İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2012 » Noyabr » 9 » Mehribanlıq
11:46 AM
Mehribanlıq
Mərhəmət gücə qarşı qoyulmamalı, güc mərhəmətdən irəli gəlməlidir

Hörmətli oxucular! Bu məqalə Hacı Şahin Həsənlinin 2011-2012-ci illərdə paytaxtın "Məşhədi Dadaş” məscidində oxuduğu cümə xütbələri əsasında yazılıb. 


İlk baxışdan mehribançılıq mövzusu çox sadədir. Sanki din xadimlərinin dəvət etdiyi yaxşılıqlardan biri də mehribanlıqdır. Zənnimcə, mehriban olmaq sıradan bir dəyər deyil, həm fərdi, həm ictimai baxımdan mühüm olan bir məslədir. İnsanı Allaha yaxınlaşdıran amillərdən biri mehribanlıqdır, eyni zamanda cəmiyyətin əsas tənzimləyicilərindən bir də məhz bu xüsusiyyətdir. Mehribanlığı məhəbbətdən fərqləndirmək lazımdır. Məhəbbət bir haldır, mehribanlıq bu halı izhar edən vasitədir. Birinin digərinə sevgisinin göstəricisi onun mehribanlığındadır. Məhəbbət qəlbə aiddir, mehribanlıq əmələ. Quranda bir ayə var:

"...(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində yaxınlarıma (Əhli-beytimə) sevgidən başqa bir şey istəmirəm...” (Şura surəsi, ayə 23)

Burada sevgi mənasını verən "məhəbbət” yox "məvəddət” sözü istifadə olunub. Ərəb dilində məhəbbətlə məvəddətin bir fərqi var. Məhəbbəti izhar etməmək olar, amma məvəddət elan edilən, hamıya nümayiş etdirilən sevgidir. Məvəddəti ürəkdə gizlətmək olmaz, o gərək faş ola. Ayədən bəlli olur ki, Əhli-Beyti (ə) sevmək azdır, bu sevgi üzə çıxmalıdır, göstərilməlidir. Bu ayə əsasında biz məhərrəm aylarında əza məclisləri təşkil edirik. İmam Hüseyni (ə) ürəkdə sevmək azdır, bu sevgimiz barədə car çəkməliyik. Həm də mehribançılığın nə olduğunu bilməyən şəxs Əhli-Beyti (ə) sevə bilməz, onlara edilən zülmün mahiyyətini anlaya bilməz. Və yaxud hədislərdə var ki, asta səslə salavat demək ikiüzlülüyün əlamətidir. Çünki, salavat Peyğəmbərə (s) olan sevginin göstəricisidir, bu sevgi nümayiş edilməlidir. Digər ayədə Allah möminlər arasında sevgini də "məvəddət”lə eyni kökdən olan "vuddə” adlandırır:

"İman gətirib yaxşı işlər görənlər üçün Rəhman (qəlblərdə) bir sevgi yaradacaq” (Məryəm surəsi, ayə 96)

Yəni möminlər arasında da sadəcə məhəbbət deyil, izhar edilən məvəddət olmalıdır. Bu üzə təriflərəmək anlamına gəlmir. Çünki, İslam əxlaqında kimisə üzünə tərfiləmək, ona bıçaqla həmlə etməklə eyni tutulur. Məvəddət, yəni gərək insanlar bir birini sevdiyini dilə gətirsinlər. Sevgi dilə gətirilərsə, bərkiyər. Quran ailə münasibətlərinə toxunanda da "məvəddət” sözünü işlədir:

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, özünüzdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, ayə 21)

Yəni ailə qurmuş qadın və kişi bir birinə məhəbbətlərini gizlətməməlidir. Onlar bir birini sevdiklərini dilə gətirməli, büruzə verməlidirlər. İslam məntiqi ilə yaxşı ailə o deyil ki, orda dava olmasın. Yaxşı ailə odur ki, onun üzvləri bir-birinə görə canlarından keçməyə hazır olsun. Yaxşı cəmiyyət o deyil ki, orada ixtilaf olmasın. Yaxşı cəmiyyət odur ki, hər kəs bir birinə görə əlindən gələni etsin. Bir sözlə Allah müsəlman cəmiyyətində məhəbbətin əlamətlərini görmək istəyir. Müsəlmanlar arasında olan məhəbbət gözə çarpmalıdır. Bu isə mehribançılıqla həyata keçirilir. Müsəlman cəmiyyəti - istər ailə olsun, istər məscid icması, istər millət olsun, istərsə də sivilizasiya – mehribanlıqla tanınmalıdır. Hədislərə nəzər salanda, görürük ki, xırda bir mehribançılıq əlaməti insanın cənnətə getməsinə səbəb olur. Məsələn biri yoldan daşı çəkdi, o birisi yoldan tikan götürdü və bununla da cənnət qazandı. Çünki, əməl çox kiçik olsa da, onun arxasında ruhun böyüklüyü durur. Bu böyüklük isə başqalarına xidmətlə ölçülür. Keçmişdə xalqımızın bir adəti var idi ki, əfsuslar olsun, bunu itirməkdəyik. İnsanlar öz evlərini təmizləməklə yanaşı, yaşadıqları küçəni də süpürərdilər. Bu işin kökündə məhz mehribanlıq, başqasını düşünmək kimi böyük bir dəyər dayanırdı. Allah özünü düşünən insanları bəyənmir, çünki yalnız özünü düşünənin ruhu cılızlaşar. Əksinə, başqalarını düşünənin ruhu genişlənər. Eşidəndə ki, bir kəs problemlə üzləşib, gərək ən azı onun yerinə narahat olmağı bacarasam. Təsadüfi deyil ki, Həzrət Musa (ə) Allah tərəfindən peyğəmbərliyə seçiləndə Allahdan geniş qəlb istəmişdi:

"(Musa) dedi: "Ey Rəbbim! Qəlbimi açıb genişlət!” (Ta ha surəsi, ayə 25)

Ariflərin həyatı barədə oxuyanda bir hadisə qarşıma çıxdı. Bir arif öz yoldaşları ilə dəniz kənarında söhbət edərkən, onlarıdan bir az qıraqda bir dəstə gənc fəsadla məşğul idilər. Möminlər arifdən xahiş etdilər ki, onları bəddua etsin, amma həmin arif əlini duaya qaldırıb deyir: "İlahi, qoy bunlar dünyada sevindikləri kimi, Axirətdə də sevinsinlər”. Soruşdular ki, bu nə duadır günhkarlar üçün eliyirsən, deyir: "Allahdan onların nicat tapmasını istədim, günahın pisliyini bilmirlər, qoy Allah onları düz yola yönəltsin və Axirətdə sevinsinlər”. Bu günkü cəmiyyətimizdə hansı dindar belə xüsusiyyətə malikdir? Məkkə müşrikləri Peyğəmbərə (s) daş atanda, o deyərdi: "İlahi, onlar nə etdikərini anlamırlar, onlara bəla nazil etmə”. Başqasının dərdinə görə bir dəfə ah çəkmək, Allah yolunda çəkilən zəhmətlərdən üstündür. Niyə Allah camaata namazına, xüsusən cümə namazına bu qədər təkid edir? Namaz evdə də, işdə də qılına bilər, lakin Allah istəyir ki, möminlər məsciddə toplaşsınlar. Niyə Allah Həcci hamı üçün eyni vaxtda vacib edir, ayrı-ayrı vaxtlarda yox? Bunların bir səbəbi də, insanın cəmiyytədə yaşadığını unutmaması, başqaları ilə ünsiyyətdə olması üçündür. Salamı birinci vermək daha üstündür. Hətta Peyğəmbər (s) uşaqlara belə birinci salam verərdi. Peyğəmbərdən (s) soruşurlar ki, ən üstün insan kimdir? Allahın elçisi demir namaz qılan, oruc tutan, Həccə gedən. Buyurur ki, insanların ən xeyirlisi, başqalarına faydalı olandır. İmam Sadiq (ə) Kəbə ətrafında təvafın fəzilətlərindən danışır, sonda buyurur ki, bir möminin ehtiyacını ödəmək on təvafdan üstündür. Peyğəmbər (s) abidin xüsusiyyətlərini vəsf edərkən ibadətin çoxluğunu deyil, xeyixahlıq və xoş rəftarı vurğulayır. Başqalarına xidmət ilahi eşqin göstəricisidir, çünki, başqalarını düçünənin qəlbində mənəmçilik xəstəliyi olmaz. Hədislərdə var ki, xalq Allahın ailəsidir, Allahın ailəsinə yaxşılıq edin. İnsanların bir birinin boynunda böyük haqları var və onlar barədə Qiyamət günü sorğu-sual olacaq. Hədislərdə var, dörd addım biri ilə yol getsən, Qiyamətdə onun haqqını ödüyüb-ödəmədiyini səndən soruşacaqlar. Çünki, İnsanı Allahdan uzaqlaşdıran məhz mənəmçilikdir. Bu maneəni aradan qaldıran ən təsirli vasitə isə başqalarına yardım etməkdir. Beləcə, mehribanlıq, sırf mənəvi dəyərdən, ictimai tənzimləyiciyə çevirilir. İnsanın fərdi mənəvi təkamülü ilə cəmiyyətin təkamülü həmahəng olur. Quran namaz barədə danışarkən, dərhal zəkatı da xatırladır. Çünki, namaz zəkatsız, başqasına xidmətsiz olanda dəyərsizləşir. İnsan qəlbində mənəmçilik azladıqca, ilahi mərifət çoxalır və insan arif olur.

Bir sözlə, mehribanlıq olduqca mühüm bir məsələdir, hətta zühurla birbaşa əlaqəlidir. İmamların zamanında bəzi insanlar onlara qiyam etməmələrini nöqsan tuturdular. Onlardan biri gəlir İmam Sadiqin (ə) yanına və qiyam etməməsnin səbəbini soruşur. İmam (ə) buyurur ki, müsəlmanlar hələ hazır deyil. Həmin şəxs təkid edir ki, hamı qiyama hazırdır. İmam Sadiq (ə) ondan bir söz soruşur ki, məsələnin kökünə varır. Onları şücaətsiz olduğunu, iqtisadi cəhətdən zəifliyini və zahirən qiyama lazım olan bu kimi məsələləri vurğulamır. Bircə söz soruşur: "Yaşadığınız mühitdə nə qədər mehribansınız?” Kişi cavab verdi ki, çox mehribandırlar. İmam (ə) soruşdu: "O qədər mehribansız ki, bir birinizin cibinə girib, rahat pul götürüb xərcləyə bilərsiz?” Kişi mənfi cavab verdi. Onda İmam buyurdu: "Amma Məhdinin səhabələri bu qədər mehriban olacaqlar”. İmam Sadiq (ə) ictimai bir hadisəyə işarə edərək, mehribançılıqdan danışır. Çünki, cəmiyyətdə mehribançılıq olmazsa, cəmiyyət ölü olar. Hətta şücaət ikinci dərəcəli bir məsələdir. İslamda şücaətin qaynağı mərhəmətdir, qəddarlıq yox. Özüdə bu mərhəmət yalnız bizimlə həmfikir olanlara aid deyil. Muaviyənin qoşunu Həzrət Əli (ə) qoşunun suya yolunu bağladığınəı eşitmisiz. Həzrət Əli (ə) bir müddət sonra üstünlük əldə edir və su mənbələrini əl keçirir. Onda Əli (ə) nə edir? Açır suyu düşmənlərin üzünə, qoy nə qədər istəyirlər içsinlər. İmam Hüseyn (ə) barədə danışarkən də, görürük ki, onu öldürəcək şəxslərə əli ilə su veridri. İbn Xəldun deyir ki, düzdü Hüseyn (ə) ən üstün insan idi, amma o siyasətçi deyildi. Həzrət Əli (ə) barədə də bu sözü deyirlər. Məgər siyasətin qaynağı hiylə və məkr olmalıdır? Əli (ə) də Muaviya kimi davransa idi, onda onların nə fərqi olacaqdı? İmam Hüseyn (ə) də Yezid kimi davransa idi, onda Hüseyn olmazdı, olardı sıradan bir qiyamçı.

Bu gün bəşəriyyətin İslama ehtiyacı var deyəndə bu nəzərdə tutulur. Müsəlmanlara yox, İslama. Gülərüz olmaq mehribanlığa dəlalət etməz. Etiket xatirinə təbəssüm etmək, həmin təbəssümün qəlbdən qaynaqlandığı demək deyil. İnsanlar özlərini tərbiyəli göstərmək üçün əxlaqa riayət edirlərsə, bu hələ mehribanlıq demək deyil. Əksinə, eqoizmin başqa təzahürüdür. Ona görə, insanpərvərlik qəlbdən gəlməyəndə, dünya meşəyə çevirilir. Bir zorla, biri də təbəssümlə digəriləri üzərində üstünlüyün sübut etmək istəyir. Müasir qlobal düzən mehribançılığı təmin edə bilmir və edə də bilməz, çünki kökündə mənəmçilik durur. Özünü reallaşdırma dedikdə başqalarından üstünlüyün sübut etmək, başqalarını təsirinə salmaq nəzərdə tutulur. Mehribançılıq itəndə ictimai həyatın fundamenti dəyişir. Ona görə din bizə üzə tərifləməyi qoymur, qəlbdən gələn məhəbbəti izhar etməyi əmr edir. Məhəmmət gərək qəlbə salınsın ki, sonra zahir olsun. Burada özümüzlə həqiqi müsəlman obrazı arasında ciddi fərqi görürük. Cəmiyyətimizin həqiqi müsəlman cəmiyyətindən fərqini görürük. Bu nöqsanları görməliyik ki, islah barədə düşünək.

İnsanlar arasında münasibətlər əxlaqla və qanunla tənzimlənir. Qərbdə mədəniyyət və əxlaq insanı təbii halından çıxartdığı üçün bu məfhumlar şər kimi dəyərləndirildi. Qərb mütəfəkkirləri hesab edirilər ki, əxlaq sosial zehniyyətdir və pisliklərə yol açır. İnsan təbiətində, yəni heyvani xüsusiyyətlərində isə şər daha azdır. Ona görə cəmiyyətin tənzimlənməsi qanunlara, yəni əhilləşdirmə vasitələrinə uyğunlaşmalıdır. İlk öncə İslam qanuna əhilləşdirmə yox, tərbiyə üsulu kimi baxır. Əhilləşdirmə insanlar bir birinə ziyan vurmasın deyə qeyri-iradi şəkildə müəyyən davranış şablonlarını mənimsəməsidir. Tərbiyə isə iradi şəkildə insanın mənəvi təkamülünə yönəlmiş üsulların mənimsənməsidir. İkincisi, Qərbdə əxlaq tarix boyu kütləvi təhtəlşüura oturuşmuş normalara deyilir, yəni əxlaq ənənə növü kimi anlaşılır. İslam isə əxlaq insanın ilahi təbiətindən doğan zəruri tələbat kimi başa düşülür, əxlaqa uyğun olmayan ənənələr isə rədd edilir. Məsələnin kökündə İslamın insana bir heyvan növü yox, ilahi caniçin kimi baxması durur. Ona görə din əxlaqı ön plana çəkir, qanunu əxlaqa bağlayır. Qərbdə isə əxlaq qanuna bağlanır. Bunun nəticəsidir ki, Qərb cəmiyyətlərində qanunlar o qədər çoxdur ki, xırda məsələləri belə onların vasitəsilə tənzimləyirlər. Bir cəmiyytədə qanunların çoxluğu, hələ o cəmiyyətin inkişafı demək deyil, əksinə bir çox hallarda tənəzzülün göstəricisidir. Çünki qanunların çoxluğu insanı mexaniki varlığa çevirir, mexanikilik isə yaradıcılıq qabiliyyətini alır. Yaradıcılığın itirlməsi isə, Şopenqauer demişkən, mədəniyyətin ölümü ilə nəticələnir.

İslam hüquq sisteminə baxsaq, görürük ki, fiqh insan həyatının az bir hissəsini tənzimləyir. Məsələn, ailə münasibətlərində qadının ev işlərini görmək kimi vəzifəsi yoxdur. Lakin, bunun mənası bu deyil ki, kişi ev işlərini görməlidir. Əksinə, ailə münasibətləri qanunla, icbariliklə tənzimlənməməlidir, qarşılıqlı məhəbbətə əsaslanmalıdır. Ailə inzibati qurum deyil ki, onun hər bir üzvününü davranışı ilə bağlı reqlament tərtib olunsun. Yoxsa, ailə münasibətlərindəki hərarət itərdi. İctimai həyatın özəlidə ailədir, ona görə din ailə münasibətlərində mehribanlığa önəm verir. Ata və ana arasında olan iltifat, həm ər və arvadın xoşbəxtliyinə, həm övladın mehriban olmasına səbəb olar. Ona görə yad mədəniyyti yaymaq istəyəndə ilk olaraq ailə institutu hədəfə alınır. Seriallar, şou proqramlar və s. evlərə daxil olub ailə üzvlərinin bir birinə olan diqqətini kənara yönəldir. Ailə münasibətləri zəifləyərsə, cəmiyyətin təməlləri sarsılar. Əksinə ailədə mehribançılıq olarsa, cəmiyyətin təməlləri bərkiyər. Peyğəmbər (s) qohumların ziyarətinə nə qədər təkid edib! Valideyinə hörmət, övlada məhəbbət nə qədər tövsiyə olunur! Həzrət Əli (ə) ölüm yatağında ikən İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyətində Peyğəmbərin (s) bir hədisini nəql edir ki, insanlara xidmət bir bütün ibadətlərdən üstünür. Yalan danışmağı şəriətimiz qadağa edir, amma iki küsülünü barışdırmaq üçün yalana icazə verir. Quran ayəsi, kin-küdurət salmağı şeytanın işi olduğunu bildirir. Bayramları qohumlarla keçirmək təkid olunur. Şükür ki, bu dəyəri hələ əldən verməmişik.

Burada mehribançılıqla rəhmin fərqini qeyd edim çünki, Bu gün Avropada geniş müzakirə olnan məsələrdən bir də mehribançılığın qaynağıdır. Multikulturalizm artıq Avropa üçün bir bəlaya çevirilib. Multikulturalizm yəni Avropada kök salmağa başlayan başqa mədəniyyətlərə dözümlük. Deyirlər, Avropa o qədər mərhəmət dəyərini qabartdı ki, nəticədə mərhəməti ona baha başa gəldi. İndi ərəblərlə türklər Avropada İslam mədəniyyəti yayır, bundan başqa demoqrafik baxımdan avropalıları üstələyir. Digər yandan Avropa azlıqlar cəmiyyətinə çevirilib. Bütün zamanlarda və bütün məkanlarda azlığa aid olan insanlar Avropada söz sahibi oldular, nəticədə çoxluq kölgədə qaldı. Bu gün Avropa barədə təsəvvürləri formalaşdıran çoxluqda olan normal insanlar deyil, azlıqdakı əxlaqsızlardır. Əgər Avropa mərhəmət dəyəri ilə yanaşı güc dəyərini yaşatsa idi belə olmazdı. Ona görə də indi qeyri-avropalılara qarşı "əzələli liberalizm”, əxlaqsızlara qarşı isə xristian dəyərlərinin qabardılması barədə danışırlar. Səhv də buradadır ki, problemə mərhəmət-güc prizmasından baxırlar. Mərhəmət, İslami nöqteyi-nəzərdən, güclü tərəfində zəifə qarşı bəslənir. Bu hünər deyil, insanın daha zəifə acıması mənəvi yüksəklik tələb etmir. Hünər budur ki, insanın qəlbi o qədər geniş ola ki, hamıya qarşı mehriban olasan. Biri səndən nirəli gedəndə onun əvəzinə sevinə biləsən. Avropaya gəldikdə isə bunu deyə bilərikmi? Bəli, siyasi dissidentlər Avropada sığınacaq tapırlar lakin təmənnasız yox. İşsiz şərqlilər Avropanın əmək bazarına daxil olurlar, lakin təmənnasız yox. Qərbin bu "mərhəməti” özünün siyasi və iqtisadi güzaranının yaxşılaşdırılmasına yönəlmişdi. Keçmiş müstəmləkələrin təbii resurslarından faydalandıqları kimi, indi də insan resurslarına əl atırlar. Avropanın bəlası onun müstəmləkəçilik siyasətinin qarşılığıdır, mərhəmət və mehribançılığının yox.

Digər cəhətdən də, mərhəmət gücə qarşı qoyulmamalıdır, güc mərhəmətdən irəli gəlməlidir. Gücün mənbəyi qəzəb deyil, çünki qəzəb özü mərhəmətdən qaynaqlanmalıdır. Misal üçün, bir kəndin su mənbəyi olan çayın qarşısını kəsiblər. Qəzəb həmin kəndin sakinlərinə olan məhəbbətdən doğmalı və həmin çayın qarşsında sədd çəkənlərə qarşı yönəlməlidir. İlahi canişinlərin zülmlə davası da bu idi, onların qəzəblərinin mənbəyi xalqa məhəbbətdən idi.

Category: Salam | Views: 922 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024