İslamdan yüksək şərəf yoxdur

Hz Əli (ə) null

Əsas Menu
Alimlərimizin Saytları



Allahın CC adları



Namaz Dinin Sütunudur

Namaz Qılırsınızmı?
Ümumi səslər: 347

Bölmələr

Salam [156]
Salamun Əleykum


14 Məsum

1.Hz Məhəmməd (s.ə.s)
2.Hz Əli (ə)
3.Hz Fatimə (s.ə)
4.Hz Həsən (ə)
5.Hz Hüseyn (ə)
6.Hz.Zeynalabidin (ə)
7.Hz Baqir (ə)
8.Hz Cəfəri Sadiq (ə)
9.Hz Kazim (ə)
10.Hz Rza (ə)
11.Hz Nəqi (ə)
12.Hz Təqi (ə)
13.Hz Həsən Əskəri (ə)
14.Hz Mehdi (ə.f)


Səhabələr

Əmmar Yasir (r.ə)

Hücr ibn Ədiyy (r.ə)

Bilal Həbəşi (r.ə)

Meysəm Təmmar (r.ə)

Müslüm ibn Əqil (r.ə)

Həbib ibn Məzahir (r.ə)

Salman Farisi (r.ə)


Sizdə Zəvvar Olun


 
Əhlibeyt TV


Qan Yaddaşımız


Admin-Xalid Azadoğlu


Dövlət Bayrağımız




Hədis kitabları

Əhli Beyt (ə.s.)
40 məclis - 1000 hədis
Camaat namazı hədisləri
14 məsumdan möcüzələr
Nəhcul Bəlağə (türkcə)
Mizanul Hikmət (1-ci cild)
Mizanul Hikmət (2-ci cild)
Səhifeyi Səccadiyyə
Nəhcul Bəlağə (1-ci hissə)
Nəhcul Bəlağə (2-ci hissə)
Bir dəstə gül
Ğurərul Hikəm
Tuhəful Ukul (ağıllara hədiyyə)
Məscidlərin fəziləti
Hədis çırağı (İmam Rza (ə.s.)


Videolarımız

Namazı Belə Qılaq

Böyük İslam Alimləri

Saytda olanlar



Ümumi: 1
Qonaq: 1
İstifadəçi: 0


Saytımıza Daxil Ol



Kəbə



Main » 2011 » Noyabr » 23 » Mübahilə hadisəsinin əhəmiyyəti
10:25 AM
Mübahilə hadisəsinin əhəmiyyəti
8-ci hicri ilində Məkkənin fəthindən və İslamın Ərəbistandakı qüdrətindən sonra başqa dinlərin, məzhəblərin rəhbərləri İslama və müsəlmanlara xüsusi diqqət göstərirdilər. Bu məsələ İslamın Hicazdan daha da uzaqlara qədər yayılmasına səbəb ola bilərdi. İslam Peyğəmbəri (s) bu fürsətdən istifadə etdi və müxtəlif ölkələrin və qəbilələrin rəhbərlərinə məktub göndərərək, onları İslam dinini qəbul etməyə, ya da rəsmi şəkildə tanımağa dəvət etdi.

Təbiidir ki, məktubu göndərdiyi ölkələrin rəhbərləri və görkəmli adamları Mədinəyə gəlməyə meyl edirdilər. Onlar Peyğəmbərlə (s) şəxsən tanış olmaq istəyirdilər. Müsəlmanların vəziyyətini yaxından görmək istəyirdilər. Buna görə 9-cu hicri ilində müxtəlif tayfa və qəbilə başçıları Peyğəmbərin (s) xidmətinə gəldilər. Bu il tarixdə "Amul-vəfud” adı ilə məşhurdur.

Həzrət Peyğəmbərin (s) Nəcran xristianlarına göndərdiyi məktub da onları Mədinəyə tərəf cəlb etdi. Bu heyət şifahi müzakirələrdə Həzrətlə (s) razılığa gəlmədilər. Tərslikləri üzündən Həzrətin (s) onların suallarına verdiyi cavabları qənaətbəxş hesab etmədilər. Peyğəmbər (s) onlara yeni bir təklif verir ki, əgər siz özünüzü haqq və qarşı tərəfi batil sayırsınızsa, ona görə əzizlərimizi yığaq və dua edək. Allahı çağıraq və hər birimiz o birisinə qarğış etsin. Görək ki, hansımızın səsinə Allah cavab verəcəkdir. Bu zaman aşkar olar ki, hansımızın iddiası yalançıdır. Bu əməl ərəb lüğətində "mübahilə” adlanır. Bu məsələyə Həzrət Peyğəmbər (s) "Ali-İmran” surəsinin 61-ci ayəsində Allah tərəfindən vəzifələndirilmişdir. Xristianların Həzrətlə mübahisəsinə son qoymaq və avam müsəlmanlarla xristinaların şübhələrini qane etmək üçün ən yaxşı yol idi. Bütün tarixi mənbələrin verdiyi məlumata görə Nəcran xristianları bu təklifi eşidəndən sonra Allahın Rəsulunun (s) dəvətinin haqq olduğunu müşahidə etdilər. Ona görə də bu işi görməkdən imtina etdilər. Onlar fidyə verib, Peyğəmbər (s) tərəfindən hazırlanan sülhnaməni imzalamağa məcbur oldular.

Bu hadisə bütün dəqiqliyi ilə həm əhli-təsənnün, həm də Əhli-Beyt (ə) davamçılarının diqqətini özünə cəlb etmişdir. Biz bu hadisədə gözə çarpan üç nöqtəni qeyd edək:

1. İslamın xristian dinindən sonra gələn həqiqi din olduğu sübut edildi. Maraqlısı budur ki, indiyə qədər heç bir xristian alimi istəməmişdir ki, müsəlmanlarla mübahilə meydanına çıxsın. Bu yolla öz dininin möhkəmliyini sübut etsin. Mübahilə hadisəsi ilə eyni zamanda elə hadisələr baş verdi ki, bu məsələnin əksini isbat edir. Aşkar oldu ki, xristianlar öz kitablarında oxuduqları sonuncu peyğəmbərin əlamətlərini İslam Peyğəmbərində (s) gördülər. Onun peyğəmbərlik iddiasını düzgün saydılar. Ancaq buna baxmayaraq, öz dinlərindən və insanların arasında qazandıqları mövqedən əl çəkmək istəmədilər. Quran buyurur: "(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s)) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir”. ("Bəqərə” 146).

2. İmam Əlinin (ə), Həzrət Zəhranın (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) fəziləti isbat edildi. Onlar Peyğəmbərin (s) bu macəradakı tərəfdaşları idilər. Peyğəmbərin (s) öz övladları, həyat yoldaşları və səhabələri arasından onları seçməsi bu insanların Allah və Peyğəmbər (s) yanında ən ali məqama malik olduqlarını sübut etdi.

3. Mübahilə ayəsi İmam Əlinin (ə) imamətliyinə dəlalət edir. Bu da Həzrət Əlinin (ə) Allah yanındakı səviyyəsinin şahididir. Heç kim bu məqama çatmamışdır və çatmayacaq da. Həzrət Əli (ə) səhabələrin ən fəzilətlisi və Peyğəmbərdən (s) sonra ən üstün xəlq olmuşlardandır.

Bu tarixi hadisə xristian professor Lui Masiniyunu özünə cəlb etdi. Bu alimin fikriniə görə Peyğəmbərlə (s) Nəcran xristianları arasında imzalanan sülhnamə həqiqətdə bir müqavilə idi ki, bütün İslam ölkələri bu xristianlara hücum etməyəcəkdir və bu məsələyə riayət etmək onun canişini üçün də lazımlı idi. Ola bilsin ki, o, bu mövzunu təlqin etməyə çalışır ki, İslam Peyğəmbəri (s) onları öz dinlərinə əməl etməkdə azad buraxıb. Ona görə də o zamana qədər ki, sülh içində yaşayırdılar, müsəlmanlar bu müqaviləyə əməl etmişdilər.

Mübahilə sözü "ödəmə, vermə” sözündən götürülmüşdür. Müasir alimlərdən bir çoxunun dediyinə görə mübahilə xahişetmə mənasındadır. Bunlar bəzən bəlanı dəf etmək üçündür, bəzən də bəlanı nazil etmək üçündür. Məsələn, namazla Sübhan Allahdan rəhmət yağışının enməsi xahiş edilir. Ya da namazla bəla dəf edilər. Bəzən də dua edilər ki, bir şəxsə və ya bir neçəsinə bəla nazil olsun. Nuhun (ə) Allaha ərz etdiyi kimi.

Əbu Məsruq İmam Sadiqə (ə) deyir: "Müsəlmanlara Əhli-Beytə (ə) aid hansı ayəni deyirəmsə, onun Əhli-Beytə (ə) aid olduğunu inkar edirlər”. O Həzrət mənə buyurdu: "Əgər bu cür olsa, onları mübahiləyə çağır”. Dedim: Necə? Buyurdu: "Üç gün nəfsini islah et. Oruc tut və qüsl al. Həmin adamla səhraya gedin və sağ əlinin barmaqlarını onun əlinin barmaqlarına daxil et və sonra dua et. Az bir zamandan sonra onun üçün etdiyin dua qəbul olar”.

Bu hədisdən görmək olur ki, mübahilənin xüsusi şərtləri vardır. Ona kamil şəkildə əməl etmək lazımdır. Eyni zamanda bu hədisdən belə nəticəyə gəlmək olur ki, bu, hər bir Allahı tanıyan insan üçün dini təsdiq etmək yoludur. Yəni mübahilə zamanı bir tərəf həmişə haqlı olduğunu bilir, ancaq qarşı tərəf onun haqlı olduğunu bilərək, bunu inkar edir. Maraqlısı budur ki, İmam Sadiq (ə) hədisin sonunda buyurur: "Allaha and olsun ki, mən elə bir insan tapmadım ki, mənim bu işə dəvətimə cavab versin”.

İslam tarixində rast gəlirik ki, İslam məzhəbinin bəzi ardıcılları öz müxaliflərini mübahiləyə dəvət edirdilər. Ancaq onların bu dəvəti daha çox nümayiş xarakteri daşıyırdı. Əməl mərhələsinə çatmırdı.

Mübahilə hadisəsi Təbuk döyüşündən sonra baş vermişdir. Şeyx Müfid məsihi heyətinin Məkkənin fəthindən sonra Peyğəmbərlə (s) görüşünü nəql etmişdir. O, bu hadisənin Zilhiccə ayının 24-də baş verdiyini qeyd etmişdir.

Beləliklə, 10-cu hicri ilinin Zilhiccə ayının 24-nün Mübahilə günü olduğu bildirilir. Bu günün əziz tutulması və onun fəzilətinin dərk edilməsi və müstəhəb əməllərin yerinə yetirilməsi çox əhəmiyyətlidir. Bu gün edilən əməllərdən biri də mübahilə duasıdır. Ramazan ayının səhərlərində oxunan bir duadır. İmam Baqir (ə) bu dua haqqında buyurmuşdu: "Əgər insanlar bilsələr ki, orada necə böyük məsələlər vardır, sahibi üçün necə tez qəbul olunur, onu əldə etmək üçün bir-birini öldürərdilər. Əgər and içsəm ki, Allahın böyük adı ora daxildir, düzgün and içmiş olaram. Bu elə bir duadır ki, Cəbrayıl (ə) mübahilə günü Allah tərəfindən gətirmişdi. Peyğəmbərə (s) buyurdu ki, sən vəsiyin və iki övladın və qızınla bayıra çıx və Allahı bu dua ilə çağır və o insanlarla mübahilə et”. (Avini saytı)


|Deyerler.org|
Category: Salam | Views: 607 | Added by: ehlibeytasiqi | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
Hz Əli (ə)
       
  
 

Xəbər Göndər
                            
 
  



Quranda Axtar
 

 
Əl-Mizan

       


Hikmət Çırağı
               
 
                                   


Bizim Kitabxana

                                   



  Kərbəla Tarixi
 

                          
Halal Studiyası
 
 

Bizim Videolar
  
 



Bu Bayraqlara Sayqı Göstər
 



Peyqəmbərlər (ə)
  



Dost Saytlar
  • www.ibret.az
  • www.deyerler.org
  • www.islam-azeri.az
  • www.islamadogru.biz
  • www.ya-ali.ucoz.net
  • www.hz-ali.tk
  • www.ahliman.com
  • www.ihq.az
  • www.seyyidtaleh.com
  • www.iman.ge
  • www.al-shia.my1.ru
  • www.ocaqnejad.net
  • www.ixlas.az
  • www.islamaz.com
  • www.qedir-xum.tk
  • www.seyyidtaleh.com
  • www.islammektebi.org
  • www.zeka.az
  • www.islamkutuphanesi.com
  • www.islaminsesi.az
  • www.birlik.az
  • www.ezherkursu.moy.su





































































  • www.ehlibeytnuru.ucoz.com

    Saytı Xalid Azadoğlu hazırladı
    Bütün hüquqlar qorunur

    HAQQ GƏLDİ BATİL MƏHV OLDU

    Copyright MyCorp © 2024