İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 6
Qonaq: 6
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Avqust » 24 » İSLAMDA ÖVLAD TƏRBİYƏSİ HAQDA BİR NEÇƏ NÖQTƏ
2:25 PM
İSLAMDA ÖVLAD TƏRBİYƏSİ HAQDA BİR NEÇƏ NÖQTƏ
(İslami saytlara istinadən)

Mütəxəssislər uşağın inkişafını bir neçə dövrə bölüblər. Onun birinci dövrü - süd içməklə başlanan dövrüdür. Bu mərhələ uşağın ağlının, dilinin, ictimai tərbiyəsinin formalaşdığı ən mühüm dövrdür. Ona görə də bu mərhələdə valideynlərin xüsusi diqqəti tələb olunur.
Uşağın Allahı tanıması

Körpə fitri olaraq, Allaha imanla dünyaya gəlir. O zaman ki, o, özü, ata-anası və yaradılışı haqqında sual verməyə başlayır, o deməkdir ki, ağlı Xaliqi qəbul etməyə hazırdır. Belə ki, psixoloqların nəzərincə bu dövrdə valideynin vəzifəsi odur ki, uşağın məhdud ağlı səviyyəsində Allahı onlara tanıtsın. Qəlbindəki iman nurunu alovlandırsınlar.

Allaha iman ən mühüm dəyərlərdən biridir ki, körpənin qəlbinə onun toxumları səpilməlidir. Bu iman gələcəkdə ona yaşamaq sevinci və Xaliqə etimad bəxş edəcək və dindən uzaqlaşmasının qarşısını alacaqdır.

Bu dövrdə təlim-tərbiyədə tələsmək lazım deyildir. Uşağın inkişaf mərhələsinə uyğun olaraq, onun dili ilə tərbiyə edilməlidir. Həzrət İmam Baqir (ə) bu tərbiyə haqda buyurmuşdur: "O zaman ki, oğlan uşağı üç yaşına çatdı, ona yeddi dəfə "Lə ilahə illəllah” deməyi öyrədin. Sonra onu üç yaş, yeddi ay, 20 gün öz başına buraxın. Bu zaman ona "Muhəmmədən (ə) Rəsullah” kəlməsini yeddi dəfə deməyi öyrədin. Sonra dörd yaşına qədər onunla işiniz olmasın. Bu yaşda ona "Salləllahu alə-Muhəmməd və Ali-Muhəmməd” kəlməsini yeddi dəfə deməyi öyrədin. Sonra beş yaşı olana qədər onunla işiniz olmasın. Beş yaşında onun sağ və sol əli haqqında soruşun. Əgər sağ və sol tərəfini müəyyən edə bilirsə, onun üzünü qibləyə tərəf edib, səcdə etməsini əmr edin. Yeddi yaşına qədər ona heç nə öyrətməyin. Yeddi yaşının sonunda əgər əl-üzünü yuya bilirsə, ona deyin: namaz qıl. Sonra yenə doqquz yaşına qədər azad buraxın. Doqquz yaşında ona dəstəmaz almağı və namaz qılmağı öyrədin. Boyun qaçırarsa, tənbih edin. Əgər dəstəmazı və namazı öyrənərsə, Allah Təala onu və ata və anasını bağışlayar, inşallah”.

Bu tərbiyə metodunu yeni psixologiya elmi də təsdiq etmişdir. Uşaq iki və üç yaşlarında bir çox əşyanın adını çəkə bilir və onların arasında rabitə yaradır. Üç yaşında səlis cümlə deyə bilir. Bu da ona ibtidai cümlələr qurmağa imkan verir.

Doktor Spok deyir: "Uşaqda Allaha iman və eşq zəminəsi, valideynin Allaha olan zəminəsinin eynidir”.

Uşaq üç yaşından altı yaşına qədər hər şeydə valideynə təqlid etməyə çalışır. Belə ki, onlar uşaqlarına Allahdan danışanda, uşaqlarında Allaha olan iman öyrətdikləri kimi olacaqdır.

Nəticədə uşaq təsəvvüründə Allah haqqında müəyyən biliyə malik olacaqdır. Bu təsəvvür gözəl olacaqdır. O, biləcəkdir ki, valideynlərindən də qüdrətli və rəhman başqa bir varlıq vardır. Onu sevməyə başlayacaq və Onun mehriban olmasına inanacaqdır.

Əgər Qiyamət gününü onun üçün təsvir etmək istəsək, yaxşı olar ki, behişt nemətləri ilə bunu təsvir edək. Onun xoşladığı yeməklər, içməklər, oyuncaqların adını çəkməklə başa salaq ki, əgər yaxşı və imanlı insan olsa, behiştə gedəcək və əgər bunları etməsə, behiştdən məhrum olacaqdır. Cəhənnəm və oradakı əzablar haqda yaxşı olar ki, bu mərhələdə danışmayasınız.

Həzrət Peyğəmbərə (s) və Əhli-Beytə (ə) məhəbbət

Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı üç xüsusiyyətdə tərbiyə edin: Peyğəmbərlərinə (s) dostluq, Əhli-Beytə (ə) məhəbbət və Quran tilavəti”.

Bu mərhələdə olan uşaqlarda idrak, hisslər, sevgi formalaşır və inkişaf edir. Dostluq və düşmənlik, nifrət, meyl etmək, meysizlik kimi hisslər inkişaf edir. Valideynlər bu yaşda olan uşaqların gərək idraklarını inkişaf etdirsinlər. Onları bəşərin ən yaxşı nümunələrinə tərəf istiqamətləndirsinlər. Batinlərinə Peyğəmbər (s) və Əhli-Beytə (ə) qarşı məhəbbət aşılasınlar. Bunun da ən yaxşı yolu - onlar haqqında dastanlar danışmaq və uşaqlara hədislər oxumaqdır. Bu yolla uşağı Peyğəmbərin (s) həyatı ilə tanış etmək olar.

Kiçik yaşlarında uşaqlarda Qurana məhəbbət aşılanmalıdır. Onları dərk edə biləcəkləri ayələrlə tanış edib, əzbərləyə biləcəkləri ayələri öyrətmək yaxşı olardı. Bu yolla uşaq Qurana məhəbbətlə boyüyər.

Uşaq əgər ata və ananın sözünə qulaq asmağa adət etməsə, məktəbdə də özünü bu cür aparacaq və həm valideynləri, həm də cəmiyyət üçün problem yaradacaqdır.

Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: "Kiçik yaşlı uşağın atasına qarşı etdiyi cəsarət böyük yaşlarında (onunla) müxalifət etməyə səbəb olacaqdır”. Həzrət İmam Muhəmməd Baqir (ə) buyurur: "Ən pis övlad o kəslərdir ki, nöqsanları və çatışmamazlıqları onları (valideyn ilə) müxalifətlik etməyə sövq edər”.

Ona görə də valideyn səy etməlidir ki, övladı onun sözünü, nəsihətini eşitsin və qəbul etsin. Çünki bu mərhələdə uşağın şəxsiyyəti formalaşır. Ona görə də valideynin daha çox səy və çalışmasına ehtiyac duyur. Uşağın söz eşidən kimi böyüməsində eşq və məhəbbət hissləri böyük rol oynayır.

Doktor Yəsra Əbdülmöhsün deyir: "Uşağın sözə qulaq asan və itaət etməsinə təsir edən mühüm amil - ailənin bütün üzvlərinin məhəbbət və dostluğudur”.

Uşaqda itaət edən ruhiyyəsini əmələ gətirən meyarlar: təhlükəsizlik, məhəbbət, azadlıq və nəzarətedici qüvvələrə ehtiyacdır.

Beləliklə, əgər uşaq ata və anası tərəfdən dostluq və məhəbbət hiss edərsə, çalışacaq ki, onların razılığını qazansın və onların xoşladığı işləri görsün. Burada ən mühüm amil məhəbbətdir ki, itaətə gətirib çıxarır. Həzrət Peyğəmbər (s) buyurur: "Allah o ata və anaya rəhmət etsin ki, övladlarını ata və anaya yaxşlıq etmək ruhunda tərbiyə ediblər”. Başqa bir yerdə o Həzrət buyurur: "Allah rəhmət etsin o kəsə ki, övladına yaxşı işlərdə yardım edər, halbuki pis işlərindən keçər və xəlvətdə özü və Allahı onun üçün dua edər”. Həzrət (s) yenə buyurur: "Allah rəhmət etsin o kəsə ki, yaxşı işlər görməkdə övladına yardım edər. Asan işlərini qəbul edər, pis işlərindən keçər (yəni ondan ağır işlər istəməz). Onu (öz əmr-be-mərufu və nəhy-əz-münkəri ilə) yormasın və ona hörmətsizliyi rəva bilməsin”. "Övladın ata və anaya sevgi bəsləməsi, ata və ananın övladına bəslədiyi eşqin inikasıdır”.

O uşaq ki, valideynlərinin məhəbbəti əhatəsindədir, ata və anasının göstərişlərini yerinə yetirməkdə xarlıq və alçaqlıq hissi keçirtməyəcəkdir. Bu məhəbbət nəticəsində valideynlərinə təqlid kökləri inkişaf edər. Nəticədə onların rəftarlarını inikas etdirər. Onların istəklərinə müsbət cavab verər.

Uşaqla yaxşı rəftar etmək və ona hörmət etmək

Bu yaşda olan uşaq valideyn diqqətinə və sevgisinə ehtiyac duyur. O, istəyir ki, onun şəxsiyyətinə qiymət verilsin. O, hər nə qədər məhəbbəti hiss edərsə, bir o qədər də layiqli və sözə qulaqasan böyüyər. Nəticədə onun ağlı, sevgisi, ictimai inkişafı kamala çatar. O kəsləri ki, sevir, onları özünə nümunə hesab edər. Onların adətlərini, bildiklərini, xeyrixahlıqlarını qəbul edər, onların rəftarlarını öz rəftarında inikas etdirər. Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınıza hörmət edin və yaxşı tərbiyə edin”.

"Atanın övladına məhəbbətlə baxması - ibadətdir”.

"Uşaqlarınızı sevin və onlara qarşı mehriban olun. Əgər onlara söz vermisinizsə, əməl edin. Çünki onlar siz ata və anaları ruzi verən kimi tanıyırlar”.

Uşağa məhəbbət göstərməyin və diqqət etməyin başqa bir göstəricisi - onu tərifləmək, kiçik işlərini böyük göstərərək, dəyər verməkdir. Onun dediklərini və etdiklərini kiçik hesab etməyin. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah rəhmət etsin o kəsə ki, yaxşı işlər görməkdə övladına kömək edər. Kiçik işlərini qəbul edin və onlardan gücləri çatmayan işlər istəməyin və onlara hörmətsizliyi rəva bilməyin”.

Uşağı öpmək - ona mehribanlıq göstərməyin ən yaxşı yoludur. Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı çox öpün. Çünki hər öpüş qarşısında sizə behiştdə dərəcə yazılar”. O Həzrət (s) başqa yerdə buyurub: "Hər kim övladını öpərsə, ona həsənə yazılar. Hər kim qəlbini sevindirərsə, Allah Qiyamətdə onu şad edər”.

Həzrət İmam Sadiq (ə) buyurur: "Atanıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsin”.

Uşağın bu məhəbbəti hiss etməsi üçün ona məhəbbətli və mehriban sözlər demək lazımdır. Hədislərdə oxuyuruq ki, İmam Həsən (ə) ilə İmam Hüseyn (ə) uşaq vaxtı Həzrət Peyğəmbərin (s) yanına gələrdilər. Onlardan biri sağ çiyninə, o birisi isə sol çiyninə dırmaşardı. Bu zaman Həzrət Peyğəmbər (s) buyurardı: "Bunlar mənim dünyada iki xoşətirli güllərimdir”.

Peyğəmbərimiz (s) uşaqların şəxsiyyətinə dəyər verdiyini göstərmək üçün onlara salam verərdi. Övlada hər zaman məhəbbət göstərmək lazımdır. Hətta əgər pis əməl görübdürsə və tənbeh edilməlidirsə, bilməlidirlər ki, valideynləri onları sevir.

Doktor Spok deyir: "Biz atalar gərək imkan verməyək ki, uşaqlar ömürləri boyu tərk edilməklərini bir an belə hiss etməsinlər. Çünki bu zaman uşaq öz pis rəftarı ilə valideynin pis rəftarı arasında fərq qoymağa qadir olmaz”.

Biz təkrar və tapşırıqlar vasitəsilə uşağa öyrətməliyik ki, onun gördüyü pis işi nə valideynləri, nə də cəmiyyət bəyənir. Bu məsələnin onun sevilməyəcəyi ilə heç bir əlaqəsi yoxdur. Biz gərək onu razı salaq ki, öz çirkin əməlindən əl çəksin. Bilməlidir ki, əgər o, sözə qulaq asan və pis əməllərindən əl çəkən olarsa, daha çox məhhəbətə və sevgiyə malik olar.



Hazırladı: Məşhədi Xanım,



/Deyerler.org/

Category: Salam | Views: 2683 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024