu gecə Əzrailin gəldiyini bilsən, yenəmi intizar çəkərsən?” Tələbə yox cavabı verdi. Onda ustad ərklə dedi: "Get, oyun çıxartma”. Yəni irfani mənada intizar çəkməyən şəxsin İmam Məhdini (ə) gözləyə bilməz. Bunun da səbəbi, imamın kimliyindədir.

İlahi peyğəmbərlərin və imamların şəxsiyyəti və missiyası barədə çoxsaylı ədəbiyyat yazılıb. Bir yandan bilirik ki, Həzrət Muhəmməd (s) insanlar üçün nümunədir, Allahın vəhyini çatdırandır. İmamlar isə bu vəhyi insanlara aşılayan, ilahi əmrlər əsasında hökm edənlərdir. Lakin bütün bunlar məsələnin ictimai tərəfidir. İrfani baxımdan məsum peyğəmbər və imamlar insanlara təsəllidir. Yəni, Allhdan kənar düşdüklərindən bu dünyada əziyyət çəkən, bu dünyanın darlığına tab gətirməyənlər, Məşuquna qovuşmaq istəyənlər məsumlardan Allahın ətrini alırlar. Məsumun varlığı intizarı asanlaşdırır. Mənəvi zərfiyyətinin artaması səbəbi ilə maddi aləmdə bir müddət yaşamalı olan insan, Məşuqunun qoxusunu övliyalardan alır. Məsumlar ilahi rəngə bürünmüş, ilahi sifətləri mənimsəmiş şəxslərdir. İmam Sadiq (ə) buyurduğu kimi, Həzrət Rəsuləllah (s) və Əhli-Beyti (ə) "vəchullahdır” , yəni Allahın simasıdır. Dualarda məsumlara müraciət edərkən "Allahın vəchi”, "Allahın gözü” deyirik. Maddi dünyada Allahı seyr edə, Ona qovuşa bilmirik. Lakin məsumun timsalında bu hicran bir qədər asanlaşır. Qeybəti-kübra dönəmində yaşayanlar Məhdinin intizarını bu baxımdan çəkirlər ki, hazırda Allahın qoxusunu ala biləcəyimiz bir vəli aralarında yoxdur. Duaların birində Allaha şikayət edirik: "Nə nəbi var aramızda, nə vəli!” Bu intizarın irfani, ümumi mənasıdır.

Bununla belə, hədis və rəvayətlərdə məsumların İmam Məhdinin (ə) intizarını çəkdiyini görürük. Yəni özü başqalarına təsəlli verən bir məsum Məhdinin (ə) yolunu gözləməkdə idi. Məsələn, Peyğəmbər (s) Həzrət Əliyə (ə) zühur dövründən danışır, imam (ə) da ah çəkir. Bu intizarın qaynağı təbii ki, yuxarıda bəhs etdiyimiz deyil. Sualın cavabını başqa hədislə verək. Beləki, İmam Sadiqin (ə) səhabələri ondan zühur dövrünün yoxsa həmin dövrün möminlərinin üstün olması barədə soruşurlar. İmam da cavab verir ki, onun dövründə yaşayanlar daha üstündür. Çünki, İmam Məhdi (ə) haqqı bərqərar etdikdə, haqq tərəfdarları izzət sahiblər olacaqlar. Həmin dövrdə mömin olmaq asan olacaq. Lakin başqa dövrlərdə mömin olmaq əziyyətlərə qatlaşmağı tələb edir. Odur ki, zühur dövründə yaşayan möminlərin Allah yanında xeyir işlərinə görə əcrləri az, günahlarına görə cəzaları isə sərt olacaq. Onda səhabələr soruşurlar ki, belə olduqda, İmam Mehdinin (ə) zühüurunu istəmək nəyə lazımdır? İmam cavab verir: "Çünki, hamı haqqı tanıyacaq, haqqın hamısı tanınacaq”. Bu hədis intizarın bir mahiyyətini də ortaya qoyur. İnsan sadəcə öz güzaranının yaxşı olması üçün deyil, Haqqı sevdiyindən Haqqın iqtidarını görmək arzusu ilə yaşamalıdır. Zülm etməmək azdır, zülmə qarşı olmaq lazımdır. Özün üçün ədalət tələb etmək azdır, ədalətin hamı üçün olmasını istəmək lazımdır. İnsanın ruhu geniş olduqca, o yalnız özünü deyil bütün bəşəriyyəti düşünür. Bu həm də mənəvi məsələlərə də şamildir. İnsanın cənnət istəməsi azdır, insan hamını cənnətdə görmək istəməlidir. Özünə rəva bildikləri bütün yaxşılıqları, hətta tanımadığı insanlara da rəva bilməlidir. Bütün peyğəmbərlər və onların vəsiləri bilirdilər ki, gətirdikləri din yalnız Məhdi (ə) zamanında kamil şəkildə tanınacaq. Yalnız o zaman Haqq zülm altında deyil, qüdrətin nəhayətində olacaq. Haqqın iqtidarda olduğu şəraitdə isə insanlar öz potensialını asanlıqla reallaşdıra biləcəklər. Bunu yalnız mənəmçilik buxovundan azad olan insan arzulaya bilər. Çünki, mümkündür ki, Məhdinin (ə) qurduğu dövlətdə yaşamağımıza əmin olmayaq, amma kimlərinsə o dövlətdə yaşayacağına əminik. Onların və ümumilikdə bəşəriyyətin xeyrini istəmək kamil insanın mühüm xüsusiyyətidir. İnsan yalnız öz arzuları dolu bir dünya ilə özünü məhdudlaşdırmamalıdır, geniş ruhuna xas olan tərzdə başqalarının dərdinə yanmağı bacarmalıdır.

İntizara irfani fəzada yanaşmağımız incə bir məsələnin həllidir, əslində. Başqasını düşünmək barədə ətraflı danışacağıq, amma bu yanaşmanın kökündə duran mühüm bir məsələ var. Bu günə kimi bəşəriyyətin ərsəyə gətirdiyi, hətta din libası geyindirdiyi düzən və mədəniyyətlərin kökündə mənfəətpərəstlik durub. Ogüst Kontun nəzəriyyəsini rəhbər tutub iddia etmək olar ki, qədim tarix başdan başa dinə əsaslanırdı, amma dərinə vardıqda belə olmayıb. Tarixin istənilən dövründə insanların dini inanclarına nəzər salsaq, şübhəsiz deyə bilərik ki, dünyagörüşün mərkəzində heç zaman Allah-bəndə münasibətləri durmayıb. İstisnalardan söhbət getmir, kütləvi şüurdan danışırıq. Hətta müsəlman sivilizasiyasını götürsək görərik ki, tək-tük insan xaric olmaq şərtilə, dini şüur özü bütövlükdə Allaha mənfəət mənbəyi kimi baxmağa dayanırdı. Cənnət arzusu və ya cəhənnəm qorxusu öz nəhayətində elə mənfəətpərstliyin bir növüdür. Həzrət Əli (ə) buyurduğu kimi, cənnət şövqü ilə ibatəd edənlərin ibadəti ticarətdir, bəndənin ibadəti isə yalnız Allah sevdası ilə edilməlidir. Düzdü Quran cənnət nemətləri və cəhənnəm əzabından danışır, yəni şirnikdirir və qorxudur, lakin bu, insan adlı bir varlığın ilahi mərifət yolunda ilk addım atması üçündür. İnsanın maddiyyatdan qopması inqilabi üsulla deyil, təkamüllə baş verməlidir. Bu proses tədricidir və ilk öncə mücərrəd nemət və əzabın mövcudluğunu qəbul edilməsindən başlamalıdır. İnsan maddi dünyanın fövqündə duran bir aləmi istəməlidir, sonra həmin aləmin Məşuqu ilə görüş məkanı olduğunu anlamalıdır. Yəni cənnət nədir? Allahla görüşəcəyin məkan. Cəhənnəm nədir? Allahı görə bilməyəcəyin məkan. Odur ki, Həzrət Əli (ə) "Kumeyl” duasında buyurur:

"Tutalım Cəhənnəm odunun hərarətinə dözdüm, bəs Səndən ayrılığa necə dözüm?”

Müsəlmanların şüuru bu həddə deyildi deyə, müsəlman mədəniyyəti tənəzzülə məhkum oldu. Digər sivilizasiyalar kimi, o da yalnız keçmişdə bir yer tutdu və sivilizasiyaların əvəzlənməsi estafetini Qərbə ötürdü. Bu gün Qərb dünyagörüşünü mənfəət üzərində qurulduğuna görə tənqid edib öz keçmişimizlə öyünürük. Sual verilməlidir ki, keçmişimiz Qərbin müasirliyindən fərqlənirdimi? Məgər müsəlmanlar dini baxışlarını təkmiləşdirmək əvəzinə yerlərində addımlamırdılarmı? Cənnət-cəhənnəm mövzusu hansısa mistik aləmə inam deyil, insanın psixoloji tələbatlarının və mədəniyyətin kökləndiyi əsasların göstəricisidir. Ona görə intizar mövzusunda mənfəətpərstliyə yer yoxdur. Bütün tarix zühur dönəminə müqəddimədir, müqəddimə isə insanın arif olmasına zəminə yaratmaqdan ibarətdir. Yəni gələcəkdə qurulacaq bir düzəndə yalnız ilahi eşq var. Kərbəla hadisəsinə nəzər salsaq bunu asan dərk edə bilərik. Kərbəla çölündə İmam Hüseyn (ə) və səhabələri bir düzən yaratdı ki, orada nəinki dünya, hətta cənnət şövqü ilə yaşayan bir nəfər də yox idi. Sayları yüz otuza yaxın olan qadın və kişilər ölüm dərsi yox, həyat dərsi verdilər bəşəriyətə. Kərbəlaya gəlməklə dünyapərəsət olmadıqlarını göstərdilər. Lakin Aşura günü aşiq olduqlarını nümayiş etdirdilər. İmam Hüseyn (ə) can verən şəhidlərin başı üstünə gələndə onların bir sualı var idi: "Əhdimizə vəfa etdik?” Soruşmurdular ki, cənnət onlara vacib oldu və yaxud cəhənnəmdən nicat tapdılar? Sual bu idi: "Allahla bağladığımız əhdə sadiq olduq? Allah bizdən razı qaldı? Nəhayət ki, Allahın görüşünə çata biləcəyik? Eşqimizə eşqlə cavab ala bildik?” Onları maraqlandıran yalnız Məşuqları idi. Odur ki, zühur dövrünə hazırlıq məhz eşqdən başlamalıdır, çünki yeni tarixi yazanlar ilahi vurğunlar olacaqlar. Məkan və zamanın fövqündə duran insanlar, bu məkan cənnət, zaman isə əbədiyyat olsa belə.

Category: Salam | Views: 1413 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024