İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Yanvar » 2 » MƏQALƏ
6:09 PM
MƏQALƏ







İMAM HÜSEYN (ə) QİYAMI və KƏRBƏLA MƏKTƏBİ


Bismillahirrəhmanirrəhim



Bu günlərdə hicri-qəməri ili ilə yeni il yəni məhərrəm ayını yaşamaqdayıq.Bu ayda müsəlman tarixinin ən şərəfli,qürurverici və eyni zamnda digər tərəfdən baxdıqda utancverici bir hadisə var.Bu hadisənin bir tərəfində İslam peyqəmbərinin (s.ə.s) əziz və sevgili nəvəsi,böyük əxlaq və iman sahibi, cənnət cavanlarının ağası adlandırdığı İmam Hüseyn digər tərəfdə isə şərab içən zinakar zülmkar,insanları günahsız yerə qətlə yetirən dindən xəbərsiz Müaviyənin oğlu lənətlik Yezid durur.

İmam Hüseyn(ə) hicri-qəməri 4-cü ilin şəban ayının 3-də Mədinə şəhərində peqəmbərin qızı hz Fatimənin və hz Əli əlehsalamın ailəsində anadan olub.Şeyx Tusi və digər alimlər İmam Rza (ə)dan nəql ediblər ki,Rəsuləllah (s.ə.s) Əsma binti Ümeysə İmamı gətirdib qundağını qucağına alıb dedi:”Ey Əbu Əbdillah,sənin öldürülməyin mənə nə qədər ağırdır.Həzrət bunu deyib ağlamağa başladı.”Əsma dedi:”Atam-anam sənə fəda olsun,bu nə xəbərdir? Birinci gün də bunu dediniz,bu gün də dey”ir və ağlayırsınız?

Peyğəmbər(s.ə.s) buyurdu:”Bu əziz balam üşun ağlayıram ki,Bəni Üməyyədən olan bir dəstə kafir və zülmkar onu öldürəcəklər.Allah mənim şəfaətimi onlara nəsib etməsin.onu dini məhv etmək istəyən bir adam öldürəcək və kafir olacaq.İlahi,İbrahim (ə)ın səndən öz uşaqları üçün istəiyi şeyi (imamlığı) mən də bu iki oğlum(həsən və Hüseyn (ə) ) üşün istəyirəm.İlahi,sən bu iki balamı və onları sevənləri sev.İlahi, hər kəs onlara düşmən olsa.ona yer-göy dolana qədər lənət elə.

Müaviyə imam Həsəni (ə) zəhərlətirib şəhid etdikdən sonra on il müddətində İmam Hüseyn (ə) imamlıq etdi.Müaviyə öləndən sonra yerinə oğlu Yezidi xəlifə qoydu.Yezid hakimiyyətini qəbul etdirmək üçün insanlra ona beyət etmək məqsədilə məktublar yazmağa başladı.Bu məktublaradan birini də İmam Hüseynə (ə) yazdı.Təbidir ki İmam Yezidin qeyri qanuni hakimiyyətini qəbul etmədi.Çünki Yezid kimi əxlaqsız islamdan xəbərsiz bir insan müsəlmanlara rəhbərlik etməyə layiq deyildi.Bəni üməyyənin anti xidməti nəticəsində islam aradan getmək üzrə idi.Artıq zülm ədalətsizlik,əxlaqsızlıq Yezidin simasında adi bir hal hesab olunurdu.Özünü müsəlmanların əmiri sayan Yezidin şərab içib piyan halda məsciddə namaz qılmağı adi hal idi.Hətta o,bəzən iki rəkətlik namazı dörd rəkətdə qılırdı.

İmam onsuz da şəhid ediləcəyini bilirdi.Çünki Yezid hər yerə imamı şəhid etmək üçün gizli adamlar göndərmişdi.Yezid Mədinə valisinə,”Hüseyndən (ə) mənim xilafətim üçün beyət istə,itaətsizlik etdiyi halda başını şama göndər.”İmam müsəlman aləmində ən təhlükəsiz yer sayılan Məkkəyə sığndı təxminən 4 ay Məkkədə yaşadı.İmamın bu hərəkətini eşidənlər,Yezidin zülmündən bezənlər onun yanına gəlib onunla birgə Yezidə qarşı vuruşacaqlarını bildirdilər.İmam həcc əməllərini yerinə yetirdikdən sonra İraqa doğru yola düşdü.Çünki bir vaxtlar atası hz Əli (ə) bu şəhərdən xilafəti idarə etmişdi və burada çoxlu tərəfdarı var idi.İmam (ə) da Kufədən çoxlu dəvət məktublar alırdı.İmam (ə) əmisi oğlu Müslüm ibn Əqili ora göndərib vəziyyəti öyrənmək istəyirdi.

Yolda İmam Hüseyni (ə) görənlər Kufəyə getməməsini deyirdilər.Çünki Yezidin fitnə qoşunu hər yeri bürümüşdü.Lakin İmam (ə) "mən hara getsəm harada olsam məni öldürəcəklərini bilirəm.Qanımın tökülməsilə Kəbənin hörməti aradan getməsin deyə Məkkədən uzaqlaşmışam”deyirdi.

Müslüm Kufədən 12 mindən çox camaatın İmama dəvət məktubunu göndərdi və onu Kufəyə dəvət etdi.Lakin Yezidin hədələri və qətilləri camaatı fikrindən döndərdi.Yezid Müslümü tutdurub amansızcasına qətlə yetirdi.O İmama son vəziyyəti bildirə bilmədi.İmam isə Kufəyə doğru gəlirdi.

İmam Hüseynin (ə) Kərbəlaya hansı gündə daxil olması barədə ixtilaf vardır ki,onlardan ən düzgünü hicri-qəməri 61-ci ilinin məhərrəm ayının 2-də daxil olmasıdır.İmam o əraziyə çatanda soruşdu:”Bu torpağın adı nədir”? Dedilər Buraya Kərbəla deyrlər.”

İmam Kərbəla adını eşidəndə dedi:”İlahi,sənə pənah gətirirəm kərb (qəm) və bəladan.”

İmam sonra buyurdu:Bura qəm,bəla,möhnət və əziyyət yeridir.Düşün yerə ki,bura bizim məskəninmiz və xeyməgahımızdır.Bu torpaq bizim qanımızın töküldüyü yerdir.Bu məkanda bizib qəbirlərimiz qazılacaq.Bunu cəddim Rəsuləllh (s.ə.s) mənə xəbər verib.”İmam bu yerdə yerləşdi.O,heç yüz nəfər belə olmayan tərəfdarı ilə 40 minə yaxın qoşunla üz-üzə durmuşdu.Yezidin bu bölgə üzrə numayəndəsi İbn ziyad qoşuna Ömər sədi başçı təin etmişdi.Bu məlunla İmamın arasında bəzi söhbətlərdə olurdu.Ömər Səd İmamla döyüşə girməyə tərəddüd edirdi.Lakin İbn Ziyad bir məktub yazıb İmamı qəti surətdə şəhid etməyi tapşırdı və məktubu Şimribn Zilcövşən ilə ona göndərdi.

Məhrrəm ayının doqquzunda döyüşə girmək istəyən qoşunun başçısı Ömərdən İmam bir gün möhlət istədi və bu gecə səhərə kimi ibadət etmək istədiyini bildirdi.Tasua gününü (məhərrəm ayının doqquzu) İmam ailəsi ilə birgə Allaha ibadət edib,Quran oxudu.Səhəri gün Aşura günü bir tərəfdə bir həftə susuz,ac İmam Hüseynin (ə) çox az sayılı (təxminən 72 nəfər) dəstəsi digər tərəfdə 40 minə yaxın yaxşı silahlanmış İbn Ziyadın qoşunu.Ömər Səd fərat çayına 400 nəfər dəstə qoyub İmamn ailəsinə su verilməməsinə əmr vermişdi.Döyüşün qızğın vaxtında hz Abbas su dalınca getdi su içmək istəyəndə susuz körpələr yadına düşdü tuluğu doldurub gətirmək istədi.Lakin məlunlar hz Abbası oxlarla yaraladılar bu qeyrət nümunəsi hər şeyə dözərək mübarizə edir onları bir-bir cəhənnəmə göndərirdi.zalımlar əvvəlcə onun bir qolunu sonra isə ikincisini də bədənindən ayırdılar.Həzrət tuluğu dişləri ilə tutdu.Lakin çoxsayılı dəstə həzrəti şəhid etdilər.

İmamın yanında kişilərlə yanaşı bacısı Zeynəb və Ümmu-Gülsüm,arvadı Rübab,qızları hz Səkinə,Fatimə,İmam Həsənin (ə) övladları,xəstə İmam Zeynaləbidin (ə) və digərləri var idi.

İmam gecə azsayılı tərəfdarlarına axrıncı sözlərini deyərək bildirdi sabah çox ağır gündür hamımız şəhid olacağıq.Kim istəyir tam azaddır gedə bilər sonra işıqlrı söndürdü ki gedənlər utanmasınlar.Sabahı gün İmamın qoşununda da 32 süvari 40 piyada qaldı.Bunların içində əks tərəfdən keçənlər də var idi.Məşhur Hürr də bunların içində idi.2-3 saat çəkən döyüşdə İmam tərəfdarlarını bir-bir itirirdi.onların içində hələ qundada olan Əliəsğər də var idi.Bütün dəstəsini itirən İmam növbənin ona çatdığını gördü.O, bacısı hz Zeynəbi çağırıb ona təsəlli verərək buyurdu:”Bacı mən səni and verirəm və gərək sən mənim andıma əməl edəsən.Bacı,mən öldürüləndən sonra mənim ölümümə görə yaxanı cırmayasan,üzünü cırmaqlamayasan.Mənim şəhadətimə vaveyla deyib fəryad etməyəsən.”

Bütün döyüşçülərini itirən özü bu şeytan qoşununun zərinə hücuma keçdi.İmam Hüseyn (ə) hansı tərəfə hücüm edirdisə ona yaxın düşməyə heç kəs cürət etmirdi.Uzaqdan oxlarla yaralanan İmam onlardan çoxunu da cəhənnəmə göndərirdi.

Yalnız qalan İmam düşmən ordusunun zərbələri ilə taqətdən düşüb yerə yıxıldı.İbn Ziyad İmamın başını gətirənə çoxlu pul və məqam vəd etmişdi.Bü çirkin işi-Peyqəmbərin (s.ə.s) sevimli nəvəsinin başının kəsilməsini yalnız məlun Şimr edə bilərdi.O,İmama yaxınlaşıb başını kəsmək istədikdə İmamın boğazını kəsə bilmədi İmam ona lənət deyib bildirdi:”Sən bilmirsən ki,oranı cəddim Rəsuləllah (s.ə.a) öpüb arxadan kəs.”Şimr İmamın Mübarək başını arxadan kəsdi.

İmam şəhid olandan sonra məlunlar xeymələri yandırıb qadınları qarət etdilər Hətta qadınların zinət əşyalarını da aldılar və onları əzizlərinin kəsilmiş başları ilə birgə İbn Ziyadın sarayına ordan da paytaxt Şama Yezidin yanına apardılar.Yol boyu başları nizəyə taxaraq nümaiş etdirdilər.Peyqəmbərin (s.ə.s) Əhli-Beytini camaat daşlarla yaralayır və digər hərəkətlərlə təhqir edirdilər.İmamın ailəsi bunlara səbr edib dözürdü.

Zeynəb (ə) şəhərləri keçərkən Yezidin əxlaqsız hərəkətlərini camaata çatdırırdı.Şamda Yezidin sarayında bu böyük əxlaq sahibi xəlifənin iç üzünü camaata çatdırdı.İmam Zenalabidini də o Yezidin əlindən qurtardı.Yezid biabır olacağını görüb onları Mədinəyə yola saldı.

Nə idi imam Hüseynin mübarizəsinin mənası?Niyə o,az bir dəstə ilə böyük qoşuna qarşı müharibəyə qalxdı?Bu bir tayfa müharibəsi idimi?14 əsr bundan qabaq baş verən hadisəyə niyə yas saxlayırq? Və s bu kimi suallarla qarşılşırıq.

Əvvəla İmam qiyam etməsəydi də onu şəhid edəcəkdilər.Yezidin cəsuslrı bunun üçün məqam axtarırdılar.İmam İslamın aradan getdiyini,Peyqəmbərin (s.ə.s) sünnəsinin məhv olduğunu,əxlaqsızlığının,zülmün tüğyün etdiyini görürdü.Ən ağırı da buna qarşı mübarizə aparan yox idi və bu hərəkətlər islamın adına yazılırdı.Yezid şərab içib camaatın qabağında durub namaz qılırdı.İmam "zillət bizdən uzaqdır deyirdi.”Bizim kimilər Yezid kimilərlə heç vaxt barışmaz,mən qiyam etməsəm ədalətsizliyə qarşı heç vaxt mübürizə olmayacaq deyirdi”Əgər İmam qiyam etməsəydi islam bu günki kimi vüsət almazdı.

Biz ona görə həm də İmamı yad edirik ki, bizim torpaqlarımız işğal altındadır,məsçidlərimiz işğaldadır,atalarımızın qəbri dağıdılır.Biz bu məktəbdən dırs alıb zülmlə barışmamağı öyrənməliyik.Bu gün bəzi yarlərdə zəncir vurmaqla,bədənə zərərə verməklə imamı yada salırlar”İmama sevgilərin bildirirlər”yalnız aşura günü İmam yada düşür məhərrəmlik çıxdıqdan sonra isə öz pis işlərimizə davam edirik.İmamı sevən əsl müsəlman onun əxlaq məktəbindən yararlanıb öz həyatında tətbiq eməlidir.Vətəni,milləti,ailəsi və dini yolunda hər şeydən keçməyə hazır olmalıdır.İmam Peyqəmbərin (s.ə.s) sünnəsi,dini üçün canını qurban verməyi özünə şərəf bildi.İmamı sevən əsl müsəlman namaz qılmalı haramdan uzaq durmalı”öz canını ucuz bilib cəhənnəmə doğru getməməlidir”

Məhəmməd (s) Peyqəmbər buyurub:Hüseynə ağlayan gözlər Qiyamət Günü ağlamaz.” "Hər kəs Hüseyn Əleyissəlamı şəhadətindən sonra ziyarət etsə ona cənnət vacib olar.”



Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!

(Əhzab 33)



Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız,pis əməllərdən ən çox çəkinəninizdir.

(Əl –Hucurat 13)



Allah bizə İmam Hüseynin (ə) əxlaq məktəbindən dərs almağı nəsib etsin.Amin!!

Views: 1029 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024